Mündəricat
ToggleVaginal axıntı vaginanı təmiz və nəm saxlayan bir növ qoruyucu maye və ya selik kimi müəyyən edilə bilər. Bu qoruyucu mayelər uşaqlıq boynundakı vəzilərdən və vaginanın ağzından ifraz olunur və vaginanı infeksiyalardan qoruyur. Əgər bu hal gündə 1-4 ml arasında olarsa, bu normal hesab edilir. Sağlam axıntı qaşınmalara səbəb olmayan şəffaf rəngli bir axıntıdır. Yəni belə axıntı heç bir rəng və ya qoxuya malik deyil, teksturası sürüşkən və nəmdir. Vaginal ifrazat sayəsində ölü hüceyrələr və bakteriyalar vaginadan xaric olur. Bu isə vaginanı sağlam və təmiz saxlayır. Sağlam axıntı heç bir müalicə tələb etmir və problem yaratmır.
Vaginal axıntı niyə olur, vaginal axıntının səbəbləri nələrdir?
Bu müxtəlif səbəblərlə görə baş verir. Məsələn, menstruasiya dövrü, cinsi istək zamanı, hamiləlik və doğum sonrası dövrdə axıntının olması təbii hesab olunur. Ancaq bəzi hallarda axıntı arzulanmayan infeksiyanın olduğunu göstərir. Belə olan halda axıntı sarı və ya yaşılımtıl rəngdə, qatı və pis qoxulu olur. Bakterial infeksiyalar tez-tez bu cür şey olmasına səbəb olur. Əgər axıntı qeyd edilən kimidirsə diaqnoz və müalicə üçün bir mütəxəssisə müraciət etmək tövsiyə olunur. İnfeksiyanın səbəb olduğu axıntıda erkən diaqnoz vacibdir. Müalicə edilməzsə, bu vəziyyət yuxarı cinsiyyət orqanlarına zərər verə bilər. Bu, uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb olur.
İnfeksiya olmadan da bu hal ilə rastlaşmaq mümkündür. Məsələn, estrogen səviyyəsi yüksək olduqda ifrazat görünə bilər. Aşağıda qeyd olunan hallarda estrogen səviyyəsi yüksək olur:
- menstruasiya dövrü
- doğumdan sonra birinci və ya ikinci həftə
- ilk menstruasiya başlamazdan bir neçə ay əvvəl
- hamiləlik dövrü
- hamilə qalmağa dəstək olan bəzi dərmanlar
Bu durumun səbəbləri axıntının rəngi, teksturası və bu kimi əlamətlərinə görə də təyin edilir.
Hamiləlikdə vaginal axıntı niyə olur?
Hamiləlik zamanı qəhvəyi rəngli axıntı görünə bilər. Hamiləlik zamanı bu kimi hallar ilə qarşılaşan qadınların narahat olmasına ehtiyac yoxdur. Çünki hamiləlikdə axıntı adətən sağlamlıq problemləri ilə əlaqəli olmur. Hamilikdəki axıntının səbəbləri arasında implantasiya, cinsi əlaqə və ya vaginal müayinə, idman etmək yer alır.
İmplantasiya. Bəzi insanlar hamiləliyin başlanğıcında az miqdarda qəhvəyi və ya çəhrayı axıntı ilə qarşılaşa bilər. Bu, embrionun uşaqlığa bağlanmasının bir əlamətidir və bu cür axıntı ilə özünü biruzə verir.
Cinsi əlaqə və ya vaginal müayinə. Hamiləliyin istənilən mərhələsində vaginaya hər hansı bir müdaxilə nəticəsində bu hal görünə bilər. Belə ki, cinsi əlaqə və ya vaginal müayinədən sonra görünən ifrazat da qəhvəyi və ya çəhrayı rəngli olur. Hamiləlikdə cinsi əlaqə sonrası axıntıya səbəb serviks və ya vaginanın qıcıqlanmasıdır. Lakin cinsi əlaqə sonrası axıntı olarsa, bu barədə ginekoloqa məlumat vermək mütləq lazımdır. Çünki bu, çox ağır patalogiyaların xəbərçisi ola bilər.
İdman etmək. Güclü məşq hamiləliyin istənilən vaxtında vaginal ləkələrə və ya axıntıya səbəb ola bilər. Belə hal adətən qanaxmaya səbəb olmadığı müddətcə narahatlığa səbəb olmur. Lakin hamilə vaxtı idman edərkən bu kimi hal olarsa, ginekoloqa bu barədə məlumat vermək mütləq lazımdır. Əgər həkim müayinədən sonra icazə verərsə, yüngül idmana keçə bilərsiniz, amma bu qərarı həkimin məsləhəti ilə vermək lazımdır.
Anormal vaginal axıntı niyə olur?
Anormal axıntı adətən infeksiya halında görülür. Bu vəziyyətdə axıntı fərqli bir qoxu, rəng və həcmə malik olur. Anormal axıntının səbəbləri aşağıdakılar hesab olunur:
- antibiotik və ya steroidlərin istifadəsi
- bakterial vaginoz (hamilə qadınlarda və ya bir neçə cinsi partnyoru olan insanlarda olur)
- uşaqlıq boynu xərçəngi
- hamiləliyi əngəlləyən dərmanlar
- diabet (şəkərli diabet)
- ətirli sabun və ya losyondan istifadə
- köpüklü vanna
- bəzi gel və kremlər
- əməliyyatdan sonrakı çanaq infeksiyası
- cinsi əlaqə yoluyla keçən çanağın iltihabi xəstəliyi
- klimaks
- dar və sıx alt paltarlardan istifadə
- vaginit, vagina ətrafında qıcıqlanma
- vaginal göbələk
- güclü stres və narahatlıq
Ginekoloq anormal olan prosesin mənbəyini təyin etmək üçün analiz nümunəsi götürə bilər. Əgər edilən analizlə axıntının səbəbi tapılmazsa, həkim əlavə olaraq Pap Smear testi edə bilər. Axıntı ilə bağlı problem yaşandıqda bəzi hallarda cinsi partnyor da müalicə olunmalıdır.
Vaginal axıntının növləri
Vaginal axıntı rənginə və teksturasına görə fərqlənir. Bəzi axıntılar normal sayılır, bəziləri isə əsas sağlamlıq problemini göstərir. Ona görə də axıntının növləri ilə bağlı məlumatlı olmaq lazımdır.
Ağ rəngli vaginal axıntı
Ağ rəngli axıntı adətən menstruasiya dövrünün əvvəlində və sonunda müşahidə olunur. Bu cür hal normal hesab olunur. Ancaq axıntı ilə birlikdə qaşınma və qatı ifrazat olarsa, bu, normal hesab edilmir. Bu vəziyyətdə müalicə tələb olunur. Əslində, qaşınma və qatı axıntı göbələk infeksiyasının xəbərçisi ola bilər.
Şəffaf vaginal axıntı
Axıntı şəffafdırsa, narahat olmağa dəyməz. Maye kimi olan belə şəffaf ifrazat tamamilə təbiidir və heç bir sağlamlıq problemi olduğunu göstərmir. Belə hal xüsusilə idmandan sonra olur.
Şəffaf və şürüşkən vaginal axıntı
Əgər axıntı şəffafdırsa, lakin maye kimi deyil, elastikdirsə, bu qadının yumurtlama dövründə olduğunu göstərir. Elastik axıntı da normal hesab olunur.
Qanlı və ya qəhvəyi vaginal axıntı
Qanlı və ya qəhvəyi axıntı adətən menstruasiya zamanı və ya ondan sonra müşahidə olunur. Normal vəziyyət hesab olunur. Xüsusilə menstruasiya dövrünün sonuna doğru vaginalaxıntı qırmızıdan qəhvəyi rəngə çevrilir. Aybaşı dövrləri arasında az miqdarda qanlı axıntı ola bilər. Bu vəziyyət “ləkələnmə” kimi tanınır.
Menstruasiya zamanı belə halın olması normal sayılır. Ancaq bu vəziyyəti menstruasiya xaricində görmək fərqli bir problemə işarə edir. Əgər hamiləsinizsə və qanlı və ya qəhvəyi ifrazat varsa, bu düşük əlaməti də ola bilər. Ona görə mütləq ginekoloqunuza bu barədə məlumat verin.
Qanlı və ya qəhvəyi vaginal ifrazat nadir olsa da, uşaqlıq boynu xərçənginin əlaməti olaraq da hesab edilir. Mioma və ya digər anormal şişlər də bu cür axıntıya səbəb ola bilər.
Sarı və ya yaşıl vaginal axıntı
Əgər pis qoxulu axıntı varsa, həmçinin bu axıntı qatı və sarı və ya yaşıl rənglidirsə, anormal bir vəziyyətə işarədir. Belə hal adətən bakterial infeksiya halında müşahidə olunur. Bəzən buna cinsi əlaqə səbəb ola bilər. Belə bir vəziyyətdə müalicə hər iki tərəfə tətbiq edilməlidir ki, daha effektiv nəticə alınsın.
Vaginal axıntının diaqnozu
Vaginal axıntı anormaldırsa və bununla bağlı həkimə müraciət edilərsə, xəstəyə həkim tərəfindən bəzi suallar veriləcəkdir. Bu suallar şəxsin xəstəlik tarixi, şikayətləri, menstrual dövrü və cinsi həyatı ilə bağlı olur. Verilən suallara düzgün və dəqiq cavab vermək vaginal ifrazat diaqnozu üçün önəmlidir.
Bu prosesə diaqnoz qoymaq üçün həkim tərəfindən aşağıdakı suallar verilə bilər:
Vaginal ifrazatın rəngi necədir?
Vaginal ifrazatın qoxusu varmı?
Vaginada qaşınma, ağrı və ya yanma hissi yaşayırsınızmı?
Birdən çox cinsi partnyorunuz varmı?
Əgər hamiləlikdən qorunma üsulundan istifadə edirsinizsə, bu üsulunuz nədir?
Siz vaginal duş edirsinizmi?
Müvafiq suallara cavablar alındıqdan sonra ginekoloji müayinə aparılır. Buraya ətraflı fiziki müayinə daxildir. Bu zaman uşaqlıq boynundan nümunə götürülür. Bu, HPV və uşaqlıq boynu xərçənginin müayinəsi üçündür. Əgər axıntı infeksiya səbəbilə olursa, bu fiziki və ya ginekoloji müayinə ilə aşkar edilə bilər. Əgər axıntının səbəbi aydın şəkildə müəyyən edilə bilmirsə, bəzi əlavə testlərə ehtiyac olacaqdır.
Vaginal axıntının müalicəsi
Axıntının müalicəsi axıntının səbəbinə görə fərqlənir. Məsələn, əgər axıntı göbələk infeksiyasından qaynaqlanırsa, bu adətən krem və ya gel şəklində olan dərmanlarla həll edilir. Digər bakterial problemlər üçün antibiotik müalicəsi tələb oluna bilər. Müalicə üçün bitki mənşəli üsula müraciət etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.
Bu durumun keçməsi üçün evdə aşağıdakı üsullardan istifadə etmək olar:
Ətirli sabun heç vaxt istifadə edilməməlidir;
Vaginal duşlara və ya köpük vannalarına üstünlük verilməməlidir;
Tualetdən sonra təmizlik öndən arxaya aparılmalıdır;
100% pambıq material alt paltarına üstünlük verilməlidir;
Həddindən artıq dar geyimlərə üstünlük verilməməlidir.
Hər bir qadın ginekoloji sağlamlığına maksimum diqqət etməlidir. Əgər siz də bu problemi yaşayır və bunun səbəbini araşdırmaq istəyirsinizsə, 055 574 70 74 mobil nömrəsilə əlaqə saxlayıb mama-ginekoloq Xanım Adıgözəlovadan məsləhət ala və həkimin qəbuluna yazıla bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊