Leyla Medical Center, Bakı

ana sudunu artırmaqin yollari
Ana Südünü Artırmağın Yolları: Praktiki Həkim Məsləhətləri

Ana südü körpələrin sağlam inkişafı üçün əvəzolunmaz qida mənbəyidir. Ana südünün tərkibindəki bir sıra qidalarla körpənin immun sistemini gücləndirir və onun sağlam həyata doğru addım atmasına kömək edir. Ancaq bəzən anaların süd istehsalı gözləniləndən aşağı olur. Bu vəziyyətdə narahat olmağa ehtiyac yoxdur. Çünki süd ifrazını artırmaq üçün müraciət edə biləcəyiniz təsirli üsullar var. Bu yazıda südü artırmaq üçün istifadə edə…

4 Həftəlik Hamiləlikdə Bu Əlamətlər Nədən Xəbər Verir?

Hamiləliyin 4-cü həftəsində ev şəraitində və ya  klinikada verilən qan analizi vasitəsilə hamiləliyin baş verdiyi bəlli olur. Test müsbət cavab göstərsə də, hamilə qadın bu ərəfədə özündə xüsusi dəyişiklik hiss etmir. 4-cü həftədə əksər hallarda erkən hamiləlik əlamətləri müşahidə olunmur. Ən çox rast gəlinə biləcək əlamətlər arasında menstruasiyanın gecikməsi, süd vəzilərinin həssaslaşması və iştah artmasını qeyd etmək olar. Hamiləliyin birinci…

Hamiləlikdə Ürəkbulanma, Qusma Haqqında Doğru Bilinən Yanlışlar

Hamiləliyin ilk aylarında səhər ürəkbulanması və qusma hamilə qadın üçün xoşagəlməz hal olub, narahatlıq yaratsa da bu əlamətlər hamiləliyin sağlam inkişaf etdiyinin göstəriciləridir. Hamiləlik toksikozu əlamətlərinin hələ də tam olaraq niyə yarandığı məlum deyil. Lakin hormonal dəyişikliklərin əsas rol oynadığı güman edilir. Belə ki, hamiləlik zamanı dölün sağlam inkişafı üçün müəyyən hormonların sintezi artmağa başlayır. Bunlardan birincisi plasenta tərəfindən sintez…

Hamiləlik Əlamətləri: Doğru Bilinən Yanlışlar

Hamiləlik yumurta hüceyrə ilə spermatozoidin birləşməsindən yaranan dölün qadının uşaqlığında inkişafı etdiyi dövrdür. Qadın bədənində bir çox dəyişikliyə səbəb olan hamiləlik 37-40 həftə davam edir. Hamiləliyin ilk göstəricisi erkən hamiləlik əlamətləridir. Bu əlamətlər testin verdiyi müsbət cavabdan öncə belə hamiləliyin baş verdiyini göstərə bilir. Bəzi erkən əlamətlər hamiləliyin unikal əlamətləri olmasa belə hamiləlikdən şübhələnməyə əsas verirlər. Birinci tirmestrdə baş verən…

Hamiləlikdən Qorunma Həbləri Haqqında Bunları Bilməlisiniz

 Hamilə qalmamaq üçün qorunma yolları arasında hormonal kontraseptivlər xüsusi yer tutur. Hormonal kontraseptivlər tərkiblərindəki hormonların təsiri nəticəsində arzu olunmayan hamiləliyin qarşısını alırlar. Bu kontraseptiv vasitələrə həblər, inyeksiyalar (iynələr) və dərialtı implantlar daxildir.      Hormonal həblər Bu həblər 2 növdə olur: kombinə olunmuş həblər, ertəsi gün həbləri   Kombinə olunmuş həblər Hər gün daxilə qəbul edilən həblər olub, tərkibi progesteron və estrogen…

Spiral Qoydurduqdan sonra Nələr Olar? Nələr Olmaz? (CAVAB)

Uşaqlıq daxili vasitələr hamiləliyə qarşı ən effektiv qoruma vasitələrindən biridir. Xalq arasında “spiral” adı ilə tanınan bu alətlərə çox üstünlük  verilməsinin kifayət qədər səbəbləri var. Belə ki, cəmi 1-2 dəqiqə ərzində ağrısız taxılan spiralın rahatlığı, az hallarda problem yaratması, illərlə qoruyuculuq təsirinə malik olması, davamlı maddi xərc tələb etməməsi, süd verən anaların belə spiraldan yararlana bilməsi ən əsas üstünlükləridir.    Uşaqlıq…

Hamiləlikdən Qorunmağın Yolları: 100% Effektiv Üsullar Bunlardır

Arzu olunmayan hamiləliklərin qarşısını almaq üçün tətbiq olunan metodlar kontrasepsiya adlanır. Kontrasepsiyanın əsas məqsədi yumurta hüceyrə ilə spermatozoidlərin birləşməsinin qarşısını almaq, həmçinin artıq döllənmiş yumurtanın uşaqlığa birləşməsinə mane olmaqdır. Müasir tibb hamilə qalmamaq üçün bir çox effektiv metodlar təklif edir. Bunlar arasında həm qadınlar, həm də kişilər üçün fərqli yollar var.     Hamiləlikdən qorunma yolları aşağıdakılardır:  Qadınlar üçün olan hormonal…