Ana Səhifə » Bloq » Dölün İnkişaf Prosesi: Addım-Addım Hamiləlik

dolun inkisaf prosesi, addim-addim hamilelik

Dölün İnkişaf Prosesi: Addım-Addım Hamiləlik

Hamiləlik dövründə dölün inkişaf prosesi üç əsas trimestrə bölünür. Hər üç trimestr fetus üçün fərqli böyümə və inkişaf dövrünü təmsil edir və hər mərhələnin özünəməxsus xüsusiyyətləri var. 

Birinci trimestrdə dölün inkişaf prosesi

Dölün inkişaf prosesinin birinci trimestri 12 həftəyə qədər davam edən müddətdir və hamiləliyin ilk 3 ayını əhatə edir. Bu trimestrdə inkişafın əsas amili kiçik hüceyrələr qrupundan insan xüsusiyyətlərinə sahib olmağa başlayan dölə çevrilməsidir. Birinci trimestr dölün ilkin addımları olduğuna görə ana üçün olduqca həyəcanlı və bəzi simptomlarla qarşılaşdığı dövrdür. Birinci trimestrdə ananın qarşılaşdığı simptomlara ürək bulanma, yorğunluq və fiziki narahatlıqlar daxildir.

Birinci trimestr dölün inkişaf prosesinin 1-ci ay (1-4-cü həftələr)

Dölün inkişaf prosesinin ilk iki həftəsinə “hazırlıq” dövrü deyə bilərik. Bu dövrdə ana yavaş-yavaş daha çox hormon buraxır və uterus potensial hamiləliyə hazırlaşır. 

1-ci həftədə artıq ovulyasiya adlandırdığımız proses baş verir. Yumurtalıqdan bir yumurta ayrılır və sperma ilə birləşir. 

3-cü həftə inkişaf prosesinin vacib həftələrindəndir. Çünki bu həftədə mayalanma baş verir, yəni sperma və yumurta birləşərək ziqot yaradır.

4-cü həftədə hüceyrələrin kiçik dəstəsi blastosistə çevrilir və uterusun astarına implantasiya olunur. Blastosist ətrafında su keçirməyən kisə əmələ gəlir. Bu kisəyə amnion kisəsi, yəni dölyanı kisə deyilir və hamiləlik zamanı döl üçün yastıq funksiyasını daşıyır. 4-cü həftənin sonunda dölün inkişaf prosesinin nəticəsi kimi blastosist təxminən 2 mm uzunluğa çatır.

Dölün inkişaf prosesinin 2-ci ayı (5-8-ci həftələr)

Hamiləliyin 2-ci ayı insanların qadınların hamilə olduqlarını başa düşdükləri zamandır. 2-ci ayda dölün inkişaf prosesi bir qədər irəliləmiş olur və ananın hormonları həddindən artıq yüklənir. Dölün inkişaf prosesi bu gedişatla inkişaf etməyə davam etdikdə təxminən beşinci həftədə hamiləlik testi müsbət nəticə verəcək. 

5-ci həftə dölün inkişaf prosesinin əsas həftələrindən biridir. Bu həftədə dölün sinir borusu (beyin, onurğa beyni və mərkəzi sinir sisteminin digər sinir toxuması) əmələ gəlir. Eyni zamanda dölün ürək inkişafı və ürəyinin döyməyə başlaması da, dölün inkişaf prosesinin 5-ci həftəsinə aiddir. 

6-cı həftəsdə dölün gələcək həftələrində qollara və ayaqlara çevrilən kiçik əzələ toxumaları əmələ gəlməyə başlayır. Bu həftədə olan dölün inkişaf prosesinə qan hüceyrələrinin formalaşması və dövriyyəyə başlaması da aiddir. 

Eyni zamanda sonrakı həftələrdə qulaqlara, gözlərə və ağıza çevriləcək strukturların formalaşması, ürək döyüntüsünün ulturasəs zamanı eşidilməsi 6 həftəlik dölün inkişaf prosesinə daxildir. 

7-ci həftədə dölün sümükləri yumşaq qığırdaqları əvəz etməyə və cinsiyyət orqanlarının əmələ gəlməsi başlayır. Dölün inkişaf prosesinin bu mərhələsində dölün başı bədəninin qalan hissəsinə nisbətdə böyük olur. Ulturasəs müayinələrində isə embrionun qabarıq quyruğu (ayaqlara çevrilən) və böyük başı səbəbiylə kiçik dəniz atına bənzər formalı görünür.

8-ci həftədə artıq dölün əsas orqanları və bədən sistemləri inkişaf edir. Dölün inkişaf prosesinin bu həftəsində onun tor kimi əlləri və ayaqları formalaşır. Göz və qulaqlar isə formalaşmağa başlayır. Eyni zamanda göbək ciyəsi tam inkişaf edib. Embriona oksigen və qanın daşınmasına kömək etməsi də 8-ci həftədən başlayır. İkinci ayın sonunda döl təxminən 0,5-1 düym (düym) uzunluğunda olur.

Dölün inkişaf prosesinin 3-cü ayı (9-dan 12-ci həftəyə qədər)

Hamiləliyin üçüncü ayı dölün inkişaf prosesində embrionun fetus halına gəldiyi zamandır.  Dölün inkişaf prosesinin bu ayı sürətli böyümə və inkişaf dövrüdür. Döldə fərqli üz cizgiləri, əzalar, orqanlar, sümüklər və əzələlər inkişaf edir. Körpənin cinsiyyətinin formalaşması da dölün inkişaf prosesinin 12-ci həftəsinin sonundadır. Lakin bu dövrdə ulturasəs müayinələrdə dölün cinsiyyəti bilinmir.

9-cu həftədə dad duyğuları formalaşır. Həmçinin bu həftədə döldə əzələlər formalaşır və bədən forması daha çox insan görünüşü alır. Dölün ürək döyüntüsünün ulturasəs zamanı eşidilməsi dölün inkişaf prosesinin bu həftəsinə aiddir.

10-cu həftə dölün inkişaf prosesinin qollar, əllər, barmaqlar, ayaqlar və ayaq barmaqları tam formalaşdığı mərhələdir. Bu həftədə əl və ayaq dırnaqları inkişaf etməyə başlayır, xarici qulaqlar əmələ gəlir. Dölün inkişafının bu həftəsində xarici cinsiyyət orqanları da formalaşmağa başlayır, lakin onlar 10-cu həftədə ultrasəs müayinəsində görünmür.

11-ci həftə dölün inkişaf prosesində hərəkət etməyə başladığı dövrdür. Bu həftədə döl yumruqlarını və ağzını açıb bağlayır, dizləri, dirsəkləri və topuqlarını işlədir. Bu hərəkətlər çox zəif olduğu üçün ana hiss etmir. Eyni zamanda 11-ci həftədə sümüklər sərtləşir, dölün üz cizgiləri daha qabarıq görünür.

12-ci həftədə bütün orqanlar, əzalar, sümüklər və əzələlər artıq mövcud olur. Eyni zamanda dölün qan dövranı, həzm və sidik sistemləri də bu həftədən işləyir və qaraciyər öd istehsal edir, döl amniotik maye içir və sidiy ifraz edir. Üçüncü ayın sonunda döl təxminən 2,5-3 düym uzunluğunda olur.

İkinci trimestrdə dölün inkişaf prosesi

Hamiləliyin ikinci trimestri ən rahat dövrüdür. Çünki dölün inkişaf prosesində bu vaxta qədər ürək bulanmaları və narahatlıqlar anaya çox təsir edirdisə, iki trimestrdə ana artıq bu prosesə adaptasiya olur və ürək bulanmaları azalır. İkinci trimestrdə ana uterusunuzda fırlandığı və döndüyü kimi hərəkət hiss etməyə başlayır və dölün cinsiyyəti ulturasəs müayinə zamanı bilinir. 

Dölün inkişaf prosesinin 4-cü ayı (13-16-cı həftələr)

Hamiləliyin 4-cü ayında ultrasəs müayinəsi zamanı artıq fetusun ürək döyüntüsünü yüksək və aydın eşitmək mümkün olur. Dölün inkişaf prosesinin bu həftəsində döl hətta baş barmağını əmir, əsnəyir, uzanır.

13-cü həftədə döldə səs telləri əmələ gəlir və əvvəlki həftələrdə böyük olan dölün başı bədəninə uyğun olaraq böyüməyə başlayır. 

14-cü həftədə artıq dölün dərisi qalınlaşmağa və nazik tüklər uzanmağa başlayır. Dölün inkişaf prosesinin bu mərhələsində döl barmaqlarını ağzına gətirir və başını hərəkət elətdirir. Eyni zamanda dölün xarici cinsiyyət orqanlarının tam inkişafı və barmaq izləri formalaşması da bu dövrə aiddir.

15-ci həftədə bağırsaqlar və qulaqlar kimi bəzi orqanlar öz yerini alır. Bu həftədə döl nəfəs almaq üçün dölyanı mayedən istifadə edir və bunun sayəsində də döldə ağ ciyərlər inkişaf edir. Eyni zamanda döl bu dövrdə gülümsəmək kimi daha məqsədyönlü hərəkətlər etməyə başlayır.

16-cı həftədə döldə dodaqlar mövcud olur və qulaqları ananın danışığını eşidə biləcəyi səviyyədə inkişaf edir. Eyni zamanda dölün gözləri bağlı olsa da, işığa reaksiya verə bilir.

Dölün inkişaf prosesinin dördüncü ayının sonunda döl təxminən 5 düym uzunluğunda və təxminən 100-120 qr ağırlıqda olur. 

Dölün inkişaf prosesinin 5-ci ayı (17-20-ci həftələr)

Hamiləliyin beşinci ayının sonunda anaların çoxu dölün hərəkətini hiss etməyə başlayır. Döl inkişafı prosesin nəticəsində dölün ilkin hərəkətləri etməyə başlaması “sürətlənmə” adlanır və ana tərəfindən çırpınma kimi hiss edilir. 

17-ci həftədə dölün dərisi hələ də nazik olur, ancaq bu həftədən etibarən döl piylənməyə başlayır. Döl inkişafı prosesinin bu həftəsində dölün dərisi verniks adlandırılan ağımtıl örtüklə örtülür. Verniks dölün dərisini uzunmüddətli dölyanı mayenin təsirindən qorunur.

18-ci həftədə isə döl şaftalıya oxşar tüklü lanuqo ilə örtülür. Bu, örtük sayəsində dölə isti mühit yaranır və döl dölyanı maye təsirlərindən qorunur. Eyni zamanda dölün inkişaf prosesinin yuxu-oyanma dövrü də bu həftəyə aiddir. Əgər döl yuxuda olarsa, kənardan gələn yüksək səslər onu oyadır.

19-cu həftədə ana dölün təpik və yumuruqlarını daha çox hiss edir. 

20-ci həftədə dölün dırnaqları və barmaqlarının uzanmağa başlayır, həmçinin dölün beyninin 5 duyğu hissəsi inkişaf edir.

5-ci ayın sonunda döl təxminən 9-10 düym uzunluğunda olur.

Dölün inkişaf prosesinin 6-cı ayı (21-24-cü həftələr)

Hamiləliyin 6-cı ayında dölün göz qapaqları ayrılmağa başlayır və döl nizamlı hərəkətlər edir. Dölün hərəkətlərini artıraraq xarici səslərə cavab verməsi də dölün inkişaf prosesinin 6-cı ayındadır.

21-ci həftədə əzaların hərəkətləri koordinasiyalı və tez-tez olur.  Bu həftədə döldə qan hüceyrələrinin əmələ gəlməsinə kömək edən sümük iliyi mövcud olur.

22-ci həftədə dölün tutmasının güclənməsi və qulaqlarına, göbək ciyəsinə toxuna bilməsi mümkün olur. 

22-ci həftədə dölün inkişafı elə mərhələyə çatır ki, ananın ürəyinin döyüntüsünü, mədəsinin gurultusunu və nəfəs alma prosesini eşidə bilir.

23-cü həftədə vaxtından əvvəl doğum halları ola bilər. Vaxtından əvvəl doğulma halları riskli olduğu üçün bu dövrdə ana özünü qorumalı və vaxtında həkim müayinələrindən keçməlidir.

24-cü həftə dölün ağciyərlərinin tam inkişaf etdiyi həftədir. Bu həftədə dölün ağciyərləri tam inkişaf etsə də, uterusdan kənarda işləyəcək qədər inkişaf etmir. Altıncı ayın sonunda döl təxminən 12 düym uzunluğunda olur.

Dölün inkişaf prosesinin 7-ci ayı (25-28-ci həftələr)

Döl 7-ci ayda yetkinləşməyə və bədən yağ ehtiyatlarını inkişaf etdirməyə davam edir. Döl inkişaf prosesinin bu həftəsində tez-tez mövqeyini dəyişir, səs, ağrı və işıq da daxil olmaqla müxtəlif təsirlərə cavab verir. Həmçinin dölyanı maye hamiləliyin 7-ci ayında azalmağa başlayır.

25-ci həftədə döldə daha çox bədən yağı olur və bunun sayəsində də ulturasəsdə dölün dərisi daha az qırışıqlı və dolğun görünür. Dölün sinir sisteminin dəyişməsi də 25-ci həftəyə daxildir.

26-cı həftədə dölün dəri və gözlərinə rəng verən melanin istehsalı baş verir. Döl inkişaf prosesinin bu həftəsində ağciyərləri doğuşdan sonra nəfəs almasına kömək edən maddə olan səthi aktiv maddə yaratmağa başlayır.

27-ci həftə isə artıq dölün kirpikləri mövcud olur və döl gözlərini açıb qırpır. 

28-ci həftədə döl doğuşa hazırlaşarkən ana rəhmində başını aşağı çevirməyə başlayır. 28-ci həftədə, yəni 7-ci ayın sonunda döl təxminən 14-15 düym uzunluğunda olur.

Üçüncü trimestrdə dölün inkişaf prosesi

Bu dövr dölün inkişaf prosesinin sonlandığı və hamiləliyin son hissəsidir. Üçüncü trimestr ərzində döl tez müddətdə çəki qazanır və doğuşdan sonra körpəyə lazım olacaq bədən yağını əldə edir. Üçüncü trimestr doğuma yaxın olduğu üçün ana daim həkimlə əlaqədə olmalı və narahatlıqlarını həkimə bildirməlidir.

Dölün inkişaf prosesinin 8-ci ayı (29-dan 32-ci həftəyə qədər)

Döl inkişaf prosesinin 8-ci ayında yetkinləşməyə və bədən yağ ehtiyatlarını inkişaf etdirməyə davam edir.  8-ci ay dölün  beyninin ən sürətlə inkişaf etdiyi aydır. Döl 8-ci ayda ana bətnindəki əksər stimulları görə və eşidə bilir. Bu ayda dölün əskər daxili sistemləri yaxşı inkişaf etmiş formada olsa da, ağciyərlər hələ də anadan ayrı yaşamaq üçün tam hazır olmur. 

29-cu həftə dölün böyüyüb, amniotik kisədə sıxıldığı üçün təpiklər və hərəkətləri daha çox etdiyi həftədir. 

30-cu həftədə isə döl artıq öz bədən istiliyinə nəzarət edə bilir. Bu həftədə etibarın dölün beyni yetkinləşir və sürətlə böyüyür. 

31-ci həftədə döl daha çox məlumatları emal edə bilir, oyanıq və yuxuda olanda ötəri yuxular görməyə başlayır.

32-ci həftə dölün dərisi artıq şəffaf deyil, formalaşmış formada olur. Eyni zamanda 32-ci həftədə döldə ağciyərlər və beyindən başqa, əksər orqanlar yaxşı formalaşır və doğuşa tam hazır vəziyyətdə olur.

8-ci ayın sonunda dölün uzunluğu təxminən 17-18 düymə çatır.

Dölün inkişaf prosesinin 9-cu ayı (33-36-cı həftələr)

Döl inkişaf prosesinin bu mərhələsində böyüməyə və yetkinləşməyə hələ də davam edir. Hamiləliyin bu mərhələsində ağciyərlər tam inkişaf etməyə doğru sürətli keçid edir. Hamiləliyin 9-cu ayı əsasən böyümə və beyin inkişafının son mərhələsi olur.

33-cü həftədə dölün doğuş kanalına enmək üçün yumşaq olması lazım olan beyni istisna olmaqla, sümükləri sərtləşir.

34-cü həftədə dölün dərisini qoruyan verniks qalınlaşmağa başlayır.

35-ci həftədə doğumda lazım olan dölün inkişaf prosesinin üçdə ikisi tamamlanır.

36-cı həftədə isə döl lanuqonunu itirir və başında tük əmələ gəlir. 9-cu ayın sonunda döl təxminən 17 ilə 19 düym uzunluğuna çatır

Dölün inkişaf prosesinin 10-cu ayı (37-dən 40-a qədər olan həftələr)

Bu ayda artıq dölün inkişaf prosesi üçün lazım olan 9 ay bitmiş olur və ana istənilən vaxt doğuş edə bilər. 10-cu ayda dölün mövqeyi doğuşa hazırlaşmaq üçün əksər hallarda dəyişir. İdeal doğuş üçün dölün başı uterusunuzda baş aşağı vəziyyətdə olmalıdır.  Dölün çanaq nahiyəsinə düşdüyü və doğuşa hazılaşılan son günlərdə ananın özünü narahat hiss etməsi normaldır. Bu narahatlıq həddindən artıq olarsa, mütləq həkimə müraciət edilməlidir və ümumən 9-cu aydan sonra həkimlə mütəmadi əlaqədə olmaq lazımdır.

37-ci həftədə ana dölün çanağına düşdüyünü hiss etməyə başlayır.

38-ci həftədə isə döl normal ölçüsünə çatmaq üçün sürətli inkişaf edir.

39-cu həftə inkişaf porsesinin tamamilə başa çatdığı və dölün doğuma hazır olduğu həftədir.

40-cı həftədə 18-20 düym uzunluğunda olan döl dünyaya gələ bilər. 

Qeyd edim ki, hamiləlikdə dölün inkişaf prosesi hər qadının fizioloji quruluşları və tibbi vəziyyətlərinə əsasən fərqli ola bilər. Bu səbəbdən də dölün inkişaf prosesində hər hansı narahatlıq və tibbi vəziyyət üçün həkimlə əlaqədə olmaq və prosesi izləmək vacibdir. 

Dölün inkişaf prosesini izləmək və həm ana, həm də dölü rahat doğuma hazırlamaq üçün 055-555-29-59 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinə üçün gün ala, həkimin məsləhət və tövsiyələrilə körpənizi sağlam və gümrah dünyaya gətirə bilərsiniz.

Şərh yaz