6 Nömrəli Doğum Evi, Bakı

hamilelikden evvel qizilca peyvendi
Hamiləlikdən Əvvəl Qızılca Peyvəndi Etdirmək Lazımdır?

Hamiləlik planlaşdırılmamışdan öncə ginekoloji müayinələrdə olmaq, ümumi sağlamlıq yoxlanışı etdirmək və ehtiyac olarsa müyyən peyvəndləri vurdurmaq hamiləliyin daha sağlam keçməsinə zəmin yaradacaqdır. Bu peyvəndlərdən biri də məhz qızılca peyvəndidir. Hamiləlikdən əvvəl qızılca peyvəndi etdirməklə hamiləlik zamanı qızılca olduqca bu xəstəliyi daha rahat keçirəcəksiniz. Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər. Yazının davamını mövzu ilə…

süni mayalanma ilə əkiz hamiləlik
Süni Mayalanma ilə Əkiz Hamiləlik Olur? Riskləri Nələrdir?

Tibbin inkişafı sayəsində əkiz hamiləlik və süni mayalanma günümüzdə getdikcə daha çox yayılmışdır. Əkiz hamiləlik bir çox valideynlər üçün maraqlı təcrübədir. Süni mayalanma isə övlad sahibi ola bilmə problemi olan cütlüklər üçün ümid işığına çevrilmiş bir üsuldur. Əkiz hamiləliklərin süni mayalanma ilə əlaqəsi, bu müalicənin müvəffəqiyyət nisbətləri və təbii hamiləliklərə nisbətən niyə daha tez-tez əkiz hamiləliyə səbəb ola biləcəyi kimi…

ana sudunu artırmaqin yollari
Ana Südünü Artırmağın Yolları: Praktiki Həkim Məsləhətləri

Ana südü körpələrin sağlam inkişafı üçün əvəzolunmaz qida mənbəyidir. Ana südünün tərkibindəki bir sıra qidalarla körpənin immun sistemini gücləndirir və onun sağlam həyata doğru addım atmasına kömək edir. Ancaq bəzən anaların süd istehsalı gözləniləndən aşağı olur. Bu vəziyyətdə narahat olmağa ehtiyac yoxdur. Çünki süd ifrazını artırmaq üçün müraciət edə biləcəyiniz təsirli üsullar var. Bu yazıda südü artırmaq üçün istifadə edə…

hamilelikden sonra aybasi
Hamiləlikdən Sonra Aybaşı Haqqında Bunları Bilməlisiniz!

Hamiləlik ana bətnində döllənmiş yumurtanın inkişafı ilə başlayan və doğumla bitən prosesdir. Hamiləlik prosesinin sonu adətən 40 həftəlik müddətdən sonra baş verir. Bu prosesdə ana bətnində olan embrion və döl ana bətnində böyüyür və inkişaf edir. Hamiləlik prosesi təbii olaraq qadında bəzi dəyişiklərə səbəb olur və doğuşdan sonra da ana bətni bəzi dəyişikliklər yaşayır.  Doğuşdan sonra ana bətnində baş verən…

33 heftelik hamilelik
33 Həftəlik Hamiləlik: Doğuma Nə Vaxt Hazırlaşmalıyam?

Hamiləlikdə hər həftənin öz inkişafı olduğu üçün bu dövrlər xüsusi anlarla yadda qalır. Hamiləlik dövrünün sonları isə daha da diqqət tələb edən bir dövrdür. Bu səbəbdən bu yazımızda hamiləlik mərhələsinin 33-cü həftəsindən danışacayıq.  33-cü həftə neçənci aydır? 33-cü həftə hamiləlik dövrünün 8 ay və 1 həftəlik dövrünə uyğun gəlir. Bu, hamiləliyin son dövrü olan üçüncü trimestrdədir (son üç ay) və doğuşa…

hamilelikde hipertenziyanin riskleri, mualicesi
Hamiləlikdə Yüksək Təzyiqin Risklərindən Necə Qorunum?

Hamiləlik prosesində hamilə qadınlar bəzən gözlənilməz çətinliklərlə qarşılaşıla bilər. Bunlardan biri hamiləlik dövründə hipertenziya, yəni yüksək təzyiqdir. Hamiləlikdə hipertoniya hamilə qadının yüksək təzyiq problemidir və həm ananın, həm də körpənin sağlamlığına ciddi təsir göstərə bilər. Bu, bütün dünyada hamiləliklə bağlı ağırlaşmaların əsas səbəblərindən biridir. Yüksək qan təzyiqi körpənin inkişafına və ananın sağlamlığına mənfi təsir göstərərək müəyyən ağırlaşmalara səbəb ola bilər.…

hamilelikde varikoz
Hamiləlikdə Varikoz Damarların Genişlənməsi: Riskləri Nələrdir?

Hamiləlik dövründə anada hormonların əhəmiyyətli dərəcədə artması və fizioloji dəyişikliklər baş verir. Bu dövrdə bir çox qadın hamiləliyin əlamətlərindən biri olan varikoz damarlarının genişlənməsi ilə qarşılaşa bilər. Varikoz damarları adətən ayaqlarda, qasıqda və düz bağırsaqda görünən bükülmüş və genişlənmiş damarlardır. Hamiləlik zamanı hormonal dəyişikliklər, qan həcminin artması və uşaqlığın ölçüsünün artması kimi faktorlar varikoz damarlarının yaranmasına təsir edir və mövcud…

hamilelikde sidik yollari infeksiyasi
Hamiləlikdə Sidik Yolları İnfeksiyası: Hansı Riskləri Var?

Hamiləlik dövründə sidik yolları infeksiyası gələcək analar üçün ciddi sağlamlıq problemidir. Sidik yolları infeksiyası sidik yollarına təsir edən bakterial infeksiyadır. Bu vəziyyət hamiləlik dövründə daha çox rast gəlinir və ana ilə körpə sağlamlığı üçün potensial risklər daşıyır. Hamiləlik hormonal və anatomik dəyişikliklərin bir araya gəldiyi bir prosesdir. Bu dəyişikliklər sidik yollarını bakterial infeksiyalara qarşı daha həssas edə bilər. Bundan əlavə,…

37 heftelik hamilelik
37 Həftəlik Hamiləlik: Doğuş Nə Zaman Olacaq?

Hamiləliyin 37-ci həftəsinə xoş gəlmisiniz! İndi doğumunuzun son mərhələsindəsiniz və körpəniz doğuma qədər son inkişaf mərhələsindədir. Bu dövrdə yaşaya biləcəyiniz dəyişikliklər və körpənizin inkişafı haqqında öyrənmək istəyirsinizsə, oxumağa davam edin. Hamiləliyin bu mərhələsində həyəcan və maraq hissləri bir arada olur. Körpəniz artıq doğuma hazırdır və siz onu qucaqlamaq üçün səbirsizlənirsiniz. Ancaq bu proses zamanı bədəninizdə və zehninizdə bəzi dəyişikliklər yaşamağınız…

dogusdan sonra vaginal axinti
Doğuşdan Sonra Vaginal Axıntı: Bu hallarda Təhlükəlidir

Doğuşdan sonrakı dövr qadınların həyatında ən az hamiləlik qədər mühüm mərhələdir və bu mərhələ orqanizmdə bir sıra fizioloji dəyişikliklərin yaşandığı, ananın doğum prosesindən sonra yeni həyata hazırlandığı dövrdür. Doğumdan sonrakı dövrdə qadın orqanizmi hamiləlik və doğuşun təsirindən tədricən sağaldığından yenicə ana olmuş qadının özünə və körpəsinə qayğısı böyük əhəmiyyət kəsb edir.  Doğuşdan sonra vaginal axıntı qadınların doğuşdan sonrakı dövrdə qarşılaşdıqları…