Ana Səhifə » Bloq » Hamiləlikdə Qan Uyğunsuzluğu: Riskləri və Müalicəsi

Hamiləlikdə Qan Uyğunsuzluğu: Riksləri və Müalicəsi - Drxanim.az

Hamiləlikdə Qan Uyğunsuzluğu: Riskləri və Müalicəsi

Hamiləlikdə qan uyğunsuzluğu ana və körpə arasında qan qruplarının uyğunsuzluğundan yaranan bir vəziyyətdir. Sözügedən hal adətən Rh (rezus) faktoru adlanan zülal uyğunsuzluğundan qaynaqlanır. Bu zaman ana və körpənin qan qrupları bir-birindən fərqli olur və bu fərq ananın orqanizmində körpənin qanını yad maddə kimi qəbul etməsinə səbəb olur.

Ananın bədəni körpənin qanını yad bir maddə kimi qəbul etdikdə anticisim istehsal etməyə başlayır. Bu anticisimlər körpənin qanını məhv etməyə çalışaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Bu səbəblə hamiləlik zamanı uyğunsuzluğun qarşısı alınmalı və ya hamiləlik öncəsi testlərlə aşkar edilərək müalicə edilməlidir. Bu vəziyyətdə bir ginekoloqa müraciət etmək vacibdir.

Hamiləlikdə qan uyğunsuzluğunun səbəbləri, profilaktik tədbirlər

Qeyd etdiyimiz kimi hamiləlikdə qan uyğunsuzluğu ana və körpə arasında qan qruplarının uyğunsuzluğundan yaranır. 

Hamiləlik dövründə bu uyğunsuzluğa səbəb olan ən ümumi faktor Rh (rezus) faktorunun uyğunsuzluğudur. Rh (rezus) uyğunsuzluğu ananın qanı mənfi Rh (rezus), atanın qanı isə müsbət Rh (rezus) olduqda baş verir. Bu zaman körpənin Rh (rezus) faktoru onun hüceyrələrində ananın qanındakı anticisimlər tərəfindən məhv edilir və körpədə qan azlığı, sarılıq, beyin zədələnməsi və hətta ölümlə nəticələnə biləcək ciddi sağlamlıq problemləri yarana bilər.

Ancaq buna səbəb ola biləcək digər amillər də var. Buraya ABO uyğunsuzluğu, Kell uyğunsuzluğu və digər nadir qan qruplarındakı uyğunsuzluqlar daxildir. 

ABO uyğunsuzluğu: Valideyndə A (II), B (III) və ya AB (IV) qan qruplarından biri varsa, körpənin A, B və ya AB qan qrupuna sahib olma ehtimalı yüksəkdir. Ancaq ana və ata arasındakı qan qrupları bir-birindən fərqli olarsa, körpədə ABO uyğunsuzluğu yarana və anticisimlər əmələ gələ bilər.

Kell uyğunsuzluğu: Kell antigeni ananın bədənində Rh (rezus) antigeninə bənzər anticisim istehsalına səbəb ola bilər. Bu uyğunsuzluğa daha az rast gəlinir və adətən ilk hamiləlikdə hiss olunmur.

Digər nadir qan qruplarındakı uyğunsuzluq: Ana və ata arasında nadir qan qruplarındakı fərqlər də hamiləlikdə buna səbəb ola bilər.

Hamiləlik dövründə Rh (rezus) uyğunsuzluğuna qarşı profilaktik tədbirlər ana və körpənin sağlamlığı üçün çox vacibdir. Hamiləlik dövründə sözügedən problem üçün bir sıra profilaktik tədbirlər vardır:

İmmunoqlobulin (Rh (rezus)) profilaktikası. Ananın qanı mənfi Rh (rezus), körpənin qanı isə müsbət Rh (rezus) olduğu halda, ananın bədəni körpənin müsbət Rh (rezus) qan hüceyrələrinə qarşı anticisim istehsal etməyə başlayır. İmmunoqlobulin profilaktikası isə bu anticisimlərin yaranmasına maneə törətmək üçün istifadə edilən bir müalicə növüdür. 

ABO uyğunsuzluğu. Ana və atanın qan qrupları arasında uyğunsuzluq doğuşdan əvvəl və sonra körpədə sarılıq riskini artıra bilər. Buna görə də doğuşdan sonra körpənin qan qrupu və Rh (rezus) faktoru yoxlanılmalıdır.

Təkrar testlər. Hamiləlik dövründə ananın qan qrupu, Rh (rezus) faktoru və anticisim səviyyələri mütəmadi olaraq yoxlanılmalıdır.

Peyvəndlər. Ananın infeksiyalardan qorunması körpənin qanında infeksiyanın qarşısını alacaqdır. Buna görə də ananın hamiləlikdən əvvəl peyvənd edilməsi körpənin sağlamlığı üçün vacibdir.

Vaxtından əvvəl doğuş. Vaxtından əvvəl doğuş problemlə bağlı fəsadların qarşısını almağa kömək edə bilər. Əgər həkiminiz vaxtından əvvəl doğuşu tövsiyə edirsə, bu tövsiyəyə əməl etməyiniz vacibdir.

Doğum sonrası nəzarət. Körpə doğulduqdan sonra da Rh (rezus) uyğunsuzluğu ilə bağlı ağırlaşma riski davam edir. Buna görə də doğuşdan sonrakı dövrdə körpəni mütəmadi olaraq izləmək lazımdır.

Hamiləlik dövründə bunun üçün alına biləcək profilaktik tədbirlər hər hamiləlikdə fərqli ola bilər. Sizin üçün ən uyğun profilaktik tədbiri ginekoloqunuz təyin edəcəkdir.

Qan uyğunsuzluğunda düşük riski

Hamiləlikdə qan uyğunsuzluğu düşük ilə də nəticələnə bilər. Belə ki, qanın uyğunsuzluğundan yaranan anemiya körpənin böyüməsinə və inkişafına mənfi təsir göstərə bilər. Həmçinin, körpənin qan hüceyrələri aşağı olduqda oksigen və qida maddələrinin daşınması da azalır ki, bu da düşük riskini artırır. Lakin erkən diaqnoz və düzgün müalicə ilə bu riskləri azaltmaq olar. Buna görə də, hamiləlik dövründə belə bir hal olan anaların müntəzəm olaraq prenatal baxım almaları və müalicə planına sadiq qalmaları vacibdir. İlk hamiləlikdə Rh (rezus) uyğunsuzluğu olan anaların sonrakı hamiləliklərində də eyni problemlə qarşılaşma riski yüksəkdir. Bu səbəbdən də hamiləliyi planlayanların hamiləlikdən əvvəlki müayinə üçün ginekoloqa müraciət etmələri və lazımi ehtiyat tədbirlərini görmələri tövsiyə olunur.

Qan uyğunsuzluğunun mümkün mənfi təsirləri hansılardır?

Qan qrupları arasındakı uyğunsuzluq hamilə qadına heç bir təsir göstərmir. Lakin diqqət edilməzsə, körpəyə mənfi təsir göstərə bilər. Bunun fəsadları arasında hemolitik anemiya, yüksək bilirubin, körpədə hidros fetalis və bu kimi fəasdlar yer alır. 

Bu problem səbəbilə körpədə yaranan hemolitik anemiya körpənin qırmızı qan hüceyrələrinin daha tez ölməsinə səbəb olur. Hemolitik anemiyanın təsirləri yüngüldən şiddətə qədər dəyişir. Bu təsirlərə sarılıq, qaraciyər çatışmazlığı və ürək çatışmazlığı daxildir. Ağır hallarda körpəyə göbək kordonu vasitəsilə qan köçürülür ki, bu prosedur körpənin qırmızı qan hüceyrələrini əvəz etməyə kömək edir. 

Hamiləlikdə qan uyğunsuzluğunun fəsadları arasında yüksək bilirubin səviyyəsinə görə körpənin beyin zədələnməsi də yer alır. Həmçinin körpədə hidrops fetalis deyilən maye yığılması və şişkinlik, zehni funksiyanın ləngiməsi, məhdud hərəkət, qıcolma, eşitmə və nitq qabiliyyətindəki problemlər də yarana bilər.

Qan uyğunsuzluğunun qarşısını almaq: qan uyğunsuzluğu iynəsi

Bu durumun qarşısını almaq hamiləliyin erkən məRh (rezus)ələlərində aparılan qan testi ilə mümkündür. Hamilə qadının Rh (rezus) uyğunsuzluğunu inkişaf etdirmək potensialı varsa, o, Rh (rezus) immunqlobulinin iki iynəsini alacaq. İlk inyeksiya dozası hamiləliyin təxminən 28 həftəsində, ikinci doza isə körpənin qan qrupu müsbət olarsa, doğumdan sonra 72 saat ərzində əzələ daxilinə vurulmalıdır. Rh (rezus) immunoqlobulin inyeksiyası ilə ananın immun sisteminin körpənin orqanizmində ciddi fəsadlar yarada bilən və ya sonrakı hamiləliklərdə körpənin sağlamlığı üçün təhlükə yarada bilən anticisimlərin əmələ gəlməsinin qarşısı alınır. Həmçinin hamiləlik zamanı və amniosentez müayinəsi zamanı qanaxma ilə qarşılaşmısınızsa, qanınız doğmamış körpənizin qanı ilə təmasda ola bilər. Belə bir vəziyyətdə bir həkim nəzarəti altında immunoglobulin inyeksiyasından istifadə edə bilərsiniz. Bundan əlavə, hamiləlik düşüklə nəticələnəndə də, qanı mənfi Rh (rezus) olan qadınlarda immunoglobulinin ölçülməsi sağlamlıq üçün çox vacibdir. 

Əgər doğumdan sonra Rh (rezus) uyğunsuzluğu aşkarlanarsa və körpə də bundan təsirlənərsə, körpənin müalicəsi isə vəziyyətin şiddətindən asılıdır. Yüngül Rh (rezus) uyğunsuzluğu olan körpələrdə bilirubin işıqlarından istifadə edilərək fototerapiya ilə müalicə edilə bilər. Fototerapiya avadanlıqları körpənin bədənindən sarılığın səbəbi olan bilirubini çıxarmağa kömək edir. 

Bu durumdan şiddətli təsirlənmiş körpələrdə isə qan dəyişmək tələb oluna bilər. Nadir hallarda hamiləlikdə bu problemin səbəbindən körpə təhlükə altında olarsa, körpə doğuşdan əvvəl və ya doğuşdan sonra xüsusi qan köçürmələri ala bilər. Qan dəyişməsi ilə körpənin qanını mənfi Rh (rezus) qan hüceyrələri ilə əvəz edilir. Bu, qırmızı qan hüceyrələrinin səviyyəsini sabitləşdirir və artıq körpənin qanında olan Rh (rezus) anticisimlərinin zədələnməsini minimuma endirir. Həmçinin bu, qanda bilirubinin səviyyəsini azaltmaq üçün edilir.

Hamiləlikdə qan uyğunsuzluğu vaxtında aşkar edilməzsə, yeni doğulmuş körpdə beyin zədələnməsinə səbəb olan ağır sarılıq inkişaf etdirə bilər. Həmçinin bilmək lazımdır ki, ciddi nəticələrə səbəb ola bilsə də, yenidoğulmuşlarda sarılıq tez-tez rast gəlinir və müalicə olunur.

Bu problem cari və sonrakı hamiləliklərə təsirsiz ötüşmür və buna görə də mütləq zamanında təyin edilməlidir. Ana üçün heç bir fəsadı olmasa da, körpə üçün ciddi təhlükələr yaratdığı üçün ginekoloji müayinə zamanı ginekoloqunuza daha öncə qan uyğunsuzluğu ilə bağlı hansısa addımlar atmısınızsa – qan uyğunsuzluğu iynəsi vurulubsa, bununla bağlı testlər edilibsə bu barədə məlumat verməyiniz vacibdir.

Əgər qan uyğunsuzluğu ilə bağlı narahtlıqlarınız varsa, suallarınıza cavab tapmaq, hamiləliyinizin və hamiləlikdən sonrakı dövrn daha sağlam keçməyini istəyirsinizsə, 055 574 70 74 mobil nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya müayinə üçün gün ala bilərsiniz.

Şərh yaz