Ginekoloji Qadın Xəstəlikləri və Doğum Xidmətləri
Hamiləliyin təqibi ana sağlamlığının qayğısına qalmağın ən vacib istiqamətidir. Belə ki, bu, həm ananın, həm də böyüyən dölün sağlamlığını izləməyə, təqib etməyə kömək edir, doğuşa qədərki yolu yaxından izləməyə kömək edir. Hamiləlik zamanı mütəmadi şəkildə ginekoloq müayinəsində olaraq hər hansısa narahatlığı vaxtında həll edə bilərsiniz.
Normal və patoloji doğuşlar, qeysəriyyə əməliyyatı ana və körpə sağlamlığının ən önəmli bir parçasıdır. Ginekoloq doğuşun təhlükəsiz olmasını təmin etmək üçün prosesinin gedişatını izləyə və potensial ağırlaşmaları müəyyən edə bilər. Dölün distresi və ya bu kimi patoloji doğuş hallarında ana və körpənin sağlamlığını təmin etmək üçün qeysəriyyə əməliyyatı tələb oluna bilər. Qeysəriyyə əməliyyatı qarın divarından və uşaqlıq yolundan kəsik edərək körpəni dünyaya gətirən cərrahi əməliyyatdır və adətən vaginal yolla doğuşun təhlükəli olduğu hallarda həyata keçirilir.
Sonsuzluq qadının hamilə qala bilməməsidir və bu hal bir çox səbəblərdən yarana bilər. Həmçinin sonsuzluq çətin və emosional bir durum kimi görünə bilər, lakin bir çox müalicə variantları mövcuddur. Müayinə zamanı cütlüklərə hamilə qalma şanslarını artırmaq üçün bir sıra müalicə üsulları təklif edirilir. Bunlara hormon müalicəsi, intrauterin mayalanma (IUI) və ya süni mayalanma (IVF) daxildir.
Çanaq orqanlarının iltihabı, endometrioz və uşaqlıq mioması kimi ginekoloji xəstəliklər müəyyən narahatlığa səbəb ola bilər və həmçinin qadının hamilə qalmağına mənfi təsir göstərə bilər. Sadalanan xəstəliklərin diaqnozu üçün bir ginekoloq canaq müayinəsi, ultrasəs və ya biopsiya edə bilər. Müalicə üsullarına vəziyyətin ağırlığından və xəstənin seçimlərindən asılı olaraq dərmanlar, minimal invaziv prosedurlar və cərrahi müdaxilə daxildir. Yarana biləcək hansısa ciddi xəstəliyin qarşısının düzgün və zamanında alınması üçün ginekoloqa mütləq müraciət etmək lazımdır.
Ginekoloji əməliyyatlar qadın reproduktiv sisteminə təsir edən narahatlıqları, xəstəlikləri müalicə etmək üçün həyata keçirilən müxtəlif cərrahi prosedurları özündə cəmləyir. Bu cərrahi prosedurlar laparoskopiya kimi minimal invaziv prosedurlardan tutmuş histerektomiya kimi daha mürəkkəb əməliyyatlara qədər dəyişə bilər.
Davam edən ginekoloji narahatlıq üçün əməliyyatın ən yaxşı yol olub-olmadığını müəyyən etmək və hər bir prosedurun risk və faydalarını anlamaq üçün ginekoloqla danışmaq, ətraflı müayinələrdən keçmək vacibdir. Müalicə üsulu olaraq ginekoloji cərrahiyyəni seçməmişdən əvvəl bütün variantları, o cümlədən qeyri-cərrahi seçimləri müzakirə etmək vacibdir.