Mündəricat
ToggleHamiləlik yumurta hüceyrə ilə spermatozoidin birləşməsindən yaranan dölün qadının uşaqlığında inkişafı etdiyi dövrdür. Qadın bədənində bir çox dəyişikliyə səbəb olan hamiləlik 37-40 həftə davam edir. Hamiləliyin ilk göstəricisi erkən hamiləlik əlamətləridir. Bu əlamətlər testin verdiyi müsbət cavabdan öncə belə hamiləliyin baş verdiyini göstərə bilir. Bəzi erkən əlamətlər hamiləliyin unikal əlamətləri olmasa belə hamiləlikdən şübhələnməyə əsas verirlər. Birinci tirmestrdə baş verən hamiləliyin erkən əlamətlərinə aşağıdakılar aiddir:
-
- Gecikmiş menstruasiya
-
- Süd vəzilərində dəyişiklik
-
- Ürəkbulanma və qusma
-
- Başgicəllənmə və ürəkgetmə
-
- Tez-tez sidiyə getmə
-
- Qoxulara və yeməklərə qarşı həssaslıq
-
- Ləkə şəklində qanama
-
- Emosional həssaslılq
-
- Spazm
-
- Vaginal axıntı
-
- Köp və qəbizlik
-
- Yorğunluq və halsızlıq
-
- Burun tutulması
Gecikmiş menstruasiya hamiləliyin ən əsas əlamətlərindən biridir. Əgər aybaşıdan bir həftə və daha çox müddət keçibsə, bu, hamiləliyə işarə ola bilər. Əgər sizin aybaşı dövrünüz müntəzəm deyilsə, gecikmə yanıldıcı əlamət ola bilər. Lakin gecikmə ilə yanaşı, digər əlamətləri də özünüzdə müşahidə etdiyiniz halda hamiləlik testi (Hamiləlik testi) etməyiniz vacibdir. Ancaq bunu bilməlisiniz ki, testin göstərdiyi müsbət və ya mənfi cavab həmişə doğru olmaya bilir. Bundan başqa, testin müsbət nəticəsi təhlükəli vəziyyət olan uşaqlıqdan kənar hamiləliyin olub-olmamasını da müəyyənləşdirmir. Ona görə də istənilən halda aybaşı gecikməsi və hamiləliyin digər erkən əlamətləri varsa, ginekoloqun rəyini almağınız vacibdir.
Süd vəzilərinin şişməsi və həssaslaşması
Hamiləliyin başlandığı andan qadın bədənində hormonal dəyişikliklər getməyə başlayır. Bu dəyişikliklər süd vəzilərinin həssaslaşmasına, şişməsinə və ağrılı olmasına səbəb olur. Adətən, bir neçə həftə sonra bədən hormonal dəyişikliklərə adaptasiya etməyə başladığı üçün süd vəzilərindəki diskomfort keçib gedir.
Ürəkbulanma və qusma
Erkən hamiləliyin digər ilkin əlamətlərindən biri ürəkbulanmadır. Ürəkbulanma (Hamiləlikdə qusma) yalnız səhər deyil, günün müxtəlif vaxtlarında baş verə bilir. Qusma isə bəzi qadınlarda müşahidə olunsa da, bəzilərini heç narahat etməyə bilər.
Başgicəllənmə və ürəkgetmə ilk həftələrdə müşahidə oluna bilən əlamətlərdəndir.
Tez-tez sidiyə getmə
Hamiləlik zamanı bədəndəki qanın ümumi miqdarı artdığı üçün böyrəklər daha çox mayeni bədəndən atmalı olur. Nəticədə hamilə qadın hamilə olmadığı müddətlə müqayisədə daha tez-tez sidiyə getməyə başlayır.
Qoxulara və yeməklərə qarşı həssaslıq
Hamiləliyin ilk həftələrində müxtəlif qoxulara və yeməklərə qarşı yüksək həssaslıq yarana bilər. Bu özünü müəyyən qida və iylərdən (yuyucu toz, ətirlər və s. ) iyrənmə və ürəkbulanma kimi göstərir. Həmçinin, yeməklərdən diksinmə və ya əksinə hər hansı qidaya qarşı (şirin, turşu, yağlı və s.) böyük istək, ağızda dad dəyişikliyi müşahidə oluna bilir. Güman olunur ki, bu əlamətlər hormonal dəyişikliklərlə bağlıdır.
Ləkə şəklində qanama
Hər kəsdə olmasa da erkən hamiləlikdə rast gəlinən əlamətlərdən biri də xırda ləkə şəklində qanamalardır. Bu tip qanama döllənmiş yumurtanın uşaqlığın selikli qişasına birləşdiyi andan baş verir.
Emosional həssaslıq
Yenə də hormonlardakı dəyişikliklər qadının emosional vəziyyətinə təsir göstərərək, hadisələrə həddindən artıq həssas yanaşma və ağlağanlıq yarada bilir. Həmçinin, əhval dəyişkənliyi də hamiləliyin erkən mərhələsinə xas əlamətlərdən biridir.
Spazm
Bəzi qadınlarda hamiləliyin ilk həftələrində uşaqlığın yüngül spazmlarına rast gəlinir.
Vaginal axıntı
Hormonal dəyişikliklər vaginal axıntıya da öz təsirini göstərir. Bu ərəfədə axıntının rəngi, miqdarı və konsistensiyası normadakından fərqlənə bilir.
Köp və qəbizlik
Hamiləliyin ilk həftələrində köp və qəbizlik müşahidə oluna bilir. Buna səbəb hormonal dəyişikliyin həzm sisteminin işini yavaşıtmasıdır.
Yorğunluq və halsızlıq erkən hamiləliyin əsas əlamətlərindəndir. Bu dövrdə progestoren hormonunun sürətlə yüksəlməsi yorğunluğa və halsızlığa səbəb ola bilir.
Burun tutulması
İlk həftələrdəki hormonal dəyişiklik burnun selik qişasının ödeminə (şişməsinə) və qurumasına gətirib çıxara bilir. Nəticədə hamilə qadında burun tutulması və burun axması əlamətləri yarana bilər.
Siz də bu əlamətləri özünüzdə müşahidə edirsinizsə, verdiyiniz testin nəticəsindən asılı olmayaraq ginekoloqa müraciət edin. Çünki yalnız ginekoloq sizə hamilə olub-olmadığınızı deyə bilər.
Hamiləlik müddəti necə hesablanır?
Bir çox qadınlar hamiləlik müddətini hesablamağa çətinlik çəkirlər. Çünki ovulyasiya müddətini hər qadın izləmədiyi üçün hamilə qaldığı günü hesablamaq çətinləşir. Bundan başqa, əgər aybaşı dövrünüz müntəzəm deyilsə, hesablanan tarix yanlış olacaq. Buna görə də bir çox hallarda hamiləlik müddəti sonuncu aybaşı tarixinə uyğun hesablanır. Əksər qadınlarda ovulyasiya təxminən menstruasiyanın ilk günündən iki həftə sonra baş verir. Hamiləliyin müddətinin ortalama olaraq 37-40 həftə çəkdiyini nəzərə alsaq, həqiqi tarixə yaxın rəqəm çıxarmaq mümkündür.
Bunun üçün sonuncu menstruasiyanın ilk günündən 40 həftə, yəni 280 gün saymalısınız. Lakin onu da qeyd edim ki, hesablanan bu tarix doğum günü ilə tam üst-üstə düşməyə bilər. Bu, tam normal haldır. Hamiləliyin gedişatından asılı olaraq doğum hesablanmış tarixdən 1-2 həftə əvvəl və ya sonra baş tuta bilər.
Hamiləlik müddətinin təyin olunmasında ultrasəs müayinəsinin rolu
Ovulyasiya müddətini izləməmisinizsə, son aybaşı dövrünü xatırlamırsınızsa, bu halda ultrasəs müayinəsi hamiləlik müddətini təyin etmək üçün ən yaxşı metoddur. Ultrasəs müayinəsində 7 və ya 8-ci həftədə eşidilən ürək döyüntüsü, 18 və 22-ci həftələr arasında isə dölün ilk hərəkətlərinin olması hamiləlik müddətini təyin etməyə kömək edən göstəricilərdir. Bundan başqa, hamiləliyin ilk daxili ultrasəs müayinəsində uşaqlığın ölçüləri də müddətin təyin edilməsində rol oynayır.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊