Mündəricat
ToggleHamiləliyin bütün mərhələsi özünəxas simptomları ilə qadınların həyatında iz qoyur. Hamiləliyin 5-ci həftəsi də müəyyən simptomlarla özünü biruzə verir. Bu yazımızda sözügedən simptomlardan, dölün inkişafından və 5 həftəlik hamiləliklə bağlı yarana biləcək bütün sualların cavablarından danışacağıq.
Hamiləliyin 5-ci həftəsində embrionun inkişafı
Embrionun inkişafı mayalanma zamanı başlayan və hamiləlik boyu davam edən mürəkkəb prosesdir. Hamiləliyin ilk 5 həftəsi embrionun inkişafı üçün ən vacib dövrdür. Bu müddət ərzində embrion tək hüceyrədən mürəkkəb orqanizmə çevrilən bir sıra inkişaf dəyişikliklərinə məruz qalır.
Ölçü və görünüş. Hamiləliyin bu həftəsində embrion 2-3 mm uzunluğuna, təxminən küncüt ölçüsünə çatır. Dölün görünüşü 5-ci həftədə bir ucu qabarıq olan əyri formada olur, həmin qabarıq hissə sonrakı dövrdə inkişaf edərən körpənin baş hissəsidir.
Sinir borusu inkişafı. Hamiləliyin bu həftəsində körpənin beynini, onurğa beynini və sinir sistemini meydana gətirən sinir borusu yaranmağa başlayır. Döldə sinir borusunun yuxarı ucu böyüyür və körpənin beynini əmələ gətirir, qalan hissəsi isə onurğa beyninə çevrilir.
Ürəyin inkişafı. Dölün ürək inkişafının ən sürətli dövrlərindən biri hamiləliyin bu həftəsidir. Belə ki, körpənin ürəyi müxtəlif kameralara bölünür və ibtidai ürək döyünməyə başlayır. Ürək inkişaf etsə də, ultrasəs müayinələrində görünmür.
Əzanın inkişafı. Hamiləliyin bu həftəsində embrionun yan tərəflərində kiçik çıxıntılar görünür. Bu çıxıntılar hamiləliyin sonrakı həftələrində qollara və ayaqlara çevriləcək. Sözügedən çıxıntılar tam formalaşmış əzalara deyil, kiçik avarlara bənzəyirlər.
Üz xüsusiyyətləri. Körpənin üz cizgilərinin formalaşmağa başlaması da 5 həftəlik hamiləlikdə olur. Dölün gözləri başın yan tərəflərində tünd ləkələr kimi görünür və burun çuxurları əmələ gəlməyə başlayır.
Daxili orqanların əmələ gəlməsi. Dölün daxili orqanlarının inkişafı hamiləliyin 5-ci həftəsində başlayır. Bu orqanlara qaraciyər, böyrəklər və həzm sistemi formalaşması, tənəffüs sisteminin inkişaf etməsi daxildir.
Plasenta və göbək ciyəsi. Embriona qida və oksigen təmin etməkdən məsul olan plasenta göbək ciyəsi vasitəsilə inkişaf etməyə və embrionla əlaqə yaratmağa davam edir.
Cinsi Fərqlilik. Ulturasəs müayinələrində tam görünməsə də, körpənin cinsi fərqləndirmə üçün əsas strukturlar hamiləliyin bu həftəsi ərzində əmələ gəlməyə başlayır.
Hamiləliyin 5-ci həftəsində anada olan fiziki dəyişiklər
Hamiləliyin 5-ci həftəsində ana orqanizmi böyüyən embriona uyğun mühit yaratdığı üçün bir sıra fiziki dəyişikliklərə məruz qalır. Anada baş verə biləcək bəzi ümumi fiziki dəyişikliklər aşağıdakılardır:
Döş dəyişiklikləri. Ananın döşləri həssas və bir qədər şiş görünür, eyni zamanda areolalar adlandırılan məmə ətrafı qara rəngli sahənin rəngi də daha tünd və böyük olur. Ananın döşlərindəki damarların da qabarıq görünməsi bu həftələrdə normaldır.
Fiziki yorğunluq. Hamiləliyin ilk həftələrində hiss olunan yorğunluq daha çox və ağır hiss oluna bilər. Anada hiss olunan yorğunluğa bunlar səbəb olur:
- Hormonal dəyişikliklər;
- Artan metabolik tələblər;
- Bədənin inkişaf etməkdə olan embrionu dəstəkləmək üçün göstərdiyi səylər.
Tez-tez sidik ifrazı. Hamiləlik dövründə uşaqlıq genişlənir və hamiləliyin bu həftəsində sidik kisəsinə təzyiq göstərməyə başlayır. Bu təzyiq nəticəsində orqanizmdəki tullantılar daha effektiv xaric edildiyi üçün, ana tez-tez sidiyə gedə bilər.
Səhərlər ürək bulanması. Ürəkbulanma və qusma ilə müşayiət olunan səhər xəstəliyi daha çox müşahidə olunur. Səhər xəstəliyi adlandırılsa da, bu ürək bulanmalar günün və ya gecənin istənilən vaxtında baş verə bilər. Hamiləliyin bu mərhələsində artan ürək bulanmalara hormonal dəyişiklər səbəb olur.
Vaginal axıntıda dəyişikliklər. Hamiləlik dövründə estrogen səviyyəsinin artması hamiləliyin 5-ci həftəsində vaginal axıntının dəyişməsinə səbəb ola bilər. Vaginal axıntı nazik, südlü və ya bir qədər sarımtıl görünüşdə müşahidə olunur. Əgər vaginal axıntı qaşınma, pis qoxu və ya rəng dəyişikliyi ilə müşayiət olunarsa, bu, infeksiyanın olduğunu göstərən amildir. Qeyd edim ki, hamiləlik zamanı infeksiyalar dölə və anaya ciddi şəkildə təsir edə bilər. Ona görə də bu tip axıntılar zamanı həkim müayinəsindən keçmək mütləqdir.
Şişkinlik və qəbizlik. Hormonal dəyişikliklər həzmə təsir edir və bu səbəbdən də ananın bağırsaq hərəkətləri yavaşlayır, şişkinlik və qəbizlik yaranır. Hamiləlikdə şişkinliyi və qəbizliyi aradan qaldırmaq üçün liflə zəngin sağlam qidalarla qidalanmaq və bədənin ehtiyac duyduğu mayeni qəbul etmək lazımdır.
Qoxuya qarşı artan həssaslıq hissi. Qoxulara qarşı artan həssaslıq hiss edə bilərlər. Bu həssaslıq adətən anada ürək bulanmasına səbəb olur.
Qeyd edim ki, bütün qadınlar bu fiziki dəyişiklikləri yaşamır. Bu dəyişikliklərin təsiri ananın fiziki quruluşundan və tibbi vəziyyətindən asılı olaraq dəyişə bilər.
Hamiləliyin 5-ci həftəsində anada olan emosional dəyişiklər
Hamiləliyin 5-ci həftəsində ana bətni hormonal dəyişikliklərə məruz qaldığı üçün həmin dəyişikliklərin təsirilə bir sıra emosional dəyişikliklər də yaşayır. Hamiləliyin bu həftəsində anada baş verən emosional dəyişikliklər aşağıdakılardır:
Həyəcan. Qadınlar hamilə qalmaq fikirlərini qəbul etməyə başlayanda həyəcan və sevinc hissi keçirir. Dölün inkişafının ananın daha çox hiss etməsilə həmin həyəcan hissi daha artan olur.
Anksiyete. Həyəcanla yanaşı, ananın narahatlıq yaşaması da adi haldır. Hamiləlik bir çox qeyri-müəyyənliklər gətirə bilər və bu normal olaraq, anada körpənin sağlamlığı, həyat tərzində dəyişikliklər və ya valideynlikdən gələn məsuliyyətlər barədə narahatlıqların yaranmasına səbəb olur.
Əhval dəyişikliyi.Hormonal dəyişikliklər anada ani əhval dəyişikliyinə səbəb ola bilər. Bu zaman ana bir anlıq çox sevincli, gülərüz olduğu halda anidən ağlaya bilər. Sözügedən ani dəyişiklər hormon dəyişikliklərilə əlaqəlidir və normal haldır.
Güclü emosiyalar. Bəzi qadınların emosiyaları bu dövrdə çoxalır. Belə olduqda ana həm müsbət, həm də mənfi şeylərdən daha çox təsirlənir. Bura, artan empatiya, daha sentimental hisslər, filmlərə, mahnılara və ya digər hisslərə təsir edən səhnələrə daha çox emosional reaksiya vermək aiddir.
Qarışıq emosiyalar. Hamiləliyin bu həftəsi ziddiyyətli emosiyalar dövrüdür. Ana bu həftədə xoşbəxt olduğu halda anidən bədbinləşə bilər. Bu dölün inkişafının anaya olan təsirlərindəndir və olduqca normal haldır.Hamiləlik dövründə fiziki dəyişikliklər kimi emosional dəyişikliklər də ananın fərdi şəxsiyyət, şəxsi şərait və dəstək sistemləri də daxil olmaqla müxtəlif amillərdən aslıdır.
Bu hallarda da hamiləliyin 5-ci həftəsində əgər ana özünü davamlı kədərli və ya narahat hiss edirsə, hamiləlik zamanı emosional rahatlığını idarə etmək üçün həkimiylə məsləhətləşməlidir.
Hamiləliyin 5-ci həftəsində prenatal baxım necə olmalıdır?
Hamiləliyin 5-ci həftəsində prenatal qayğı həm ananın, həm də inkişaf etməkdə olan dölün sağlamlığını təmin etmək üçün çox vacibdir. Bu mərhələdə prenatal qulluq üçün bəzi ümumi tövsiyələr bunlardır:
Həkimlə ilk prenatal görüşünüzü planlaşdırın. Ana hamilə olduğunu bilən kimi ümumi müayinə üçün həkimə müraciət etməlidir. Bu da adətən hamiləliyin 5-ci həftəsinə, yaxud da 6-8-ci həftələrinə təsadüf edir. İlkin prenatal müayinə tibbi tarixçənizi, qəbul etdiyiniz dərmanları və hamiləliyinizə təsir edə biləcək hər hansı sağlamlıq vəziyyətiniz haqqında məlumatlı olmağınız üçün vacibdir.
Həkim ilk prenatal müayinə zamanı fiziki müayinənizi edərək ümumi sağlamlığınızı yoxlamaq və hər hansı ağırlaşma riskini qiymətləndirmək üçün bəzi qan testləri də götürə bilər.
Prenatal vitaminlər qəbul etməyə başlayın. Həkim müayinədən sonra fol turşusu, dəmir və dölün sağlam inkişafını dəstəkləyən digər vacib qida maddələri olan prenatal vitaminlər qəbul etməyi tövsiyə edə bilər. Fol turşusu hamiləliyin ilk trimestrində beyin və onurğada anadangəlmə qüsurların qarşısını almaq üçün xüsusilə vacib olan vitamindir. Qeyd edim ki, istənilən vitaminin qəbulu mütləq həkimin tapşırığı ilə olmalıdır.
Müəyyən qidalardan və maddələrdən istifadəni dayandırın. Hamiləliyin 5-ci həftəsində inkişaf etməkdə olan fetusa zərər verə biləcək müəyyən qida və maddələrdən istifadəni dayandırmaq vacibdir. Bu qidalara alkoqol, tütün tərkibli qidalar daxildir. Həmçinin kofein qəbulunu məhdudlaşdırmalı və çiy və ya az bişmiş ət, balıq və yumurtadan uzaq durmalısınız.
Simptomlarınızı izləyin. Ürəkbulanma, yorğunluq və döşlərdə həssaslıq kimi simptomlarla qarşılaşa bilərsiniz. Bu simptomlar normal olsa da, narahatlıq yarada və gündəlik həyatınıza təsir edə bilər. Bu səbəbdən də simptomlarınıza nəzarət etməli, ağırlaşdıqda və ya həyat fəaliyyətinizə mane olacaq səviyyəyə gəldikdə həkimə məlumat verməlisiniz.
Aktiv olun və sağlam qidalanın. Öz sağlamlığınızı və dölün sağlam böyüməsini dəstəkləmək üçün müntəzəm məşq və balanslaşdırılmış qida vacib amillərdəndir. Bu dövrdə bol vitaminli qidalarla qidalanmaq və yüngül idman hərəkətləri etmək lazımdır.
Hamiləliyin 5-ci həftəsində hansı narahatlıqlar ola bilər?
Hamiləliyin 5-ci həftəsində qadınlar hamiləliyin erkən mərhələsində olduqları və bir çox fiziki dəyişiklərə məruz qaldığı üçün bir çox narahatlıqlar yaşanması mümkündür. Hamiləliyin bu həftəsində yarana biləcək narahatlıqlara aşağıdakılar daxildir:
Düşük təhlükəsi. Əksər qadınlar hamiləliyin birinci trimestrində, o cümlədən hamiləliyin bu həftəsində düşük təhlükəsi yaşayırlar. Düşük şiddətli qarın ağrısı, ağır qanaxma və toxuma keçməsi simptomları ilə özünü biruzə verir. Bu hallardan hansısa biri olduqda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Fiziki əlamətlər. Qadınlar hamiləliyin bu həftəsində ürəkbulanma, döşlərdə həssaslıqla yanaşı yorğunluq və sidiyə çıxmada artış kimi bir sıra fiziki simptomlarla qarşılaşa bilərlər. Bu əlamətlərin olması normaldır, lakin hər hansısa biri hamiləliyin 5-ci həftəsində şiddətli olarsa və ya gündəlik həyata müdaxilə edərsə, narahatlıqlar yarada bilər. Fiziki əlamətlərin hər hansıa biri şiddətli olarsa və ya davamlı simptomlarla qarşılaşdıqda yarana biləcəm mümkün risklərin qarşısını almaq üçün həkimə müraciət edilməlidir.
Həyat tərzi tənzimləmələri.Hamiləlik tez-tez pəhrizdə dəyişikliklər, məşq qaydaları, siqaret və ya spirt içmək kimi vərdişlər kimi müəyyən həyat tərzi düzəlişlərini tələb edir. Bu dəyişikliklərə uyğunlaşmaq və qadınların körpənin sağlamlığını təmin edərkən onları necə effektiv idarə etmək barədə narahatlıqları ola bilər. Hamiləliyin 5-ci həftəsində qidalanmağa adaptasiya olmaq və bu prosesi narahatlıqlar olmadan keçirmək üçün həkim nəzarətində olmaq faydalıdır.
Hamiləliyin 5-ci həftəsində mövcud olan narahatlıqların qarşısınını necə almaq olar?
Daim həkimlə əlaqədə olmaqla. Hamiləliyin bu həftəsi həm ana, həm də döl üçün çox həssas dövrdür. Bu dövrdə istənlən narahatlığa vaxtında müdaxilə etməmək daha böyük risklərə yol aça bilər. Bu səbəbdən də ana mövcud olan simptomlarla bağlı həkimi məlumatlandırmalı və həkimin təlimatlarına əməl etməlidir.
Sağlam həyat tərzini qorumaqla. Bol meyvə, tərəvəz, bütün taxıllar, yağsız zülallar və süd məhsulları olan balanslaşdırılmış sağlam qidalar ana və körpə üçün faydalıdır. Eyni zamanda zərərli qidaların istifadəsini dayandırmaqla da dölün sağlamlığını qorumaq vacibdir.
Prenatal vitaminlər qəbul edin. Fol turşusu, dəmir, kalsium və həkiminiz tərəfindən tövsiyə olunan digər vacib qidaları özündə cəmləşdirən prenatal vitamin qəbul etməyə başlamaq narahatlıqları aradan qaldıran vasitələrdəndir.
Stresi idarə etməklə. Stresi idarə etmək dərin nəfəs almaq, meditasiya və ya prenatal yoqa kimi istirahət üsulları ilə mümkündür. Stresin idarəsi həm ana, həm də körpənin rahatlığı üçün vacibdir.
Təmiz hava qəbul etməklə. Kimyəvi, təmizləyici maddələr və müəyyən boyalar kimi zəhərli maddələrə məruz qalmaq narahatlıq yaradan amillərdəndir. Həmin çirkli havadan uzaq qalmaq üçün yaşayış mühitini yaxşı havalandırmaq və açıq havada istirafət etmək lazımdır.
Gigiyena qaydalarına əməl edin.Hamiləliyin bu həftəsi həssas dönəmdir və bu zaman infeksiyalara yoluxmaq mümkündür. İnfeksiyaların qarşısını almaq üçün ana əllərini mütəmadi yumalı, yoluxucu xəstəlikləri olan insanlarla təmasda olmamalıdır.
Bol istirahət etməklə. 5 həftəlik hamiləlik erkən hamiləlik dövrü olduğu üçün ana bətni tələbkar və yorğun olur. Bu səbəbdən də ana rahat olmağa çalışmalı, yuxu istirahət ehtiyacını tam ödəməklə özünü və körpəsini qorumalıdır.
Hamiləliyinizin daha rəvan keçməsi üçün ginekoloji müayinələri axsatmayın. Unutmayın ki, hər bir müayinə sizə hamiləliyiniz haqqında məlumat almaq üçün önəmlidir. Əgər hamiləliyinizlə bağlı hansısa sual və ya narahatlığınız varsa, zaman itirmədən 055-555-29-59 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinə üçün gün ala, lazımi müayinələrdən keçə bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊