Mündəricat
ToggleDoğuşdan sonrakı depressiya nədir və qadınlar bu halla qarşılaşdıları zaman nə etməlidirlər?
Bu hal hər 1000 qadının 1%-də rast gəlinir. Əksər hallar doğuşdan sonrakı 3 həftə ərzində başlayır və onların 70%-dən çoxunun bipolyar pozğunluq və ya psixotik xüsusiyyətləri olan ağır depressiya olduğu bildirilir. Gəlin, ilk olaraq bu proses haqda qısa məlumat alaq: bu prosesin elmi adı postpartumdur. Yəni, “doğuşdan sonra” mənasını verir. Doğuşdan sonrakı depressiyaya laqeyd yanaşılarsa, ana ilə yanaşı körpənin də sağlamlığında ciddi fəsadlar yarana bilər.
Postpartumda əlamətlər nələrdir?
Anada meydana gələ biləcək ilk vəziyyətlər:
- Gecə yata bilməmək və yaxud bütün günü yatmaq istəmək;
- Gündəlik planların dəyişməsi və fiziki görünüşün pisləşməsi;
- Çəki artımı və ya ani çəki itkisi;
- İştahsızlıq və ya həddindən artıq yemək;
- İçə dönüklük, heç kimlə danışmaq istəməmək;
- Əvvəllər etdiyi fəaliyyətlərdən həzz almamaq kimi hallar da olur və bu səbəblərdən qadınlar evinə qapanır, insanlardan uzaqlaşır.
Doğuşdan sonrakı depressiya dövründə görülən digər simptomlar
Bu əlamətlər ümumi depressiya əlamətlərindən fərqlənmir. Ən azı iki həftə qadında maraq və istək itkisi ilə müşayiət olunan iştah dəyişiklikləri, yuxu dəyişiklikləri, diqqəti cəmləməkdə çətinlik, yorğunluq, halsızlıq, dəyərsizlik hissi, özünü günahlandırma, intihar düşüncələri olur. Ananın özünə və ya körpəsinə baxa bilməyəcəyini düşünməsi özünü günahlandırma ilə bağlıdır, lakin bu hal günahkarlıq hissi olmadan da yaşana bilər. Bundan əlavə, qadın körpədən uzaqlaşma və körpənin ona aid olmadığı hissini də yaşaya bilər. Xüsusilə səhər saatlarında zehni və fiziki enerji itkisini hiss etmək qadının ailəsinə, işinə və ictimai həyatına mənfi təsir edir və həyat keyfiyyətini aşağı salır. Daim ağlaya-ağlaya gəzmə, əhvalda dalğalanmalar və həyatdan həzz ala bilməmək kimi əlamətlər də sıx müşahidə oluna bilər. Günahkarlıq və ya qeyri-adekvatlıq hissi təkcə qadının analığı ilə bağlı keçirtdiyi günah hissi deyil. Bu emosional vəziyyətin təməlində qadının özünü yetərsiz hiss etməsi dayanır.
Bu dövrdə qadın fərd olaraq təkcə övladına deyil, özünə də laqeyd yanaşır. Diqqəti bir mövzuya yönəltməkdə çətinlik çəkməklə yanaşı, qəzet oxumaq, televizora baxmaq, alış-veriş etmək kimi gündəlik fəaliyyətlərdə də diqqəti cəmləməkdə çətinlik çəkmək və bu işləri yerinə yetirə bilməmək olur. Ən kiçik hadisələr belə onu çox əsəbiləşdirir, hər vəziyyətdə və hadisədə hirslənir və o, yaşadığı hadisələrə görə daima başqalarını günahlandırmağa meyllənir. Xüsusilə atanın körpəyə baxmaması və körpəyə qulluğa kömək etməməsi də doğuşdan sonrakı depressiyada əsas müzakirə mövzusuna çevrilir. Körpəyə və ya özünə zərər verməklə bağlı düşüncələri təkrarlanır. Bu təkrarlanan fikirlərdən də günahkarlıq hissi yaranır və bu təqsir hissi düşüncələri və zərər vermək qorxularını daha da gücləndirir. İnsan şəxsi qayğıya laqeyd yanaşmağa başlayır və özünə baxa bilmir. Təmizliyə, geyimə, qayğıya məhəl qoymur. Cinsi istək azalır və orqazm ola bilmir. Tərəfdaşın cinsi tələblərini işgəncə kimi hiss etməyə başlayır. Əgər həyat yoldaşı anlayışlı olmazsa, xəstəlik üçün bəhanələr uyduraraq qadını özündən uzaqlaşdıracaq. Durğunluq, istəksizlik, həyatdan zövq almamaq, enerji itkisi, yuxu pozğunluğu kimi depressiyanın məlum əlamətləri bu dövrün hər kəsə məlum olan əsas əlamətləridir. Ancaq xüsusilə doğuş sonrası depressiya, çaşqınlıq, idarə oluna bilməyən ağlama, narahatlıq və ya əsəbilik, körpəyə qarşı laqeydlik, körpəyə və ya başqa bir insana zərər verə biləcəyinə dair obsesif (vəsvəsə) düşüncələr daha qabarıq şəkildə görülə bilər. Doğuşdan sonrakı depressiyanının ağırlığını ölçmək üçün ən çox istifadə edilən ölçü vahidlərindən biri Edinburq Postnatal (doğum sonrası) Depressiya şkalasıdır
Doğuşdan sonrakı depressiya dövründə ən çox müşahidə olunan əlamətlər aşağıdakılardır:
Orqanizmindəki dəyişikliklər
Ümumiyyətlə, bir qadının həyatında keçdiyi ən çətin dövrlərdən biri hamiləlik və doğuşdan sonrakı dövrdür. Bu dövrdə orqanizmdə – hormonlarda və bütün toxuma və bədəndə qəfl dəyişikliklər olur və hamiləlikdən əvvəlki dövrlə müqayisədə bədən daha az məhsuldar olur.
Ailə dəstəyinin yetərsizliyi və özünəinamsızlıq
Hamilə qadının özünə qarşı gözləntiləri artır. Bu vəziyyətdə qeyri-iradi olaraq ətrafındakı insanların, xüsusilə ailəsinin qayğı və dəstəyinə ehtiyac duyur. Bu gözlənti qarşılanmazsa, yaranmış vəziyyət depressiv halın artmasına təkan vermiş olar.
Qadının psixoloji narahatlıqları
Yuxarıda sadalanan bu hallar ananın dözümünü azaldan mühüm amillərdir. Əslində doğuşdan sonrakı (postpartum) depressiya deyilən xüsusi bir depressiya növü yoxdur. Bu, depressiyaya meyilli qadınlarda doğumdan sonrakı dövrdə yaşanan çətinliklər nəticəsində yaranan vəziyyətdir.
Qadın doğuşdan sonrakı depressiyanı nə zaman yaşaya bilər?
Bu proses doğuşdan sonrakı bir il ərzində yaşana bilər. Doğumdan sonra qadınların 85%-ində psixi dalğalanmalar müşahidə oluna bilər. Doğum olduqdan sonrakı kədər gözləniləndir və anormal olmayan psixi sıxıntıdır. Bu narahatlığın müalicə edilməsinə gərək yoxdur, çünki normal olaraq iki həftə ərzində aradan qalxır. Əlamətlər iki həftədən çox davam edərsə, (xüsusən də ilk üç ayda depressiya şəkli) doğum olduqdan sonrakı depressiya adlanır və bu depressiya mənzərəsi postpartumun ilk bir ili ərzində yaşana bilər.
Tibbi müdaxilə nə vaxt lazımdır?
Ananın zehni (depressiya onun rasional düşünməsinə mane olur) doğuşdan sonrakı depressiyanı düzgün təyin edə bilmir. Bu səbəbdən ana və ya ananın yaxınları, xüsusilə həyat yoldaşı, ananın psixi vəziyyətində bir həftədən çox dalğalanmalar olduqda dərhal psixiatra müraciət etməlidir. Sonrakı dövrdə ciddi depressiya əlamətləri müşahidə edildikdə (intihar və ya başqasını, xüsusən də körpəni öldürmək düşüncələri, düşüncə pozğunluqları, yemək və içməmək) vaxt itirmədən həkimə müraciət edilməlidir.
Doğuşdan sonrakı depressiyanın fəsadları:
Körpə ehtiyaclarının qarşılanmamasına səbəb ola bilər
Körpənin doğulduqdan sonra instinktiv olaraq ilk təmasda olduğu şəxs anadır. Doğuşdan sonrakı depressiya nəticəsində körpəyə toxunuşlar azala bilər. Eyni zamanda ananın körpəni əmizdirə bilməməsi səbəbindən də bu maraq və ehtiyacı qarşılamamasına səbəb olur. Müvafiq müşahidə və müalicə rejimi çərçivəsində ana südü ilə qidalanmaya davam etmək mümkündür. Unutmayın, bu müşahidə göstərişi həkim tərəfindən edilməlidir.
Doğuşdan sonrakı depressiyaya kim meyllidir?
Depressiv şikayətləri olan, tibbi xəstəliklərə görə həm fiziki, həm də ruhi gücü azalmış, ailəsindən kifayət qədər sosial dəstək ala bilməyən, iqtisadi çətinliklər səbəbiylə çətinlik çəkən anaların doğumdan sonra depressiya düşməsi mümkündür.
Doğuşdan sonrakı depressiya zamanı nə etməli?
Tibbi müdaxilə
Ana və körpə üçün təhlükə yaradan bu xəstəliyə tibb işçiləri həssas yanaşmalı, vaxtında müvafiq müdaxilə edilməlidir.
Anaya kömək
Doğum olduqdan sonra ananın yuxu rejimini saxlamağa kömək edən birinin olması tövsiyə olunur. Bu zaman ananın narahatlığı və kədəri adətən öz-özünə yox olur.
Ananın mütəmadi olaraq müşahidə altında saxlanılması
Doğumdan sonra olan depressiya əlamətlərinin şiddəti arta bilər, bu halda anaya əmizdirməni dayandırmaq tövsiyə olunur və antidepresan müalicəyə başlanılır.
Xəstənin tibbi vəziyyəti kontrol altında saxlanılır
Xəstə yaxından izlənilir, xəstənin həyat yoldaşı da prosesdə sıx iştirak edir və onun vəziyyəti ilə bağlı məlumat verilir.
Əlavə dəstək müəyyən edilməlidir
Dəstəkləyici terapiya tətbiq olunur.
Xəstəliyə doğru diaqnoz qoyulmalıdır
Xəstənin vəziyyətinin ağır olduğu bəzi hallarda psixiatrik xəstəxanaya yerləşdirmə nəzərdə tutula bilər.
Doğru müalicə üsulu tətbiq olunmalıdır
Doğuşdan sonrakı ağır depressiya həm də qadının gələcək həyatına təsir edəcək bipolyar pozğunluq-manik depressiv xəstəliyin ilk epizodu ola bilər.
Bu duruma tez-tez rast gəlinsə də, çox vaxt diaqnoz qoyulmur. Psixiatr psixi müayinədən sonra depressiyanın şiddətini və körpənin vəziyyətini birlikdə qiymətləndirməlidir. Həkimin bu qiymətləndirməsindən sonra ananın bu problemin öhdəsindən gələcək gücü olduğuna qərar verilərsə, tibbi dəstək olmadan tez-tez ananın yoxlanılması məqsədəuyğun olar. Müayinə nəticəsində ananın vəziyyətinin pisləşdiyi həkim tərəfindən müəyyən edilərsə, ana südü ilə qidalanma nəzərə alınmaqla müvafiq tibbi yardım göstərilməlidir. Çünki doğum olduqdan sonrakı depressiyaya düzgün diaqnoz qoyulmasına baxmayaraq qeyri-adekvat müalicə olunmaması halında bu vəziyyət ana xəstəliyinin irəliləməsi nəticəsində daha çox və daha yüksək dozada dərman istifadəsinə, bəlkə də xəstəxanaya yerləşdirilməsinə səbəb ola bilər.
Doğuşdan sonrakı depressiyada ailə dəstəyi
Doğuşdan sonrakı depressiya dövründə ananın psixi və fiziki çətinlikləri bir çox səbəblərdən gözardı edilə bilər. Bunun etik (ailədə ünsiyyət çətinliyi) və iqtisadi çətinliklər kimi bir çox səbəbi var. Sözügedən dövrdə anadakı ciddi psixi pozğunluqlar asanlıqla gözdən qaçır və ya görməzlikdən gəlinir. Ona görə də unutmaq olmaz ki, ananın psixi vəziyyətini izləmək ailənin bütün üzvlərinin üzərinə düşür. Bundan əlavə, həkimlə yaxşı ünsiyyət, tez-tez izləmə, körpənin inkişaf səviyyəsini yaxından izləmək və ana ilə körpə arasındakı ünsiyyət, həkimlərə sonrakı dövrdə yarana biləcək mümkün postpartum depressiya mənzərəsini tanımaqda əhəmiyyətli dərəcədə kömək olacaq.
Yarana biləcək digər narahatlıqlarla bağlı əlavə sualınız olarsa, peşəkar həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya bilərsiniz:
055 574 70 74
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊