Mündəricat
ToggleHamiləliyin erkən əlamətləri hər bir qadında fərqli olur. Ancaq ümumi olaraq ilk simptomlar hamiləliyin ilk həftələrindən etibarən görünməyə başlayır. Bu simptomlar arasında menstruasiya gecikməsi, yüngül qanaxma, səhərlər ürək bulantısının olması, döşlərdə həssaslıq və şişlik, yorğunluq, başgicəllənmə, tez-tez sidiyə getmə və əhval dəyişikliyi yer alır. Bəzi qadınlar bu simptomları ümumiyyətlə yaşamasa da, bəziləri çox ciddi şəkildə yaşayır. Hətta bir qadının növbəti hamiləliklərində də hamiləliyin erkən simptomları fərqli olur.
Hamiləliyin ilk və erkən əlamətləri nə vaxt görünür?
Hamiləliyin erkən əlamətləri adətən hamiləliyin 4-6-cı həftəsi arasında görünür. Ancaq hər bir qadının orqanizmi fərqli olduğu üçün bəzilərində bu simptomlar daha əvvəl və ya gec görünə bilər. Hamiləliyin erkən simptomları arasına daha öncədən də qeyd etdiyimiz kimi, menstruasiya gecikməsi, yüngül qanaxma, süd vəzilərində həssaslıq və şişkinlik, səhərlər ürək bulanması, yorğunluq, başgicəllənmə, tez-tez sidiyə getmə və əhval dəyişikliyi daxildir. Hamiləliyin erkən əlamətləri olaraq bilinən bu simptomlara adətən hamiləliyin ilk trimestrində çox rast gəlinir. Adətən sonrakı aylarda azalır və ya tamamilə yox olur. Hamiləliyin 1-ci trimestri ilə bağlı daha ətraflı məlumat üçün eyni adlı bloq yazını oxuya bilərsiniz.
Hamiləliyin erkən əlamətləri arasında hamiləlik hormonu olan Beta XQ-nin səviyyəsinin artması da yer alır. Belə ki, bu hormonun səviyyəsi hamiləliyin ilk mərhələlərində sürətlə artır və hamiləlik testlərində iki xəttin görünməsi ilə nəticələnir. Ancaq bu, təkcə hamiləliyin ilk əlamətləri ilə bağlı deyil, həm də hansısa sağlamlıq probleminin əlaməti ola bilər. Məsələn, menstruasiya pozuntuları, stres, hormonal dəyişikliklər, infeksiyalar və bəzi dərmanlar da oxşar simptomlara səbəb olur.
Hamiləliyin erkən əlamətləri
Bəzi qadınlarda hamiləliyin erkən mərhələləri güclü emosional dəyişikliklərlə özünü biruzə verir. Belə ki, hamiləliyin erkən əlamətləri olaraq baş verən hormon dəyişiklikləri əhval-ruhiyyəyə təsir edə bilir. Buna görə də qadınlarda kədər, xoşbəxtlik və ya narahatlıq kimi emosional dəyişikliklər baş verir.
Hamiləliyin simptomları ana və körpənin sağlamlığı üçün vacibdir. Buna görə də, hamiləliyin ilk simptomlarından xəbərdar olmaq və düzgün məlumat əldə etmək gələcək anaların hamiləlikləri boyunca sağlam və təhlükəsiz qalmasına kömək edəcəkdir. Hamiləliyin əvvəllərində görülən əlamətlər aşağıdakılar hesab olunur:
- Gecikmiş menstruasiya
- Süd vəzilərində dəyişiklik
- Ürəkbulanma və qusma
- Başgicəllənmə və ürəkgetmə
- Tez-tez sidiyə getmə
- Qoxulara və yeməklərə qarşı həssaslıq
- Ləkə şəklində qanama
- Emosional həssaslıq
- Spazm
- Vaginal axıntı
- Köp və qəbizlik
- Yorğunluq və halsızlıq
- Burun tutulması
Gecikmiş menstruasiya
Menstruasiya gecikməsi və ya aybaşı gecikməsi hamiləliyin ilkin əlamətləri sırasında ən çox görülən əlamətlərdən biridir. Belə ki, ovulyasiya dövründəki dəyişikliklər səbəbiylə menstruasiya gecikməsi baş verir. Həmçinin hamiləlik dövründə bədəndə artan hormon səviyyəsi yumurtlama dövrünə təsir edir ki, bununla da menstruasiya gecikir. Hamiləliyin erkən əlaməti olaraq bilinən aybaşı gecikməsi həm də stres, həddindən artıq məşq, hormonal pozğunluqlar, polikistik yumurtalıq sindromu, qalxanabənzər vəzi problemləri, həddindən artıq çəki artımı və ya kilo itkisi kimi müxtəlif səbəblərdən yarana bilər.
Süd vəzilərində dəyişiklik
Hamiləliyin erkən əlamətləri sırasında yer alan süd vəzilərindəki dəyişiklik hormonların dəyişməsi nəticəsində baş verən ümumi simptomdur. Belə ki, ilk trimestrdə hamiləliyin ilkin əlaməti olaraq süd vəziləri şişməyə başlayır və bu hal bəzi qadınlarda narahatlıq yaradır. Lakin bunun təbii bir proses olduğunu bilməkdə fayda var.
Hamiləlik dövründə süd vəzilərində şişkinlik ilə yanaşı döşlərdə həssaslıq, qaşınma, qızartı və məmə uclarında rəng dəyişikliyi də müşahidə edilir. Bu əlamətlər də hamiləliyin erkən simptomları hesab olunur və bədənin hamiləliyə uyğunlaşması üçün, xüsusən də ilk trimestrdə normaldır və adətən hamiləlik irəlilədikcə yox olur.
Ürəkbulanma və qusma
Ürəkbulanma və qusma kimi simptomlar hamiləliyin erkən əlamətləri hesab olunur. Xüsusilə hamiləliyin ilk aylarında orqanizmdə hormon səviyyəsinin artması bu əlamətlərin yaranmasına səbəb olur. Hamiləliyin erkən əlaməti olan ürəkbulanma və qusma səhər saatlarında daha çox müşahidə olunur və adətən hamiləliyin sonrakı aylarında öz-özünə keçir.
Hamiləlikdə ürəkbulanma və qusma tez-tez rast gəlinən simptomlar olduğundan gələcək hamilə qadınlar bu vəziyyətdə narahat olmamalı və narahat olduqları zaman ginekoloqa müraciət etməli və müvafiq müalicə planı yaratmalıdırlar.
Başgicəllənmə və ürəkgetmə
Hamiləliyin erkən əlaməti olan başgicəllənmə hormonal dəyişikliklərin səbəb olduğu qan təzyiqinin düşməsi nəticəsində baş verir. Hamiləlik dövründə qan həcmi artır ki, bu da qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Buna görə də, hamiləlik zamanı başgicəllənmə tez-tez rast gəlinən hamiləliyin ilkin ələməti hesab olunur.
Hamiləliyin erkən əlaməti kimi bilinən ürəkgetmə də hamiləlikdə qan şəkərinin aşağı düşməsi nəticəsində baş verir. Buna görə də hamiləlik dövründə sağlam qidalanma, kifayət qədər su qəbulu və müntəzəm idmanla məşğul olmaq çox vacibdir.
Tez-tez sidiyə getmə
Tez-tez sidiyə getmə hamiləliyin erkən simptomları sırasında ən çox rast gəlinən hamiləlik simptomudur. Hamiləliyin erkən mərhələlərində orqanizmdə artan hormon səviyyəsi böyrəklərin daha çox sidik ifraz etməsinə səbəb olur. Bu isə hamilə qadınların daha tez-tez sidiyə getməsi ilə nəticələnir. Həmçinin uşaqlıq böyüdükcə sidik kisəsinə təzyiq edir və tez-tez sidiyə getmə hissini artırır. Hamiləliyin ilkin əlaməti olaraq bilinən tez-tez sidiyə getmək hamiləlik zamanı normaldır, lakin narahatlığa səbəb olan problem varsa, həkimə müraciət etməlidirlər.
Qoxulara və yeməklərə qarşı həssaslıq
Hamiləlik qadının həyatında mühüm bir dönüş nöqtəsidir və hər bir qadının bütün hamiləliklərində hamiləliyin erkən əlamətləri ilə qarşılaşılır. Qoxulara və yeməklərə qarşı həssaslıq da hamiləliyin əlaməti hesab olunur. Hamilə qadınlarda bu dövrdə artan hormon səviyyələri iybilmə qabiliyyətinə də təsir edir və bəzi qadınlar hamilə olmadıqları zaman bəyəndikləri qoxulara belə dözə bilmirlər. Eyni şəkildə, müəyyən qidalar hamilə qadınlarda ürəkbulanma və qusma kimi reaksiyalara səbəb ola bilər. Hamiləliyin başlarında görünən əlamət olaraq qoxu və yeməklərə qarşı həssaslıq duyan hamilə qadınlara ginekoloq ilə məsləhətləşərək uyğun qidalanma proqramına riayət etmələri tövsiyə olunur.
Ləkə şəklində qanama
Ləkə şəklində qanama hamiləliyin ilkin mərhələlərində hamiləliyin erkən əlaməti olaraq görünə bilər. Bu simptom mayalanmadan sonra hamiləliyin ilk 4-6 günündə baş verir və implantasiya qanaması adlanır. İmplantasiya qanaması mayalanmış yumurtanın uşaqlıq divarına implantasiyası zamanı yüngül qanama kimi baş verir və adətən qəhvəyi və ya çəhrayı rəngdə olur. Hamiləliyin erkən əlamətləri sırasında yer alan bu implantasiya, yəni yerləşmə qanaması bütün hamiləliklərdə rast gəlinmir. Əgər qanama qeyd edilən kimi qəhvəyi və ya çəhrayı rəngli deyilsə, aybaşı qanaması kimidirsə, deməli bu hamiləliyin əlaməti deyil, düşük riskinin göstəricisidir. Ona görə də belə olan halda dərhal ginekoloq müayinəsinə getmək lazımdır.
Emosional həssaslıq
Emosional həssaslıq hamiləliyin erkən əlamətləri arasında yer alan ümumi bir simptomdur. Hamiləliyin ilk simptomları mayalanmadan sonra ilk həftələrdə başlayır və hamilə qadınlarda müxtəlif yollarla özünü göstərir. Emosional həssaslıq da məhz bu əlamətlərdəndir. Hamilə qadınlar bu dövrdə özünü daha həssas hiss edir, asanlıqla ağlayır və ya kədərlənirlər. Hamiləliyin əlaməti olan emosional dəyişikliklər hormon səviyyələrindəki dəyişikliklərdən qaynaqlanır. Hamilə qadınların bu emosional dəyişiklikləri başa düşməsi və düzgün idarə etməsi vacibdir. Unutmayın ki, hamiləliyin ilk əlamətləri hamiləlik boyu dəyişə və hər qadında fərqli şəkildə özünü göstərə bilər.
Spazm
Hamiləliyin erkən əlamətləri arasında sıx rastlanan əlamətlərdən biri də qarında yüngül spazmlardır. Bu spazmlar uşaqlığın yığılması nəticəsində yaranır və hamiləliyin ilk həftələrində tez-tez rast gəlinir. Hamiləliyin erkən əlaməti olan bu spazmlar hamilə tərəfindən fərqinə varılmaya və hamilə olmadığını düşünən qadın hamiləlik üçün riskli olan nələrisə edə bilər. Ona görə də hamiləliyin əlamətlərini bilmək lazımdır. Hamiləliyin ilkin simptomları barədə məlumatlı olmaq hamiləlik prosesinin sağlam olması üçün vacibdir.
Vaginal axıntı
Vaginal axıntı da hamiləliyin erkən əlamətləri arasındadır. Belə ki, hamiləlik hormonları vaginal axıntının miqdarını və sıxlığını dəyişdirir.
Hamiləliyin ilkin əlamətləri arasında olan vaginal axıntı qoxusuz və rəngsiz və ya bir qədər sarımtıl olur. Bununla bərabər vaginada yüngül qaşınma da ola bilər. Bu simptomlar hamiləliyin erkən mərhələlərində tez-tez olur.
Ancaq bəzi vaginal axıntılar infeksiyadan xəbər verə bilər. Xüsusilə, pis qoxu, rəngin dəyişməsi və ya yanma hissi varsa, bu halda mütləq ginekoloqunuzla məsləhətləşin.
Köp və qəbizlik
Köp və qəbizlik də hamiləliyin erkən əlamətləri arasındadır. Hormonların təsiri altında hamiləliyin ilk həftələrində bağırsaqların işləməsi yavaşlayır və həzm sistemi qismən aktivliyini itirir. Bu isə hamiləliyin ilkin əlaməti olan köp və qəbizliklə nəticələnir. Qeyd etmək lazımdır ki, qəbizlik bəzən hamilə qadını narahat edəcək qədər ağrılı olur. Bu halda düzgün qidalanma planı üçün ginekoloqla danışmağınız tövsiyə olunur.
Yorğunluq və halsızlıq
Hamiləliyin erkən əlamətləri arasında yorğunluq və halsızlıq da yer alır. Hormonların dəyişməsi, maddələr mübadiləsində aktivliyin artması, qan həcminin artması hamiləliyin ilk həftələrində orqanizmdə yorğunluq və halsızlığa səbəb ola bilər.
Hamiləliyin əlaməti olan yorğunluq və halsızlıq gələcək anaların gündəlik həyat fəaliyyətini məhdudlaşdıra bilər. Ona görə də hamiləliyin ilkin simptomları arasında olan yorğunluq və halsızlıq zamanı hamilənin dincəlməsi və yatması tövsiyə edilir. Eyni zamanda, hamiləlik dövründə qidalanma və vitamin əlavələri kimi məsələlərdə həkiminizin tövsiyələrinə əməl etmək bu simptomları aradan qaldırmağa kömək edəcəkdir.
Burun tutulması
Burun tutulması hamiləliyin erkən əlamətləri arasında ən çox rast gəlinən simptomlarından biridir. Bu simptom da hamiləliyin erkən əlamətləri olaraq qeyd edilən digər simptomlar kimi hamiləliyin ilk aylarında hormonal dəyişikliklər səbəbindən baş verir. Hamiləliklə bağlı olan burun tutulması adətən zərərsizdir və öz-özünə keçir. Əgər yaşadığınız burun tutulması artıq narahatedici hal alıbsa hamiləliyin əlaməti deyil, soyuqdəymə ilə də bağlı ola bilər. Ona görə də hamiləlik boyunca qarşılaşdığınız bütün simptomlarla bağlı ginekoloqunuzla məsləhətləşməyiniz tövsiyə olunur.
Hamiləlik müddəti necə hesablanır?
Hamiləlik müddətinin hesablanması bir çox hamilələri maraqlandıran mövzulardan biridir. Hamiləliyin müddəti son menstruasiya tarixindən hesablanır və orta hesabla 40 həftə çəkir. Son menstruasiyanın ilk günü hamiləliyin ilk günü hesab olunur. Buna görə də son menstruasiya dövrünü bilən bir qadın, təxmini doğum tarixini hesablaya bilər. Bundan əlavə, hamiləliyin müddətini hesablamaq üçün ultrasəs görüntüləmə istifadə edilir. Ultrasəsdə ölçülən körpənin ölçüsü hamiləlik həftəsini təyin edir. Doğuş başlamazdan əvvəlki dövrdə körpənin sağlam inkişafını izləmək üçün hamiləlik dövrü vacibdir. Hamiləliyin müddəti həkimlərin də izlədiyi mühüm amildir. Buna görə də hər bir qadına hamiləliyin müddətini hesablamaq və izləmək tövsiyə olunur.
Nə vaxt hamiləlik testi verə bilərəm? Hamiləlik testi necə aparılır?
Hamiləlik testi hamiləlik dövründə baş verən hormonal dəyişiklikləri təyin etmək üçün istifadə edilən bir testdir. Hamiləlik testi adətən menstruasiya gecikdikdən sonra edilməsi tövsiyə olunur. Bu müddət adətən 1 həftə ilə 10 gün arasındadır. Ancaq bəzi hamiləlik testləri daha əvvəl edilə bilər.
Hamiləlik testləri sidik və ya qan nümunələri ilə edilir. Sidik testləri evdə edilə bilsə də, qan testləri tibbi müəssisələrdə aparılır. Sidik testləri sidikdə mövcud olan beta XQ səviyyəsini ölçməklə, qan testləri isə qanda mövcud olan beta XQ səviyyəsini ölçməklə hamiləliyi aşkar edir.
Hamiləlik testi etməzdən əvvəl dəqiq nəticə əldə etmək üçün təlimatlara əməl etmək vacibdir.
Hamiləlik müddətinin təyin olunmasında ultrasəs müayinəsinin rolu
Hamiləliyin təqibində ən vacib nüanslardan biri də ultrasəs müayinəsidir. Ultrasəs hamiləlik həftəsini dəqiq müəyyən etməyə və dölün inkişafını izləməyə kömək edir. Hamiləlik müddəti son menstruasiya dövrünə əsasən hesablanır, lakin bəzi hallarda son menstruasiya tarixi qeyri-müəyyən ola və ya menstruasiya müntəzəm olmaya bilər. Bu hallarda ultrasəs müayinəsi hamiləlik həftəsinin və doğum tarixinin hesablanmasında mühüm rol oynayır. Ultrasəs müayinəsi, hamiləliyin ilk ayları zamanı edildiyində problemli hamiləlikdəki problemlərin aşkarlanmasında faydalı olacaqdır. Buna görə də hamiləliyin təqibində ultrasəs müayinəsinin rolu böyük əhəmiyyət kəsb edir.
Əgər hamiləlikdən şübhələnir və hamiləliyin erkən simptomları arasında qeyd edilənlərdən hər hansısa biri sizdə varsa, o zaman ginekoloq müayinəsində olmağınız tövsiyə olunur. Hamiləliyinizin sağlam irəliləməsi üçün 055 574 70 74 mobil nömrəsilə əlaqə saxlayıb mama-ginekoloq Xanım Adıgözəlovadan məsləhət ala və həkimin qəbuluna yazıla bilərsiniz.
Hamiləlik Testi: Dəqiq Nəticə Üçün Bunlara Diqqət Edin
Beta XQ analizi: Hamiləliyin erkən təyinində rolu
Hamiləlikdə ürəkbulanma və qusma qorxuludur?
Hamiləliyin ikinci həftəsi bilinməli məlumatlar
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊