Mündəricat
ToggleHamilə qalmaq prosesi hər bir insanda fərqli ola bilər. Bəziləri daha tez hamilə qala bildiyi kimi, bəzi qadınlarda bu daha gec baş verir. Bəzən aylar, illər sonra hamiləlik xəbərini alırlar. Lakin qeyd etmək lazımdır ki, gənc ailələrdə ilk 1 il ərzində hamiləliyin olmaması normal bir haldır.
Bu məqalədə hamilə qalmağın yolları, hamiləliyə gedən yolda qidalanma və bu kimi mövzularla yanaşı, həm də hamilə qalmamağın əsas səbəbləri ilə bağlı məlumatlar yer almışdır.
Öncəliklə bilmək lazımdır ki, ana olmaq istəyən hər bir qadın sağlam hamiləlik keçirmək üçün ginekoloq ilə danışmalı, bütün suallarına cavab tapmalıdır. Düzgün və sağlam şəkildə davam edən hamiləlik doğum anının daha rahat olmasına səbəb olduğu kimi uşağın və ananın da sağlamlığına zəmin yaradır.
Necə hamilə qalmaq olar?
Hamiləlik arzulayan cütlüklər, əsasən də qadınlar necə hamilə qalmaq olar sualına cavab tapmamışdan öncə bədənini tanımalıdır. Çünki o zaman hamilə qalma ehtimalı arta və hamiləlik baş tuta bilər. Təbii ki, hamilə qalmağın yolları bununla kifayətlənmir.
Bu, sadəcə hamiləlik üçün əlverişli günlər barədə yol göstərəcək və doğru vaxtın nə zaman olduğunu bilməyə kömək olacaqdır.
Bunun üçün cinsi aktiv olmaq lazımdır. Bəli, cinsi aktivlik nə qədər çox olarsa, hamiləliyin rastgəlmə ehtimalı da bir o qədər çox olacaqdır. Bundan əlavə olaraq zərərli vərdişlərdən (siqaret, içki) imtina etmək də hamilə qalmağa kömək edəcəkdir.
Bilinməsi şərt olan əsas nüans isə ağrıkəsicilərdən istifadəni məhdudlaşdırmaq və ya həkim nəzarətində qəbul etməkdir. Ovulyasiya və ya yumurtalama dönəmində içilən bəzi ağrıkəsici dərmanlar prostaqlandin hormonunu sıxışdırır. Ancaq hamilə qalmaq istəyən qadının bu hormona ehtiyacı var, çünki yumurta bu hormon sayəsində fallop və ya başqa sözlə uşaqlıq borusuna düşür. Odur ki, hamiləlik şansını artırmaq üçün hər bir halda həkimlə sıx kontaktda olmaq məsləhət görülür.
Uşaqlıq borusundan söz etmişkən demək lazımdır ki, sperma vaginaya daxil olduqdan sonra serviks və uşaqlığın daxilindən keçərək uşaqlıq borusuna daxil olur. Mayalanma isə məhz bu anda baş verir.
Hamilə qalmaq üçün uyğun zaman hansıdır?
Daha əvvəldə də qeyd olunduğu kimi, hamilə qalmağın yolları arasında əlverişli günləri bilmək lazımdır. Bəs hamilə qalmaq üçün uyğun zaman və ya başqa sözlə hamiləlik üçün əlverişli günlər hansıdır?
Öncəliklə hamiləliyə psixoloji olaraq hazır olmaq lazımdır. Çünki hamiləlik 9 ay davam edən bir perioddur və bu müddət ərzində tibbi sağlamlıqla yanaşı, psixoloji olaraq da sağlam olmaq vacibdir. Əgər valideyn olmağı arzulayırsınızsa və artıq buna hazırsınızsa, o zaman hamilə qalma şansını artırmaq üçün uyğun zamanı təyin etməyin vaxtıdır. Bunun üçün bir çox üsul var, lakin daha rahat və aktual olanları təqdim edirik. Belə ki:
- Servikal (vaginal) axıntını yoxlayın. Ovulyasiyadan əvvəlki günlərdə vaginal axıntı ağ rəngdə, ovulyasiyaya başladıqdan sonra isə şəffaf və sürüşkən olacaq.
- Ovulyasiya vaxtını təyin edən testdən istifadə edin. Hamiləliyin baş verməsi üçün öncəliklə qadının yumurtalaması, yəni ovulyasiya prosesinin başlaması şərtdir. Ovulyasiya isə aybaşı tsiklinin ortalarına təsadüf edir. Bu test vasitəsilə ovulyasiya vaxtını təyin edə bilərsiniz.
Ovulyasiya nədir?
Hamiləliyin rastgəlmə ehtimalına səbəb olan ovulyasiya nədir? Ovulyasiya hər bir sağlam qadında cinsi yetkinlik dövründən menopoz dövrünə qədər baş verən prosesdir. Başqa sözlə, yumurtanın follikul adlanan kisədən fallop borularına, yəni uşaqlıq borusuna doğru hərəkətdə olma vəziyyətidir. Bu, hamiləlik istəyən cütlüklər üçün son dərəcə vacib bir dövrdür. Ovulyasiya dövründə uşaqlıq borularında olan yumurta ilə sperma birləşdiyi zaman mayalanma baş verir və embrion əmələ gəlir. Hamiləliyin ilk addımları olan bu mərhələdə qadın orqanizmi ifraz olunan hormonların təsiri ilə özünü hamiləliyin formalaşmasına hazırlayır. Hamiləliyin baş verməməsi halında mümkün hamiləliyə hazırlaşmaq üçün menstruasiya dövrü ilə birlikdə hər ay yumurtlama dövrü, yəni ovulyasiya yenidən baş verir.
Hamiləliyə gedən yolda qidalanma
Əgər hamilə qalmaq planlanıbsa, o zaman diqqət edilməsi mühüm olan məsələlərdən bir digəri də qidalanmadır. Çünki qidalanma hamilə qalmağın yolları arasında hamilə qadının 9 ay boyunca izləməli olduğu bir yoldur.
Sağlam şəkildə edilən pəhriz və ya sağlam qidalanma hər iki tərəfin hormonlarının düzgün işləməsinə dəstək olacaqdır. Məsələn, sink, C və E vitaminləri ilə zəngin qidalanma sperma sayını artırmaqla yanaşı, həm də onun hərəkətliliyini yəni uşaqlıq borusuna doğru sürətli hərəkətinə müsbət təsir edir.
Bol tərəvəz əsaslı protein, lobya və qoz-fındıq tərkibli, tərəvəz əsaslı pəhriz yumurtlama problemlərinin qarşısını ala, sonsuzluq riskini azaltmağa kömək edə bilər. Hamilə qalmaq üçün təbii qidalardan savayı vitamin qəbul etmək bədəninizi bunun üçün lazım olan düzgün qida maddələri ilə təmin edə bilər. Vitaminlər siyahısında mütləq şəkildə fol turşusu olmalıdır.
Bunlarla yanaşı tərkibində trans yağlar olan qidalardan da uzaq durmaq lazımdır.
Hamilə qalmaq üçün qidalanmanızı gücləndirməyin yolları
Qeyd edildiyi kimi hamiləliyə gedən yolda qidalanma olduqca önəmlidir. Sperma və yumurtanın həm keyfiyyətini, həm də sayını artırmaq üçün sağlam və balanslı qidalanmaq lazımdır. Xüsusilə tərkibində fol turşusu, omeqa 3, A və D vitaminləri və amin turşuları sayəsində yumurtanın keyfiyyətini artıran faydalı qidaları müntəzəm olaraq qəbul etmək çox vacibdir.
- A, E və bir sıra vitaminlərlə zəngin olan yumurta amin turşusu, yəni zülal dəyəri baxımından ən yaxşı qidalardan biridir. Müxtəlif üsullarla gündə 1 və ya 2 yumurta yemək faydalıdır.
- Qaraciyər. Dəmir deposu olaraq da bilinən qaraciyər tərkibindəki fol turşusu, B vitamini ilə ən faydalı qidalardan biri olaraq göstərilir. Həftədə iki dəfə qaraciyər yemək ovulyasiya dönəmində yumurtanın keyfiyyətinə bir çox fayda verər.
- Balıq. Hamilə qalmaq istəyənlər daha çox balıq istifadə etməlidir. Çünki balığın tərkibindəki Omeqa 3 embrionun endometriuma yapışmasına, hamiləlik dövrünün daha sağlam olmasına səbəb olacaqdır.
- Yaşıl tərəvəzlər. İspanaq, kələm, qulançar və kahı kimi yaşıl tərəvəzlər fol turşusu və dəmir baxımından olduqca faydalıdır. Yaşıl tərəvəzləri buxarda və ya qaynadılmış şəkildə bişirməyə diqqət edin ki, qida dəyərini itirməsin.
- Süd və süd məhsulları. Süd və süd məhsulları zülal və kalsiumla zəngindir. Bundan əlavə, süd yağında olan fosfolipidlər hüceyrə fəaliyyətini və hüceyrə membranını qoruyur. Lakin bilmək lazımdır ki, südün özünü içmək əvəzinə süd məhsullarını istifadə etsəniz daha faydalı olacaqdır. Əgər artıq çəkiniz yoxdursa, qidalanmanıza xüsusilə yağlı qatıq, ayran, kefir və ağ pendiri əlavə edin.
Qeyd edilənlərlə yanaşı qoz, fındıq və digər çərəzlər də hamiləlik yolunda faydalı olacaqdır. Lakin qidalardakı hər hansısa kompotentə qarşı allergiyanın olma ehtimalını nəzərə alaraq ilk öncə həkimlə məsləhətləşmək lazımdır.
Hamilə qalmamağın səbəbləri
Hamilə qala bilməmək bir çox qadını psixoloji olaraq sarsıdır, bəzi hallarda depressiyaya düşməsinə səbəb olur. Belə olan halda mütləq şəkildə cütlüklər bir-birilərinə qarşı anlayışlı olub doğru yönləndirilməlidirlər.
Aktiv və qorunmasız cinsi həyatı olan qadının hamilə qalma ehtimalı 20-25 %-dir. Beləliklə hamiləliyi planlayan cütlük orta hesabla 4,5 ay sonra hamiləlik xəbərini ala bilər. Lakin bu hər zaman belə olmur. Bəzən yumurtalama gününü dəqiq hesablayanda belə hamiləlik baş verməyə bilər. Bunun səbəbi hər iki tərəflə – həm qadınla, həm də kişi ilə bağlı ola bilər.
Hamilə qalmamağın səbəbləri içərisində qadın orqanizminə bağlı olan ilk səbəb qadının yaşı ilə bağlıdır. Belə ki, menopoz, başqa sözlə klimaks dönəmində olan qadının hamilə qalması qeyri-mümkündür. Digər səbəblər isə:
- Ovulyasiyanın, yəni yumurtalamanın heç olmaması və ya keyfiyyətli dərəcədə olmamasıdır.
- hamiləlik zamanı yüksələn prolaktin hormonunun hamiləlik baş vermədiyi halda belə yüksək olmasıdır. Bu zaman bədən özünü hamiləymiş kimi qəbul edir və yumurtalama baş vermir.
- kişi hormonu olan androgenin qadın bədənində çox olmasıdır. Bir qadında kişi hormonları varsa, bu onun qadın hormonlarının fəaliyyətini məhdudlaşdırır.
Uşaqlıq yolunda və borularda yarana biləcək hər hansısa problem də hamilə qalmamağın səbəbləri arasındadır.
Bütün bu səbəblərlə yanaşı, pasiyentin hekəyəsini dinləyəndən sonra aşkarlana biləcək başqa səbəblər də ola bilər. Ona görə də doğru diaqnoz qoyulmalı, düzgün tədbirlər görülməlidir.
Hamilə qala bilməmək həm də kişidən asılıdır. Belə ki, kişilərdə spermanın sayı və zəifliyi əsas səbəblərdən biridir. Zəif sperma uşaqlıq borusuna daxil olmadan canlılığını itirir və yumurta ilə qarşılaşa bilmir.
Hamilə qalmaq üçün asan üsullar
Hamilə qalmaq və bu hamiləliyin sağlam şəkildə davam etməsi üçün bu ana qədər yazılanlar olduqca önəmlidir. Bunlarla yanaşı hamilə qalmağın ən sürətli üsulları içərisində cinsi münasibət zamanı uyğun pozisiyanın seçilməsidir. Belə ki, ovulyasiya zamanı olan cinsi münasibət zamanı sperma nə qədər sürətli hərəkət edərsə, bir o qədər də hamilə qalma ehtimalı yüksək olur. Ümumilikdə isə aşağıdakılara diqqət etməkdə fayda vardır:
- Menstruasiya dövrünün tezliyi və müddətini qeyd etmək;
- Ovulyasiya gününü izləmək;
- Aybaşı tsiklinin 12-16-cı günləri aralığında aktiv cinsi münasibətdə olmaq;
- Sağlam bədən çəkisinə sahib olmaq;
- Sağlam qidalar yemək, vitaminlər qəbul etmək;
- Siqaret və alkoqollu içkilərdən uzaq durmaq;
- Vaxtlı-vaxtında ginekoloq müayinəsində olmaq.
Hamilə qalmaq üçün müalicə üsulları
Hamiləlik baş vermədikdə hansı müalicə variantları mövcuddur? Müalicə üsulları da hamilə qalmamağın səbəbləri kimi qadın və kişiyə görə dəyişir.
Hamilə qala bilməmək qadınla bağlı olarsa, əvvəlcə yumurtlamanın qarşısını alan faktorlar varsa, onlara qarşı tədbirlər görülür. Bunlar PCO (polikistik yumurtalıq), tiroid xəstəlikləri və ya hiperprolaktinemiya (yüksək prolaktin hormonu) ola bilər. Nəzarətsiz diabet, böyrək xəstəlikləri də yumurtlamanı poza bilər.
Əgər problem borularda tıxanmadırsa, problemi aradan qaldırmaq üçün laparoskopiya ilə müdaxilə edilir. Digər səbəblər də ilkin olaraq müalicə ilə təqib edilir, əgər müalicə nəticəsiz qalarsa, o zaman süni mayalanma və bu kimi proseslərə başlanılır.
Hamilə qalmamağın səbəbləri kişi ilə bağlı olarsa, bu halda da sperma sayı və onun keyfiyyəti müvafiq analizlər vasitəsilə yoxlanılır və müalicə başlanılır.
Qeyd edək ki, uzun zamandır cəhdlərinizə baxmayaraq uşaq sahibi ola bilməmisinizsə, uğursuz müalicələr almısınızsa, professional bir dəstək almaq və tez bir zamanda uşaq sahibi ola bilmək və bütün suallarınızın cavablarını almaq üçün 055 574 70 74 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊