Ana Səhifə » Bloq » Qeysəriyyə əməliyyatı: Nəticələr və uzunmüddətli təsirlər

Qeysəriyyə əməliyyatı haqqında bilmədiklərimiz - Drxanim.az

Qeysəriyyə əməliyyatı: Nəticələr və uzunmüddətli təsirlər

Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti və həkimin tövsiyələri təsirli olur. Yaxşı araşdırma aparmadan doğum üsulu ilə bağlı qərar vermək düzgün deyil. Normal doğuş zamanı ana və körpənin sağlamlığını riskə atacaq bir şübhəsi varsa, doğumun əməliyyatla olmasına üstünlük verilməlidir. Bütün anaların bu əməliyyatın mərhələlərini, tətbiq olunan anesteziyanın növünü və əməliyyatdan sonra nələr edilməsi lazım olduğunu bilməsi vacibdir.

Qeysəriyyə əməliyyatı nədir?

Normal təbii doğumun həyata keçirilə bilmədiyi hallarda istifadə edilən doğum üsulu keysəriyyə əməliyyatıdır. Normal doğuş hesab edilən hallarda da təcili qeysəriyyə əməliyyatı tələb oluna və ya prenatal planlaşdırma ilə buna qərar verilə bilər. Doğuşdan əvvəl doğumun əməliyyatla olacağı dəqiqdirsə, prosedurun tarixi və vaxtı təyin edilə bilər.

Qeysəriyyə əməliyyat otağı şəraitində və anesteziya altında həyata keçirilən doğuş texnikasıdır. Anesteziyanın təsirindən ana heç bir ağrı hiss etmir. Bu prosedurda körpə əvvəlcə qarın nahiyəsində, sonra isə uşaqlıq yolunda kəsik edilərək ana bətnindən çıxarılır. Daha sonra kəsiklər tikişlərlə bağlanır və doğum tamamlanır. Təbii doğuşla müqayisədə doğumu əməliyyatla olmuş qadınlarda doğuşdan sonrakı sağalma müddəti daha uzun çəkir.

Qeysəriyyə əməliyyatı nə vaxt lazımdır? - Drxanim.az

Qeysəriyyə əməliyyatı nə vaxt lazımdır?

Bəzən bu doğuş ana və ya körpə üçün vaginal doğumdan daha təhlükəsiz olur. Həkim aşağıdakı hallarda bunu tövsiyə edə bilər:

  • Uşaqlıq boynu sancılara baxmayaraq kifayət qədər açılmır;
  • Körpənin başı ana bətnində fərqli vəziyyətdədir;
  • Əkiz və ya üçəm kimi hamiləliklər;
  • Həddindən artıq vaginal qanaxmanın olması;
  • Körpənin kifayət qədər qida və oksigen ala bilməməsi;
  • Plasentanın uşaqlıq boynunu örtürməsi;
  • Göbək kordonu körpənin boynuna dolanır;
  • Anada beyin və ürək kimi həyati vacib orqanlarda ciddi xəstəliyin olması, və ya şəkərli diabet, hipertoniyanın olması;
  • Anada aktiv genital herpes infeksiyası olması;
  • Əvvəlki doğumun əməliyyatla olması;
  • Doğum kanalının daralmasına səbəb olan omba sınığı və iri miyom toxuması;
  • Körpənin özünün və ya başının böyük olması.

Doğuşun əməliyyatla olmasına qərar verməmişdən əvvəl bütün amillər ətraflı qiymətləndirilir

Qeysəriyyə əməliyyatının müsbət cəhətləri

Qeysəriyyə əməliyyatı ilə doğuşun digər doğum növləri ilə müqayisədə ən əhəmiyyətli üstünlüyü körpənin doğuş zamanı risk altında olmaması və oksigensiz qalmadan qısa müddətdə çölə çıxa bilməsidir. Əməliyyatla olan doğuşlarda normal doğuş və digər doğuş növləri risklərinə nadir hallarda rast gəlinir. Eyni zamanda, ananın uşaqlıq nahiyəsində deformasiyalar baş vermir, çünki körpə uşaqlıq kanalından irəliləyərək deyil, qarın boşluğundan götürülərək dünyaya gətirilir. Bundan başqa, əməliyyatın üstünlüklərinə doğuş vaxtının təbii doğuşla müqayisədə çox qısa olması, ananın əməliyyat zamanı yerli və ya ümumi anesteziya alacağı üçün ağrı hiss etməməsi daxildir. Buna görə də, bu gün bir çox qadın doğum üsulu kimi  əməliyyatı seçir.

Qeysəriyyə əməliyyatının mənfi cəhətləri

Ancaq qeysəriyyə əməliyyatı ana üçün müxtəlif risklərə səbəb ola bilər. Belə ki, bu, cərrahi əməliyyat olduğu üçün prosedur zamanı və əməliyyatdan sonra aşağıda qeyd olunan fəsadlara səbəb ola bilir:

  • Müxtəlif ağırlaşmalar yarana bilər;
  • Bu zaman açıq əməliyyat aparıldığı üçün infeksiya riski var;
  • Orqan zədələri baş verə bilər;
  • Əməliyyat bölgəsində yırtıq yarana bilər;
  • Bərpa normal doğuşdan çox gec baş verir;
  • Əməliyyat səbəbiylə qarında yapışma meydana gələ bilər;
  • Bu üsulla doğum prosesindən sonra ana ilə körpə arasında bir başa kontakt yaranması gecikir;
  • Körpələrdə tənəffüs çətinliyinin olması daha yüksəkdir;
  • Körpəni əmizdirmə prosesi gecikir.

Buna görə də, belə doğuma qərar verməmişdən əvvəl həm mənfi, həm də müsbət qərarlərı göz önünə gətirilməlidir.

Qeysəriyyə əməliyyatı ilə bağlı əsas risklər hansılardır? - Drxanim.az

Qeysəriyyə əməliyyatı ilə bağlı əsas risklər hansılardır?

Digər böyük əməliyyat növləri kimi, keysəriyyə əməliyyatı da risklər daşıyır:

  • Anesteziyaya reaksiyalar. Hər hansı bir anesteziyaya mənfi reaksiyalar mümkündür. Belə ki, bu əməliyyat dərin damarda, xüsusən də ayaqlarda və ya çanaq orqanlarında (dərin damar trombozu) qan laxtalanması riskinizi artıra bilər. Əgər qan laxtası ağciyərlərə keçərsə, və qan axını maneə törədirsə (ağciyər emboliyası), zərər həyat üçün təhlükə yarada bilər.
  • Yara infeksiyası. Risk faktorlarından və təcili əməliyyatlı doğuşa ehtiyac olub-olmamasından asılı olaraq, əməliyyat bölgəsinin infeksiyaya yoluxma riski arta bilər.
  • Cərrahi zədə. Nadir hallarda, kəsik zamanı sidik kisəsi və ya bağırsağın cərrahi zədələnməsi baş verə bilər. Əməliyyat zamanı cərrahi zədə olarsa, əlavə əməliyyat tələb oluna bilər.
Qeysəriyyə əməliyyatının gələcək doğuşlara təsiri - Drxanim.az

Qeysəriyyə əməliyyatının gələcək doğuşlara təsiri

Qeysəriyyə əməliyyatının gələcək doğuşlara təsiri aşağıdakıları əhatə edə bilər:

Normal doğuş ehtimalının azalması: Bu üsulla ilə doğum etmiş bir qadının uşaqlığında təbii doğuşlar daha çətin olur və daha çox çətinliklərlə nəticələnə bilər.

Uşaqlıq qişasının zəifliyi: Əməliyyat uşaqlıq qişasının zəifləməsinə səbəb ola bilər ki, bu da gələcək doğuşlarda problem yaranmasına səbəb ola bilər.

Təkrar ehtiyac olma ehtimalı: Gələcək doğuşlar üçün təkrar keysəriyyə lazım ola bilər ki, bu da daha uzun sağalma müddətinə və ağrıya səbəb olacaqdır.

Ona görə də doğumu əməliyyatla olmuş analar gələcək doğuşlar üçün mütəmadi olaraq həkimləri ilə əlaqə saxlamalı və həkimlərin tövsiyələrinə əməl etməlidirlər.

Qeysəriyyə əməliyyatından sonra təbii doğuş mümkündürmü?

Qeysəriyyə əməliyyatı keçirmiş analar təbii doğuşun növbəti uşağın doğulması prosesində bəzi risklərə səbəb ola biləcəyi üçün bu üsula üstünlük verilmirlər. Bunun ən əsas səbəbi əməliyyat zamanı uşaqlıq yolunda edilən kəsiklərin normal toxuma kimi müalicəvi xüsusiyyətlərə malik olmamasıdır. Normal doğuş zamanı çapıq toxumasının, yəni əməliyyatdan sonra əmələ gələn çapıq toxumasının qoparılması riski ana və körpənin həyatı üçün təhlükə  yarada bilir. Buna görə də, qərar verməmişdən əvvəl həkimlə məsləhtləşmə vacibdir. Həminiz qərar verməmişdən əvvəl ilk qeysəriyyə əməliyyatına səbəb olan riskin həll olub-olmadığını müəyyən edəcək, tibbi kəsiyinizin vəziyyətini müayiən edib siz və körpəniz üçün ən uyğun doğum üsulunu müəyyənləşdirəcək.

Qeysəriyyə əməliyyatından sonra gündəlik həyata qayıdış

Qeysəriyyə əməliyyatından sonra nəzərə alınmalı olan bəzi şərtlər var. Qeysəriyyə əməliyyatından sonra ananın infeksiyasının qarşısını almaq üçün sidik kateteri mümkün qədər tez çıxarılmalıdır. Əməliyyatdan sonra laxtalanma riski 40 gün davam edə bildiyi üçün ananın yüngül templə yeriməsi tövsiyə olunur. Adətən, anaya doğuşdan 48-72 saatdan sonra duş qəbul etməyə icazə verilir. Lakin duş qəbul etməzdən əvvəl əməliyyat olunan nahiyəni (su keçirməyən) sarğı ilə örtmək və duş qəbul etdikdən sonra ərazini yaxşıca qurutmaq məsləhətdir. Həmçinin ağır əşyaların qaldırılması qarın içi təzyiqi artıra və tikişlərin partlamasına və ya açılmasına və yoluxmasına səbəb ola bilər. Bu səbəbdən anaların əməliyyatdan sonra 6 həftə ərzində ağır yükləri qaldırmaması tövsiyə edilir.

Qeysəriyyə əməliyyatından sonra sağalma prosesi necədir?

Qeysəriyyə əməliyyatından sonra sağalma müddəti bir qadından digərinə dəyişir. Əməliyyatın sonra gündə ən az 4 dəfə 5-10 dəqiqəlik gəzintilər tövsiyə olunur. Bu əməliyyatdan 4 saat sonra gəzintiyə başlamaq mümkündür. Əməliyyatdan 6 saat sonra ağızdan qəbul maye qida ilə başlaya bilər. Gündə ən azı üç dəfə olmaqla minimal 15 dəqiqə saqqız çeynəmək əməliyyatdan sonra mədə-bağırsaq traktının bərpasını sürətləndirir. Bu əməliyyat zamanı böyüyən uşaqlığı dəstəkləyən və artıq hamiləlik nəticəsində zəifləmiş böyük qarın əzələləri və onları əhatə edən fasya adlanan toxumalar kəsilir və bir-birinə tikilir. Həm hamiləlik, həm də əməliyyat qarın əzələlərinin çox zəifləməsinə səbəb olur, buna görə də əşyaları hərəkət etdirərkən və qaldırarkən əlavə diqqətli olmaq lazımdır.

Qeysəriyyə əməliyyatından sonra ağrı olurmu - Drxanim.az

Qeysəriyyə əməliyyatından sonra ağrı olurmu?

Qeysəriyyə əməliyyatı ilə doğuş analara normal doğuşdan daha ağrılı doğum təcrübəsi yaşada və doğuşdan sonrakı ağrı ilə bağlı narahatlıqlar ola bilər. Bu zaman yaranan ağrı ananın doğuşdan sonrakı ağrılarının bir hissəsidir və adətən nəzarət altına alına bilər. Doğuşdan sonrakı ağrı anesteziyanın tətbiqinə görə dəyişir və bu ağrıları azaltmaq üçün həkim ağrıkəsicilər təyin edir. Bundan əlavə, fiziki müalicə, yuxu və istirahət, isti və soyuq tətbiqlər və müntəzəm məşq də keysəriyyə əməliyyatı nəticəsində yaranan  ağrıları azaltmağa kömək edəcəkdir.

Hamilə qadınların doğuşdan sonrakı ağrılarla bağlı narahatlıqları olduqda həkimləri ilə danışmaları vacibdir. Ananın vəziyyətini və ağrı səviyyəsini qiymətləndirərək həkimlər ən uyğun müalicə variantını təyin edəcəkdir. Nəticədə, əməliyyat sonrası ağrı normaldır və adətən nəzarət altına alına bilər.

Qeysəriyyə əməliyyatından sonra menstruasiya nə vaxt baş verir - Drxanim.az

Qeysəriyyə əməliyyatından sonra menstruasiya nə vaxt baş verir?

Qeysəriyyə əməliyyatından sonra menstruasiyanın başlaması hər bir qadın üçün fərqlidir və doğuşdan sonra menstruasiya başlaması bir çox amillərdən asılı olaraq dəyişəcəkdir. Adətən, menstruasiya normal doğuşa nisbətən keysəriyyə əməliyyatı keçirmiş qadınlarda daha gec başlayır.

Doğumun əməliyyatla olmasından sonra menstruasiya adətən 6-8 həftə sonra başlayır. Bununla belə, menstruasiya dövrünün tam bərpası və menstruasiya dövrünün normallaşması üçün bir neçə ay çəkə bilər.

Menstruasiya dövrünə əməliyyat sonrası hormonal düzəlişlər, ana südü ilə qidalanma və doğuşdan sonrakı stress kimi amillər də təsir edə bilər. Gələcək analar menstrual dövrü ilə bağlı həkimləri ilə danışmalı və narahatlıqlarını bildirməlidirlər.

Hamiləlik və doğum prosesinizi təcrübəli və peşəkar həkimlərin nəzarəti altında tamamlamaqla həm öz sağlamlığınızı qoruya, həm də dünyaya sağlam körpə gətirə biləcəksiniz. Bunun üçün qeyd edilən nömrə ilə əlaqə saxlayıb konsultasiyalarımızdan yararlanın.

Əlaqə üçün: 055 574 70 74

Şərh yaz