Mündəricat
ToggleUşaqlıq sallanması adətən bir neçə doğum etmiş qadınlarda rast gəlinən bir haldır. Bir çox hallarda narahatlıq hissi verən sallanma haqqında danışmamışdan öncə uşaqlıq nədir sualına cavab tapaq. Çünki hər bir qadın öz cinsiyyət orqanı ilə bağlı ətraflı məlumata sahib olmalıdır. Çanaq içərisində, sidik kisəsinin arxasında, bağırsaqların qarşısında yerləşən və vaginaya açılan uşaqlıq bədəndə hərəkət qabiliyyəti məhdud olan orqanlardan biridir. Artan yaş və ya doğum sayı kimi müxtəlif səbəblərdən uşaqlıq, çanaq əzələləri və bağ adlandırılan birləşdirici toxumaların zəifləməsi səbəbiylə lazımi dəstək ala bilmir və aşağı sürüşür, yəni sallanma və ya uşaqlığın aşağı sürüşməsi baş verir.
Bu, müxtəlif dərəcələrdə olur. Sallanmanın müalicəsi də məhz bu dərəcələrə görə təyin edilir.
Bəs uşaqlıq sallanmasının səbəbləri nələrdir?
Qeyd edildiyi kimi bu hal artan yaş və çoxlu doğum səbəbi ilə ola bilər. Lakin bu halın baş vermə səbəbi tək bunlar deyil. Digər səbəbləri bunlardır:
- klimaksdan sonra estrogen miqdarının azalması
- iri çəkili uşaq dünyaya gətirmək
- normal doğum, yəni vaginal doğum
- anadangəlmə travmalar
- keçmiş çanaq əməliyyatları
- genetik cəhətdən zəif birləşdirici toxumanın olması
- artıq çəki və ya piylənmə
- xroniki öskürək
- ağır qaldırmaq
- xroniki qəbizlik
Səbəblərdən bəziləri risk faktoru hesab edilir. Məsələn, xroniki qəbizlik, öskürək və ya daimi ağır qaldırma da uşaqlığın sallanması üçün risk faktorlarıdır. Diqqət edilməyən bəzi xəstəliklərin zamanında edilən müalicəsi və düzgün yaşam tərzi uşaqlığın sallanmasının qarşısını almaq üçün faydalı olacaqdır.
Uşaqlığın sallanmasının əlamətləri nələrdir?
Yazının əvvəlində qeyd edilən səbəblərdən hər hansısa birinə görə uşaqlığın sallanması halı yaşanır. Zamanında və düzgün edilən müalicə və müdaxilələrlə problemin aradan qaldırılması mümkündür. Bunun üçün isə sallanmanın təyini vacibdir.
Uşaqlığın sallanması az miqdarda olanda adətən hansısa əlamətlə özünü biruzə vermir. Lakin bu problemdən əziyyət çəkən bəzi qadınlar səhər saatlarından başlayan və gün ərzində artan bel ağrısından şikayət edirlər. Bəzi hallarda qarnın aşağı hissəsində ağırlıq hissi kimi şikayətlərlə görünə bilər. Lakin uşaqlığın sallanmasının səbəbləri kimi ümumi olaraq bunlar qeyd olunur:
- Sidiyə çıxa bilməmə
- Sidik qaçırma
- Bel nahiyəsində ağrı
- Vaginal qanam
- Vaginal axıntının çox olması
- Cinsi əlaqə zamanı ağrı
- Vaginadan nəyinsə çıxacağını hiss etmək
- Vaginadan çıxan toxuma
Uşaqlıq sallanmasının diaqnozu
Bu durum mütəmadi olunan ginekoloji müayinələr zamanı təyin edilməsi mümkün olan bir haldır. Diaqnoz üçün bəzi hallarda hətta simptomları demək kifayətdir. Uşaqlıq sallanmasının əlamətləri olaraq qeyd olunanlardan bir neçəsinin pasiyentdə olması da artıq diaqnozun quyulması üçün kifayətdir. Lakin yenə də ginekoloq pasiyentin öncəliklə xəstəlik tarixçəsini dinləyir, daha sonra isə çanaq müayinəsi ilə diaqnoz qoyulur. Müayinə zamanı həmçinin sallanmasın dərəcəsi təyin edilir. Belə ki, bunun üçün həkim pasiyentdən gücənməsini istəyə bilər. Çanaq əzələlərinin vəziyyətini yoxlamaq üçün isə pasiyent sidiyi tuturmuş kimi əzələlərini sıxmalıdır.
Müayinə zamanı sallanmanın dərəcəsi də təyin edilir demişdik. Belə ki, bu sallanma 4 dərəcədə olur:
1-ci mərhələ: uşaqlıq vaginanın daxilində yarıya qədər enir.
2-ci mərhələ: uşaqlıq demək olar ki, vaginanın ön hissəsinə qədər enir.
3-cü mərhələ: uşaqlıq vaginadan kənara çıxır.
4-cü mərhələ: uşaqlıq vaginadan tamamilə kənarlaşır.
Uşaqlıq sallanmasının müalicəsi
Uşaqlıq sallanmasının müalicəsi pasiyentin yaşından və ümumi sağlamlığından, gələcəkdə doğum etmək istəməsindən və xəstəliyin dərəcəsindən asılıdır. Buna bağlı olaraq Kegel məşqləri adlanan vagina və perineum ətrafındakı əzələləri işlədən məşqlər etməklə bu halın qarşısını almaq olar.
Çanaq əzələlərini gücləndirmək
Müalicə prosesində çanaq əzələlərini gücləndirmək üçün məşqlər edilir ki, bu da vaginal sallanmanın müalicəsində təsirli ola bilər.
Hormon müalicəsi
Estrogen terapiyası xüsusilə postmenopozal dövrdə olan qadınlarda uşaqlığın sallanması ilə əlaqəli simptomların müalicəsində təsirli olur.
Həyat tərzini dəyişdirmək
Erkən mərhələdə olan sallanmanın müalicəsi üçün sağlam çəkidə qalmaq, müntəzəm məşq etmək kimi həyat tərzi dəyişiklikləri də faydalı olacaqdır.
Vaginal müdaxilə
Müalicə üsulları arasında yer alan vaginal müdaxilədə uşaqlıq yolunu tutmaq və saxlamaq üçün vaginaya yerləşdirilən pessar adlanan cihazlardan istifadə edilir. Bu müalicə üsulu uşaqlıq yolunun çıxarılmasını istəməyən və ya gələcəkdə uşaq sahibi olmaq istəyən qadınlar üçün uyğundur. Həmçinin bəzi yaşlı pasiyetnlər vardır ki, uşaqlığın sallanmasının simptomları onlar üçün dözülməzdir. Belə pasiyentlərdə də sözügedən müalicə üsulundan istifadə edilməsi mümkündür.
Əməliyyat
Uşaqlıq sallanmasının aradan qaldırılması üçün tez-tez minimal invaziv cərrahi prosedurlara da müraciət olunur. Əməliyyat adətən 2,3 və 4-cü mərhələdə olan sallanmalarda icra edilir.
Unutmayın ki, müalicə variantlarını müzakirə etmək və hansının ən uyğun olduğunu müəyyən etmək üçün ginekoloq ilə məsləhətləşmək vacibdir.
Uşaqlıq sallanması əməliyyatı
Uşaqlığın sallanması əməliyyatı qadınların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir və digər müalicə variantları uğursuz olduqda və ya simptomları aradan qaldırmadıqda tövsiyə edilir. Buna görə də bir çox qadının həyat keyfiyyətini aşağı salan bu problemə əməliyyat aktual həll yoludur. Müalicə olunmayan şiddətli sallanma uşaqlığın müxtəlif anormallıqlarına səbəb ola bilər. Bu isə həlli daha çətin olan sağlamlıq problemi ilə nəticələnir. Əməliyyat zamanı uşaqlıq və vaginal toxuma bərpa edilir. Əməliyyat adətən ümumi anesteziya altında aparılır və bir neçə gün xəstəxanada qalmaq tələb olunur. Əməliyyatdan sonra qadınlar müəyyən müddət cinsi əlaqədən və ağır yüklərdən uzaq durmalıdırlar. Bununla belə, dəqiq sağalma prosesi insandan insana dəyişir və əməliyyatdan sonra əməl etməli olduqlarınızla bağlı həkiminiz sizə xüsusi göstərişlər verəcəkdir.
Uşaqlıq sallanmasının qarşısını almaq
Bir çox qadınlar uşaqlıq sallanması ilə qarşılaşmaqdan çox qorxur, bunu ciddi bir problem olaraq düşünürlər. Lakin qeyd edilən müalicə üsulları ilə yanaşı evdə diqqət edəcəyiniz bəzi məsələlər də uşaqlığın sallanmasının qarşısını almaq yolunda sizə kömək olacaqdır:
- Qəbizliyin qarşısını almaq üçün kifayət qədər su için və liflə zəngin qidalar qəbul edin;
- Ağırlıq qaldırmaqdan və həddindən artıq gərgin məşqlərdən uzaq durun;
- Daha əvvəldə də qeyd olunduğu kimi, çanaq əzələlərini möhkəmləndirmək üçün Kegel məşqləri edin;
- Sidik kisəsinin tamamilə boş olmasından əmin olmaq üçün tualet ehtiyacınızı tam edin;
- Ağır yükləri daşımaq üçün düzgün texnikadan istifadə edin.
Hamiləlikdə uşaqlıq sallanması
Hamiləlikdə uşaqlığın sallanması riskli olmasa da, sallanmanın dərəcəsi arta bilər. Ona görə də bu ehtimaldan şübhələnən qadınların hamiləlikdən əvvəl müalicə alması vacibdir. Əgər artıq bu hal yaşanıbsa, hamiləlikdə bu hal aşkarlanıbsa, müalicə olunmalıdır. Müalicə variantları arasında ən çox yayılanı çanaq məşqləridir. Təbii ki, müayinə zamanı ginekoloq çanaq məşqlərindən də əlavə müalicə yolu izləyə bilər.
Həmçinin bilmək lazımdır ki, hamiləlikdə sallanma yaşayan pasiyentlərin hamiləlikdən öncə və sonra olunan müayinələri uşaqlıq sallanmasının müalicəsi üçün vacibdir.
Unutmayın ki, uşaqlıq sallanması erkən aşkarlanarsa, müalicə prosesi daha rahat olacaqdır. Bu səbəbdən əgər uşaqlığın sallanması ilə bağlı şübhələriniz varsa, 055 574 70 74 mobil nömrəsilə əlaqə saxlayıb həkim mama-ginekoloq Xanım Adıgözəlovadan məsləhət ala və həkimin qəbuluna yazıla bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊