Mündəricat
ToggleHamiləlik və doğuş qadın bədənində böyük dəyişikliklərə səbəb olur. Bu bloqda qarın ağrısından əhval dəyişikliyinə qədər, qeysəriyyədən sonrakı bərpa dövründə sizi nə gözlədiyin öyrənəcəksiniz. Əgər siz qeysəriyyə əməliyyatı keçirməyi planlaşdırırsınızsa və ya bu əməliyyat sizin üçün qaçılmazdırsa, bərpa dövründə nə edəcəyinizlə bağlı sizdə suallar formalaşacaq. Prosesi nə qədər narahat keçirəcəksiniz? Əməliyyatdan sonra yara izlərinin sağalması nə qədər vaxt aparacaq? Körpəniz üçün ana südü və ya digər qidaların verilməsi haqda suallar da sizi narahat edəcək. Bunun üçün əməliyyatdan sonrakı bərpa dövründə özünüzə və körpənizə necə qulluq edəcəyiniz haqda düşünməlisiniz.
Qeysəriyyə əməliyyatından sonrakı yaralarınızı diqqətlə müalicə edin
Qeysəriyyə kəsiklərinin sağalması 4-6 həftə çəkə bilər. Qeysəriyyə əməliyyatından sonrakı sağalma dövründə diskomfort və yorğunluq hiss etmək normal haldır.
Bərpa prosesinin sürətli olması üçün aşağıda sadalananlara diqqət etməlisiniz:
Ehtiyatlı davranın. Mümkün qədər istirahət edin. Körpənizə və özünüzə lazım olan şeyləri asanlıqla götürə biləcəyiniz yerdə saxlayın. İlk bir neçə həftə çömbəlməkdən və körpənizdən ağır bir şey qaldırmamağa diqqət edin.
Qarın hissənizi qoruyun. Gəzəndə və oturanda düzgün mövqe seçin. Öskürmə, asqırma və gülmə kimi qəfil hərəkətlər zamanı ehtiyatla mədənizi tutun. Əmizdirmə zamanı əlavə dəstək üçün yuvarlanmış dəsmal və ya yastıqdan istifadə edin.
Çox su içməyə çalışın. Doğuş və əmizdirmə zamanı itirdiyiniz suyu geri qaytarmaq və qəbizliyin qarşısını almaq üçün çoxlu maye qəbul edin.
İnfeksiya əlamətlərinə fikir verin. Qeysəriyyə kəsiklərinizdə infeksiya əlamətlərinin olub-olmamasını yoxlayın. Aşağıda sadalananlarla qarşılaşsanız, həkiminizlə mütləq əlaqə saxlayın:
- Kəsiklər qırmızı, şişkindirsə;
- 38 dərəcədən çox hərarət varsa;
- Kəsik yerində getdikcə artan sancı və ya ağrı hiss edirsinizsə.
Əmzirmə ilə bağlı təcrübə
Qeysəriyyə əməliyyatından dərhal sonra əmizdirməyə başlamaq olar. Ağrını minimuma endirmək üçün körpənizi tutarkən kəsiklərin üzərinə yastıq qoymağınız tövsiyə olunur. Körpənizi çanta və top tutuşu formasında tutaraq qeysəriyyə sonrası ana südü ilə qidalanmanı ağrısız edə bilərsiniz. Belə ki, körpənizi dirsəyiniz əyilmiş halda yan tərəfinizdə saxlayın. Əliniz açıq halda, körpənizin başını dəstəkləyin və sinənizə doğru tutun. Körpənizin arxası qolunuzda qalsın. Digər əlinizi də istifadə edin. Eyni zamanda, digər əlinizlə C formalı tutuş sinənizi dəstəkləyəcəkdir. Rahat olmaq üçün dizinizə bir yastıq qoyun və dəstək üçün aşağı hündürlükdə olan kresloda əyləşib körpənizi əmizdirin.
Əgər əməliyyatdan sonra körpənizi əmizdirməkdə çətinlik çəkirsinizsə, həkiminizlə danışıb, mütləq məsləhət alın.
Qeysəriyyədən sonrakı digər əlamətləri və simptomları nəzarətdə saxlayın
Unutmayın ki, qeysəriyyə əməliyyatından sağaldığınız zaman hamiləliyin digər təsirlərindən sağalmış olacaqsınız. Sizi gözləyən mümkün narahatlıqlar aşağıdakılardır:
Qeysəriyyə əməliyyatından sonra vaginal axıntı (lokhia)
Qeysəriyyə əməliyyatından sonra bir neçə gün ərzində qalın qırmızı qan axıntısına hazırlıqlı olun. Bu axıntı bəzən kiçik qan laxtaları formasında da gələ bilər. Bu axıntı tədricən yox olacaq. Daha sulu, çəhrayı və ya qəhvəyi rəngə çevriləcək. İnfeksiya riskini azaltmaq üçün tamponların əvəzinə tibbi bezlərdən istifadə edin. Hər 1-2 saatdan bir bezləri dəyişdirmək məcburiyyətində qalsanız, hərarətiniz 38 dərəcədən yuxarı olarsa, həkiminizlə qısa zamanda əlaqə saxlamalısınız.
Qeysəriyyə əməliyyatından sonrakı sancılar
Bu sancılara bəzən “Doğuşdan sonrakı ağrı” da deyilir. Yəni, əməliyyatdan sonra bir neçə gün ərzində sancıların olması normal haldır. Adətən menstruasiya sancılarına bənzəyən bu sancılar uşaqlıqdakı qan damarlarını sıxır və böyük qanaxmanın qarşısını alır. Lazım gələrsə, həkiminiz ağrıkəsici tövsiyə edəcəkdir. Əgər hərarətiniz varsa və ya qarnınız hansısa toxunuşa qarşı həssasdırsa, həkiminizlə məsləhətləşin. Bu, uşaqlıq infeksiyasının da əlaməti ola bilər.
Sinə ağrısı
Qeysəriyyə əməliyyatından sonra bir neçə gün ərzində döşləriniz toxunuşa qarşı həssas və şiş olub, sizə narahatlıq verəcəkdir. Bu vəziyyətə qadınlar arasında “məmə şişməsi” deyilir. Narahatlığı aradan qaldırmaq və körpənizi əmizdirmək üçün südünüzü xüsusi döş nasosları vasitəsilə sağa bilərsiniz.
Süd sızması
Əgər döşləriniz qidalanma arasında süd sızdırırsa, paltarınızı quru saxlamaq üçün büstqalterinizin içərisinə süd bezləri yerləşdirə bilərsiniz. Hər qidalanmadan sonra və onlar nəmləndikdə bezləri dəyişdirin.
Saç tökülməsi və dəri dəyişiklikləri
Hamiləlik dövründə artan hormon səviyyəsi saçların böyüməsini sürətləndirir və hormonların normal vəziyyətə qayıtması saç tökülməsinə səbəb olur. Nəticədə, başın yuxarı hissəsindəki saçlarda gurlaşma baş verəcəkdir. Lakin doğuşdan sonra bədən artıq tükləri tökməyə başlayır və saç artımını azaldır. Saç tökülməsi adətən altı ay ərzində başa çatır. Eyni zamanda dərinizdəki çatlar qırmızıdan gümüşü rəngə doğru dəyişəcək. Dərinin qaralması hamiləlik dövründə də rast gəlinən haldır. Məsələn, üzdə tünd ləkələrin əmələ gəlməsi (hamiləlik ləkəsi) adi haldır. Bütün bu təsirlər tədricən yox olacaq.
Emosional dəyişikliklər
Doğuş qeyri-sabitlik, kədər və narahatlıq kimi emosional dəyişikliklərə səbəb olur. Bir çox yeni ana olmuş qadınlar doğuşdan sonra belə duyğu dəyişiklikləri yaşayırlar. Bir neçə həftəyə bu narahatlıq keçib gedir. Bu müddət ərzində ana özünə yaxşı baxmalıdır. Dəstək üçün həyat yoldaşınızdan, yaxınlarınızdan və ya dostlarınızdan kömək istəməlisiniz. Unutmayın ki, siz yeni ana olmusunuz və yaşadığınız emosional dəyişiklik olduqca normal bir haldır.
Əgər emosional fonda tez-tez dəyişikliklər baş verirsə və bu size narahat edirsə, mütləq həkimizlə əlaqə saxlayın. Həkiminiz xüsusi şkala ilə sizin emosional vəziyyətinizi qiymətləndirib müvafiq tədbirlər üçün yönləndirəcəkdir.
Çəki itirmək
Qeysəriyyə əməliyyatından sonra yəqin ki, görünüşünüzdə fərqlilik olacaq. Hamilə kimi görünə bilərsiniz. Narahat olmağa dəyməz. Bu, normaldır. Qadınların çoxu hamiləlikdən sonra körpənin çəkisi, plasenta və amniotik maye daxil olmaqla 10-12 kq arıqlaya bilər. Həmçinin vücudunuz su itirdiyi üçün daha çox arıqlamaq imkanınız olacaqdır. Əməliyyatdan sonra sağlam qidalanma və müntəzəm olaraq idmanla məşğul olmaq hamiləlikdən əvvəlki çəkinizi bərpa etməyə kömək edəcək.
Doğuşdan sonrakı sağlamlıq
Hamiləlikdən təxminən 6 həftə sonra həkiminiz düzgün sağaldığınızı yoxlamaq üçün vaginanızı, qarınınızı və uşaqlığınızı yoxlayacaq. Bəzi hallarda həkiminiz qeysəriyyə kəsiklərinizi yoxlamazdan əvvəl sizdən check-up müayinədən keçməyinizi istəyəcəkdir. O, sinənizi, həmçinin çəki və qan təzyiqinizi yoxlayacaq. Bu check-up zamanı siz həmçinin doğuma nəzarət, ana südü ilə qidalanma və körpə ilə həyata necə alışmağınız barədə məlumat alacaqsınız. Bununla belə fiziki və emosional sağlamlığınızla bağlı hansısa sualınız və ya narahatlığınız varsa, həkiminizlə məsləhətləşin. Həkiminiz yəqin ki, körpənizlə yeni həyatınıza uyğunlaşmaq üçün sizə bəzi məsləhətlər verəcəkdir.
Qeysəriyyə əməliyyatından sonra qarşılaşdığınız ilk narahatlıqdan artıq həkim tövsiyəsi almağa başlamalısınız. Bu vəziyyətdə dəqiq diaqnoz və düzgün müalicə üçün 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb, müayinəyə yazıla bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊