Mündəricat
ToggleDoğuş üsulu ananın həyatının ən unikal təcrübələrindən biridir. Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti və həkimin tövsiyələri təsirli olur. Keysəriyyə əməliyyat olduğu üçün hər əməliyyatda görülə biləcək əlavə risklər daşıyır. Yaxşı araşdırma aparmadan normal doğum və ya qeysəriyyə əməliyyatı ilə doğuşa qərar vermək düzgün deyil. Normal doğuş zamanı ana və körpənin sağlamlığını riskə atacaq bir vəziyyət şübhəsi doğum əməliyyatla icra olunmalıdır.
Qeysəriyyə ilə doğuş nədir?
Abdominal doğuş kimi də tanınan keysəriyyə əməliyyatı ananın qarın divarında və uşaqlıq yolunun divarında kəsik (kəsmə) vasitəsilə körpənin doğulduğu cərrahi əməliyyatdır. Pasiyentin seçiminə uyğun olaraq və ya müxtəlif səbəblərdən normal doğuş prosesini həyata keçirmək mümkün olmayan hallarda bu üsul tətbiq edilir.
Ananın və körpənin vəziyyətindən asılı olaraq əməliyyata başlamazdan əvvəl 2 müxtəlif anesteziya formasından biri seçilərək tətbiq edilir:
- Lokal (Epidural və Spinal) anesteziya
- Ümumi anesteziya
Bu prosedur zamanı gözləyən ananın uşaqlığı kəsiklə açılır və həmin nahiyədəki amniotik maye boşaldılır. Əməliyyatın növbəti mərhələsində körpə ananın bədənindən çıxarılır və növbəti mərhələdə ana ilə körpə arasındakı əlaqə olan göbək bağı kəsilir. Körpənin üzündəki mayelər təmizlənməklə proses sona çatır.
Doğuşun əməliyyatla icra olunması nisbətən təhlükəsizdir, lakin mümkün fəsadlar arasında infeksiya, daxili orqanların zədələnməsi, körpənin tənəffüs çətinliyi riskinin artması və gələcək hamiləliklərlə bağlı ağırlaşmalar daxildir. Qeyd olunan ağırlaşmalara nadirən rast gəlinir, amma ciddi ola bilər. Buna görə də doğumun bu üsuluna qərar verməmişdən əvvəl suallarınızı və narahatlıqlarınızı həkiminiz ilə müzakirə edin.
Qeysəriyyə əməliyyatı hansı hallarda tətbiq edilir? Qeysəriyyə əməliyyatı nə vaxt lazımdır?
Normal doğuş ana və körpənin sağlamlığı üçün təhlükəli vəziyyət yaradacaqsa, qeysəriyyə əməliyyatı ilə doğuşa üstünlük verilməlidir. Bəs qeysəriyyə, ya təbii doğum arasında qaldıqda qeysəriyyənin seçilməsi üçün əsas olan bu təhlükəli hallara nələr daxildir?
- Doğum başladıqdan sonra saatlarla davam edən sancılara baxmayaraq, uşaqlıq boynu körpənin doğumu üçün kifayət qədər genişlənə bilmir.
- Sefalopelvik disproporsiya normal doğuşa mane olan amillərdəndir. Bu körpənin başının və ya bədəninin ananın çanağından təhlükəsiz keçməsi üçün çox böyük olduğunu və ya ananın çanağının orta ölçülü bir körpə dünyaya gətirmək üçün çox kiçik olduğunu ifadə edən bir termindir.
- Əvvəlki doğumun keysəriyyə əməliyyatı ilə olması. Bundan sonra vaginal doğum mümkün olsa da, bu, hər kəs üçün bir seçim deyil. Buna təsir edə biləcək faktorlar arasında əvvəlki keysəriyyə əməliyyatında istifadə edilən uşaqlıq yolunun kəsik növü və uşaqlığın yırtılması riski daxildir.
- Böyük mioma, çanaq sınığı və ya müəyyən anadangəlmə anomaliyaları olan körpənin gözlənilməsi də doğumun əməliyyatla olmasına səbəb ola bilər.
- Mərkəzi cift gəlişi halında keysəriyyə əməliyyatından istifadə edilir. Bu vəziyyətdə, cift uşaqlığın ən aşağısına yapışaraq körpənizin serviksdən çıxmasına maneə olur.
- Anada somatik xəstəliklər (kəskin ürək, böyrək, qaraciyər çatışmazlığı və.s) həmçinin, bir sıra infeksion xəstəliklər (aktiv HİV, hepatit B, hepatit C, xarici cinsiyyət yollarının kondenomaları və. s) olması. Bu zaman vaginal doğuş tətbiq olunarsa, ananın vəziyyəti doğuş zamanı pisləşə bilər.
- Göbək kordonunda dolaşıqlıq meydana gəlmişdir.
- Ana ikidən artıq uşaq gözləyir. Əkizlər adətən vaginal yolla doğula bilsələr də, iki və ya daha çox körpə üçün əməliyyat tələb oluna bilər.
- Körpə ana bətnində lazım olduğundan fərqli bir vəziyyətdədir. Yəni doğum başladıqda körpə “boylama” vəziyyətində olur və ilk gələn baş hissə olur. Lakin bəzən körpə çəp, köndələn və ya sağrı gəlişində olur ki, bu zaman əməliyyat tələb olunur.
- Körpədə bətndaxili boğulma halı, bətndaxili hipoksiya var.
Qeyd edilən vəziyyətlərdən biri və ya bir neçəsi müşahidə edilərsə, doğum keysəriyyə əməliyyatı vasitəsilə edilməlidir. Əksər hallarda uşağın belə doğulacağına bir neçə ay əvvəlcədən qərar verildiyi halda, bəzən isə doğuş ərzində yaranan vəziyyətə əsasən əməliyyat təcili tələb olunur.
Planlaşdırılan qeysəriyyə ilə doğuş hansı həftədə baş verir?
Bir çox valideynlər üçün planlaşdırılmış keysəriyyə əməliyyatının (qısaca kesar) ən yaxşı tərəflərindən biri körpənin nə vaxt doğulacağını bilməkdir. İstər sağlamlıq, istərsə də şəxsi səbəblərə görə doğumun bu üsulla olmasının tərəfdarısınızsa, körpənizin doğum günün nə vaxt olacağı ilə bağlı həkiminizlə məsləhətləşə bilərsiniz.
Ana bətnindəki inkişafına görə körpələr 37-ci həftədə artıq doğuma qədərki bütün mərhələri tamamlamış hesab olunurlar. Lakin bəzi hallar istisna olmaqla, yəni körpənin və gələcək ananın səhhətində problem olmadığı normal hallarda hamiləliyin 39-cu həftəsində icra olunur. 39 həftədən əvvəl planlaşdırılarsa, fəsad riski artar. Belə ki, 39-cu həftədən əvvəl keysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda erkən doğumun nəticəsi olaraq 2 yaşa qədər davam edən inkişaf gecikmələri ilə qarşılaşa bilirlər. Bu gecikmələr arasında dilin inkişafı daha geniş yayılmışdır.
Amma bəzi hallarda erkən planlaşdırılan qeysəriyyə əməliyyatının faydaları potensial risklərdən üstündür. Məsələn, üçəm və ya daha çox körpənin doğulması, mərkəzi cift gəlişi və ya fetal distress kimi digər tibbi hallar buna daxildir.
Qeysəriyyə ilə doğuş körpənin sağlamlığına təsir edirmi?
Vaginal yolla doğulan körpələrlə müqayisədə, keysəriyyə əməliyyatı ilə doğulan körpələr daha çox risklərlə qarşılaşa bilirlər.
- Tənəffüz problemləri: Xüsusən də ana doğuş etməyibsə, körpələr öz başlarına nəfəs almaqda çətinlik çəkirlər. Planlaşdırılmış keysəriyyə ilə körpələrin ağciyərləri tam inkişaf etməmişdən əvvəl doğulma ehtimalı daha yüksəkdir. Bu da körpələrin nəfəs almasında ciddi problemlerə səbəb olacaqdır.
- Qidalanma problemi: Keysəriyyə əməliyyatı ilə doğuş zamanı ananın müxtəlif tibbi dərman və vasitələrdən istifadə etməsi bir müddət ərzində əmizdirmə prosesinə maneə olacaqdır. Bu isə körpənin ilk gündən bir müddət qeyri-təbii qidalanmasına səbəb olacaqdır.
- Adaptasiya problemi: Təbii doğuşla dünayaya gələn uşaqla doğuş zamanı stres yaşayırlar, bu da onların ətraf mühitə daha tez alışmasına səbəb olur.
- Fiziki inkişafda problemlər: Normal doğuşla dünyaya gələn uşaqlarla müqayisədə qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların boyunda və çəkisində də çatışmazlıqlar daha çox meydana meydana gələ bilir.
Bununla belə, keysəriyyə əməliyyatı adətən körpənin sağlamlığına qısa müddətli təsir göstərir, uzunmüddətli təsirlər isə çox nadirdir. Bundan əlavə, keysəriyyə əməliyyatının təsiri doğumun səbəbi, necə edildiyi və doğuşdan sonrakı baxım kimi faktorlara görə dəyişə bilər.
Qeysəriyyə əməliyyatı ilə doğum edənlərin hazırkı hamiləlikdə təbii doğuş şansı varmı?
Bir çox qadın normal doğuşdan qorxduqları üçün xüsusilə ilk hamiləliklərində keysəriyyə əməliyyatına müraciət edirlər. Bəzən ilk hamiləliyi ilə qeysəriyyə əməliyyatı keçirmiş analar ikinci hamiləliklərində normal doğum etmək istəyirlər. Yaxşı xəbər odur ki, əvvəlki keysəriyyə əməliyyatı keçirmiş bir çox qadının sonrakı hamiləlikdə təbii doğuşa namizəd olma ehtimalı vardır. Bu yanaşma qeysəriyyə əməliyyatından sonra doğuş sınağı (TOLAC) adlanır. Qeyd etmək lazımdır ki, əvvəllər qeyəsriyyə əməliyyatı keçirmiş qadınların hamısı vaginal ( təbii) doğuşdan istifadə edə bilməz. TOLAC-a cəhd etmək qərarı, ananın xəstəlik tarixi, əvvəlki keysəriyyə əməliyyatının səbəbi və istifadə olunan kəsik növü nəzərə alınmaqla, mama və multidisiplinar komanda ilə hərtərəfli müzakirədən sonra qəbul edilməlidir. Təbii doğuş qərarının verilməsi prosesinə təsir edəcək digər faktorlara körpənin ölçüsü və mövqeyi, ananın sağlamlığı və yaşı, təcili yardım üçün təcrübəli komanda və vasitələrin mövcudluğu daxildir.
Qadınların bütün məlumatlara sahib olmaları və tibb işçisinin köməyi ilə məlumatlı qərar vermələri vacibdir. Onu da qeyd etmək lazımdır ki, ən vacib şey həm ananın, həm də körpənin təhlükəsizliyidir və bəzi hallarda planlaşdırılmış keysəriyyə ən yaxşı seçim ola bilər.
Yekun
Doğuş qadının həyatında önəmli məqamlardan biridir və doğum üsulu bir sıra amillərdən asılı olaraq müəyyən edilir. Hər doğuş unikaldır və qeyd etdiyim kimi, ananın sağlamlıq vəziyyəti, körpənin vəziyyəti və digər tibbi amillər nəzərə alınmaqla ən uyğun doğuş üsulu seçilməlidir.
Qeysəriyyə əməliyyatı bəzi hallarda qaçınılmaz bir seçim ola bilər. Bu əməliyyat, xüsusilə ana və ya körpə üçün potensial risklər olduqda edilir. Bununla belə, bəzi hallarda, xüsusən də başqa üsullarla doğum mümkün olmadıqda planlı qeysəriyyə əməliyyatına da üstünlük verilə bilər.
Yekun olaraq qeyd edim ki, qeysəriyyə ilə doğuşun üstünlükləri arasında sürətli müdaxilə, doğumun planlı olması və müəyyən tibbi şərtlərə nəzarətin mümkünlüyü daxildir. Ancaq bildirim ki, bu metodun daha uzun bərpa müddəti və potensial fəsadlar kimi mənfi cəhətləri də var.
Doğum üsulunu seçərkən hamilə qadının və körpənin sağlamlığına diqqət yetirmək vacibdir. Ginekoloqunuz hər bir vəziyyəti diqqətlə qiymətləndirməli və ən uyğun doğum üsulunu təyin etməlidi. Bu prosesin daha yaxşı keçməsi üçün də hamilə qadın doğum planları qurarkən həkimi ilə açıq ünsiyyət qurmalı, tövsiyələrə diqqət yetirməli və ən təhlükəsiz variantı seçməlidir.
Unutmayın ki, hər doğuş unikaldır və doğuş zamanı verilən qərarlar ana və körpənin sağlamlığına yönəldilməlidir. Odur ki, sağlam doğum təcrübəsi yaşamaq üçün 055 574 70 74 nömrəsi vasitəsilə əlaqə saxlaya, müayinə üçün gün ala bilərsiniz.
Mövzu ilə əlaqəli digər məqalələr:
Qeysəriyyə Əməliyyatından Sonra Bərpa
Qeysəriyyə əməliyyatından sonra qulluq
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊