Ana Səhifə » Bloq » Hamiləlik Testi Nə Vaxt Doğru Göstərir? Testi Nə Vaxt Edim?

Hamiləlik testi nə zaman doğru göstərir? - Drxanim.az

Hamiləlik Testi Nə Vaxt Doğru Göstərir? Testi Nə Vaxt Edim?

Hamiləlik arzulayan və bunu planlayan hər bir qadın hamiləlik testi nə zaman doğru göstərir sualına cavab axtarır. Öncəliklə bilmək lazımdır ki, hamiləlik testləri qadınların hamiləliyini təsdiqləmək üçün istifadə etdiyi ən geniş yayılmış üsullardan biridir və testin doğru göstərməsi üçün bəzi amillər vardır. 

Testin doğru göstərməsi üçün onu doğru zamanda etmək mütləqdir. Əks halda nəticə sizi yanıldacaqdır. Bir qayda olaraq test aybaşı gecikməsi yarandıqdan ən azı 1 həftə sonra edilməlidir. Əgər hamiləlik varsa, beta XQ hormonunun artmasıyla menstruasiya gecikməsi yaşanacaqdır. Təbii ki, aybaşı gecikməsi və ya menstruasiya gecikməsi təkcə hamiləliklə əlaqəli deyil. Əgər hamiləlik gözləntiniz yoxdursa və aybaşı dövrünüzdə gecikmələrə rast gəlirsinizsə, bunun səbəbini araşdırmaq sağlamlığınız üçün olduqca mühümdür. Bu səbəbdən ginekoloq müayinəsində olmaq tövsiyə olunur. Bununla yanaşı saytda yer alan Aybaşı gecikməsinin səbəbləri, müayinəsi və müalicəsi adlı bloq yazını da oxumaqda fayda vardır. 

Hamiləlik testi nə zaman doğru göstərir sualına ətraflı cavab tapmaq üçün ilk öncə test və onun növləri haqqında, testin edilmə vaxtı ilə bağlı və bu kimi məlumatları bilmək lazımdır.

Hamiləlik testi nədir? Hamiləlik testinin növləri hansılardır?

Hamiləlik testləri hamiləliyin erkən mərhələlərində hamiləliyin aşkarlanması üçün istifadə edilən tibbi vasitələrdir. Həm qan, həm də sidikdə beta XQ hormonunun ölçülməsi ilə edilən testlər arasında ən çox istifadə edilənlər sidikdə beta XQ hormonunun səviyyəsini ölçən testlərdir. Bu hormon döllənmiş yumurta uşaqlıq yolunun divarına yerləşdikdə ifraz olunur və hamiləliyin erkən mərhələlərində sürətlə artır.

Hamiləliyi təyin etmək üçün qan testi də istifadə edilir. Bu testlər isə qan dövranında beta XQ hormonunun səviyyəsini ölçür. 

Qeyd edildiyi kimi, testləri adətən gecikmiş menstruasiyadan sonra edilməlidir. Evdə olunan hamiləlik testləri sidik nümunəsini test zolağına etməklə aparılır və nəticə bir neçə dəqiqə ərzində görünür. Bu test nəticələri çox həssas test hesab olunur.

Testlər həmçinin bir neçə növdə mövcuddur. Belə ki, bəzi testləri erkən hamiləlik dövründə, digərləri isə daha sonra edilir. Bununla yanaşı hamiləlik testləri nəticəni göstərməsinə görə də müxtəlifdir. Bəzi testlər daha tez, bəziləri isə nisbətən gec nəticə verir. 

Hamiləlik testləri qadının hamilə olub olmadığını müəyyən etmək üçün çox etibarlı və asan bir üsuldur. Bununla belə, dəqiq nəticələr əldə etmək üçün istifadə qaydalarına riayət etmək vacibdir. Hər hansı bir şübhə halında bir ginekoloq və ya tibb işçisi ilə məsləhətləşmək daha dəqiq nəticə almağınıza kömək edəcəkdir.

Qanda edilən hamiləlik testi nə zaman doğru göstərir?

Hamiləlik zamanı plasenta hamiləliyin erkən dövrlərində qanda təyin olunan beta XQ hormonu ifraz edir. Buna görə də qanda edilən test hamiləliyin daha erkən aşkarlanmasına kömək edir. Lakin hamiləliyi təyin edən qan testi verərkən dəqiq nəticə almaq üçün müəyyən bir müddət sonra test vermək lazımdır. Hamiləlik hormonu olan beta XQ səviyyəsi hamiləlik anından tədricən artmağa başlayır və hamiləliyin 5-6-cı günündə də artıq sidik testində belə aşkar edilir. Ancaq hamiləliyi müəyyən edən qan testinin düzgün göstərməsi üçün bu test hamiləliyin 9-10-cu günləri arasında aparılmalıdır. Bu müddət ərzində beta XQ səviyyəsi kifayət qədər artacaq və test nəticəsi daha dəqiq olacaqdır. Nəticə etibarilə qanda edilən hamiləlik testi hamiləliyin 9-10-cu günlərində doğru göstərir.

Hamiləliyi təyin edən qan testi yalnız tibb müəssisələrində aparılır və nəticələr  adətən bir neçə saat ərzində hazır olur. Hamiləliyin erkən aşkarlanması, hamiləlik prosesinin daha erkən başlaması və hamiləliyə qulluq üçün həkimlə daha erkən görüş təyin edilməsi üçün qanda edilən test daha yaxşı seçimdir.

Evdə edilən hamiləlik testi nə zaman doğru göstərir?

Hamiləliyin sidikdə təyini üçün edilən test həm də evdə edilən hamiləlik testi adlanır. Evdə edilən test sidikdə beta XQ hormonunun səviyyəsini ölçməklə hamiləliyi aşkar etmək üçün istifadə edilən test üsuludur və asan, sürətli, etibarlıdır. Ancaq dəqiq nəticələr əldə etmək üçün testi doğru zamanda edilməlidir.

Bəs evdə edilən test nə zaman doğru göstərir? Gecə boyunca sidikdə yığılan beta XQ hormonu sidik testlərindən ən təsirli nəticə əldə etməyə imkan verir. Buna görə də evdə edilən test səhər duran kimi ilk sidiyə gedən zaman edildikdə daha doğru nəticə verir. Testi edərkən üzərində göstərilən təlimatlara düzgün əməl edilməlidir. Sidik zaman itirilmədən dərhal testin müvafiq hissəsinə təmas etməlidir. Əks halda oksigenlə reaksiyaya girən sidikdə nəticələr fərqli ola bilər.

Hamiləlik testi nə zaman səhv göstərir?

Hamiləlik testləri adətən dəqiq nəticələr verir, lakin bəzi hallarda yanlış nəticələr verməsinə də rast gəlinir. Sidik və ya qanda edilən testlərdə yanlış nəticələr yaradan amillərə aşağıdakılar daxildir:

Hamiləlik testinin vaxtından əvvəl edilməsi. Testlərin dəqiq nəticə verməsi üçün yumurta borusundan keçən embrion uşaqlığa çatması, orada yerləşməsi və beta XQ hormonunun ifraz edilməsi lazımdır. Buna görə də, testin doğru göstərməsi üçün menstruasiya gecikməsi olmalıdır və ya ən azı normal menstruasiya günləri gözlənilməlidir.

Hamiləlik testinin səhv edilməsi. Testlər düzgün istifadə edilmədikdə qeyri-dəqiq nəticələr verir. Buna görə təlimatlara uyğun olaraq test etmək vacibdir.

Dərman istifadəsi. Bəzi dərmanlar bu cür testlərin nəticələrinə təsir göstərir. Məsələn, bəzi sonsuzluq dərmanları və tərkibində beta XQ olan dərmanlar yanlış müsbət nəticələrə səbəb ola bilər.

Biokimyəvi hamiləlik. Biokimyəvi hamiləlik, embrionun mayalanması və inkişafı baş versə də, embrionun uşaqlıqda yerləşməsindən əvvəl yox olan bir hamiləlik növüdür. Bu vəziyyətdə testi əvvəlcə müsbət nəticə verə bilər, lakin sonra təkrar test edildikdə nətinənin mənfi olduğunu görmək mümkündür.

Düşük riski. Düşük riski olan hamiləliklərdə də testlər əvvəlcə müsbət nəticə verə bilər. Daha sonra təkrar etdikdə isə mənfi nəticə ilə qarşılaşa bilərsiniz. 

Hamilə olduğunuzdan əminsiniz və test yanlış göstərirsə və ya hamilə olmadığınız halda test müsbət göstərirsə, ginekoloqla danışmaq vacibdir.

Axşam edilən hamiləlik testi düz göstərirmi?

Hamiləlikdən şübhələnən bəzi qadınlar səhəri gözləmədən testi axşam etmək istəyirlər. Bu halda isə belə bir sual yaranır:  Axşam edilən hamiləlik testi düz göstərir?

Axşam edilən test səhər edilən testdən daha az etibarlıdır. Çünki hamiləlik hormonu olan beta XQ səviyyələri gün ərzində sidikdə daha az ifraz oluna bilər. Lakin gecə boyunca ifaraz olunan bu hormonun səviyyəsi səhər edilən testdə daha çox olacaqdır. 

Bununla belə, testlər hamiləliyin həftəsinə, testin nə qədər həssas olmasına görə fərqli nəticələr verə bilər. Bəzi qadınların hamiləliklərinin erkən mərhələlərində belə axşam etdikləri test müsbət nəticə versə də, bəzi qadınlarda hamiləlik həftəsi artdıqca belə səhər edilən test neqativ nəticə verə bilər.

Xülasə, test edərkən səhər ilk sidiyi istifadə etmək tövsiyə olunur, lakin axşam aparılan testlər də dəqiq nəticə verə bilər. Bununla belə, test nəticəsinin düzgünlüyünü təmin etmək üçün bunu düzgün və doğru zamanda etmək vacibdir. Əgər hələ də hamiləlik testi nə zaman doğru göstərir sualı sizi maraqlandırırsa və hamilə olduğunuzu düşünürsünüzsə, 055 574 70 74 mobil nömrəsilə əlaqə saxlayıb mama-ginekoloq Xanım Adıgözəlovadan məsləhət ala və həkimin qəbuluna yazıla bilərsiniz.

Şərh yaz