Mündəricat
ToggleHamiləlik dövründə çəki artımı təxminən 8 kq təşkil edir və döl, plasenta, amniotik mayenin həcmi, ana toxumaları (uşaqlıq, döş, artan qan həcmi) çəki artımının əsas hissəsi hesab olunur. Hamiləlikdə ehtimal olunandan az çəki artımı o deməkdir ki, ananın yağ və zülal ehtiyatları hamiləlik müddətində bədənin sağlamlığı üçün sərf olunacaq.
Hamiləlik dövründə çəki itkisi bədəndə ketonların yığılması ilə əlaqədardır. Hamiləlik dövründə insulin müqavimətinin artması ketonların yığılmasına səbəb olur ki, ketonun həddindən artıq olması da anormal dölün böyüməsinə və ya daha sonra neyrokoqnitiv inkişaf pozulması ilə nəticələnir.
Hamiləlik zamanı çəki artımı necə olmalıdır?
Artıq çəkili qadınlar üçün tövsiyə olunan ümumi hamiləlik çəki artımı normal çəkisi olan qadınlardan daha aşağı olmalıdır.
Hamiləlik zamanı çəki artımı nə vaxt başlayır?
Hamiləlikdə çəki artımı əsasən 12-ci həftədən sonra başlayır. Bu, təxminən 3,5 aylıq hamiləliyə uyğundur. Ananın ilk 3 aydakı çəki artımının körpənin doğum ağırlığına heç bir təsiri yoxdur.
Hamiləliyin ilk 3 ayında sürətlə artan hamiləlik hormonu beta XQ səbəbiylə ürəkbulanma və qusmaya tez-tez rast gəlinir. Həmçinin iştahasızlıq və yeməkdə çətinlik də ilk 3 ayda rast gəlinən hallardan biridir. İlk 3 aydan sonra artan hPL hormonunun təsiri ilə iştah artır və hamiləlik zamanı çəki artımı başlayır.
Əkiz hamiləliklərdə çəki artımı
Qeyd edək ki, əkiz, üçəm və s. hamiləliklər üçün standart pəhriz qaydaları yoxdur. Pəhrizdə 20 % zülal, 40 % yağ və 40 % karbohidrat miqdarı tövsiyə olunur. Lakin belə hamiləlikdə 40 % yüksək kalorili pəhriz tövsiyə olunur. Dəmir çatışmazlığından yaranan anemiya halları isə tək hamiləliklərə nisbətən əkizlərdə 2,5-4 dəfə çox olur.
Folat çatışmazlığından qaynaqlanan anemiya tək hamiləliklərə nisbətən əkizlərdə 8 dəfə daha çox rast gəlinir. Bunun qarşısını almaq üçün əkizlərə gündəlik fol turşusu əlavəsi tövsiyə olunur. Gündəlik IU D vitamini və kalsium qəbulu əkiz hamiləliklər üçün həkim nəzarəti ilə qəbul olunarsa, nəticəsi qənaətbəxş olar. Əkiz, üçəm və s. kimi çoxlu hamiləliklərdə vaxtından əvvəl doğuş və düşük təhlükəsi kimi halların yaşanma ehtimalı daha yüksəkdir.
Hamiləlikdə piylənmə
Normal çəki Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bədən kütlə indeksi (BKİ) 18,5-24,9 kq/m2, artıq çəki 25-29,9 kq/m2, piylənmə isə 30 kq/m2 və ya daha çox bədən kütlə indeksi kimi müəyyən edilir. Piylənmə bədən kütləsi indeksi ilə də əlaqələndirilir;
● I dərəcə (30-34,9 kq),
● II dərəcə (35-39,9 kq),
● III dərəcə və ya həddindən artıq piylənmə (≥ 40 kq) kimi təsnif edilir.
Reproduktiv yaşda olan (20-39 yaş) qadınların 32 %-i obez, yəni piylənmədən əziyyət çəkən olaraq təyin edilə bilər. Hamiləlikdən əvvəl daha yüksək BKİ olan qadınlar mənfi perinatal nəticələr üçün risk altındadır. Artıqçəkili olan hamilələr üçün təxmin olunan risklər arasında qeysəriyyə ilə doğuş, hamiləlik şəkəri və s. daxildir. İndi isə artıq çəkisi olan hamilələr üçün təxmin olunan riskləri ümumiləşdirək:
● Hamiləlik şəkəri;
● Hamiləlikdə yüksək təzyiq;
● Qeysəriyyə üsulu ilə doğuş;
● Doğuşda qüsurlar;
● Ölü doğuş;
● Anormal fetal böyümə, mənfi fetal təsirlər.
Artıqçəkililik hamilələr arasında çox rast gəlinən problemdir və ana ilə uşağın sağlamlığına təsir edir. Həmçinin ana üçün qeyd etdiyimiz hamiləlik şəkəri, preeklampsi riskini artırmaq kimi qısa və uzunmüddətli problemlərə səbəb olur.
Artıq çəkili qadınların hamiləlik dövründə daha çox çəki alma ehtimalı yüksəkdir. Bu çətinliklərin yaşanmaması üçün hamiləlikdən əvvəl arıqlamaq tövsiyə olunur.
Hamiləlik zamanı çəkiyə nəzarət – tövsiyələr
● İlk prenatal ziyarətdə bədən kütlə indeksinə görə fərdi müalicə aparılmalı, çəki artımı 5-9 kq arasında saxlanılmalıdır
● Qlükoza dözümsüzlüyü üçün erkən diabet müayinəsi (hamiləlik və ya hamiləlikdən əvvəl diabet) tövsiyə olunur. Erkən diabet müayinəsinin nəticəsi mənfi olarsa, (adətən 24-28) bu, hamiləlik həftələrində təkrarlanır.
● Pəhriz və məşqlərin müntəzəm olaraq eyni zamanda edilməsi tövsiyə olunur. Çünki çəki azaltmaq üçün sadəcə məşq etmək təsirli olmayacaqdır.
Araşdırmalarda hamilələrə verilən qidalanma məsləhətlərindən sonra artıqçəkili qadınlarda çəki artımında azalma olduğu göstərilsə də, bu, əksəriyyətində faydasız olmuşdur. Başqa sözlə, hamilə qadının yalnız qidalanma tövsiyələrinə əməl etməsi ilə çəkisini azaltması çətindir. Ola bilsin ki, piylənmə zamanı təkcə genetik faktorlar deyil, ətraf mühit və epigenetik təsirlər də rol oynayır.
Hamiləlik zamanı çəki artımının səbəbləri
Ümumi çəki artımı 11 kq və 40-cı həftədə doğuşla xarakterizə olunan tipik hamiləlikdə plasenta, döl, amniotik maye, əldə edilən ümumi çəkinin təxminən 35 %-ni təşkil edir.
Ümumiyyətlə hamiləlik zamanı alınan çəkinin səbəbi bunlardır:
● döl;
● plasenta;
● bətn;
● amniotik maye;
● uşaqlıqda artan qan həcmi;
● böyümüş süd vəzi;
● hamilə qadının yağ toxumasındakı su, zülal və ya yağ.
Birinci trimestrdə gözlənilən çəki artımı 0,5-2,2 kq-dır. Bu artım yağ ehtiyatlarının artması ilə deyil, plasentanın erkən inkişafı və uşaqlıqdakı qan həcminin artması ilə əlaqədardır. Dölün böyüməsi, yaşından, irqindən və dölün cinsindən asılı olmayaraq ikinci trimestrin ortalarına qədər çox dəyişmir. Lakin hamiləliyin sonrakı dövrlərindəki digər amillər, o cümlədən, çəki artımı, yeni doğulmuş körpənin çəkisinə təsir edir.
Hamiləlik zamanı yetərsiz çəki artımı
Yeni doğulmuş körpənin ilk həftələrində yetərsiz çəki artımı və uşaq ölümü arasında müəyyən edilmiş əlaqə var. Hamiləlik zamanı yetərsiz çəki alan qadınların doğuşundan sonra körpənin ölmə ehtimalı 2 dəfə çoxdur. Normal çəki alan qadınlarla müqayisədə hamiləlik dövründə yetərsiz çəki alan qadınlar körpələrini normadan daha az əmizdirir. Lakin onu da qeyd etmək lazımdır ki, hamiləlik zamanı aşağı çəki artımı ilə erkən doğumu tam əlaqələndirmək olmaz.
Hamiləlik zamanı normadan artıq çəki artımının riskləri
Hamiləlik zamanı artıq çəki artımı ilə uşaqlıqda artıq çəki və ya piylənmə kimi uzunmüddətli nəticələr arasında əlaqə daha çox narahatlıq doğurur. İntrauterin qidalanmanın diabet, hipertoniya və digər metabolik xəstəliklər kimi xroniki xəstəlikləri olan körpənin sonrakı həyatına təsir göstərə bilər.
Nəticə olaraq nəzərə almaq lazımdır ki, hamiləlik zamanı ananın qidalanması körpə üçün ömürlük nəticələrə, o cümlədən neyrokoqnitiv nəticələrə, yəni yaddaş, problemlərin həlli, əşyaları qavramaq kimi qabiliyyətinə təsiri ola bilər
Hamiləlik zamanı qidalanmada səhvlər
Bir çox qadın hamiləlik zamanı iki nəfərlik yemək yeməyə çalışır və nəticədə kalori qəbulunu demək olar ki, iki dəfə artırırlar. Hamiləlik dövründə hamilə qadının hər trimestrdə gündəlik kalori və enerji ehtiyacı üçün ananın yaşı, hamiləlik anındakı boyu və çəkisi nəzərə alınmaqla hazır cədvəllər istifadə olunmalıdır.
Qadınlar adətən hamiləlik dövründə aktivlik səviyyələrini azaldırlar. Lakin bu da hamiləlik zamanı artıq çəkinin yaranmasına səbəb olan amillərdəndir. Əgər hansısa tibbi göstəriş yoxdursa, ginekoloqla məsləhətləşərək onun tövsiyələrinə uyğun yüngül idman hərəkətləri etmək, gündəlik yürüyüşlərdə olmaqda fayda vardır. İdmanın qadın sağlamlığında ürək-damar xəstəliklərinin, diabet riskinin azalması kimi faydaları var. Odur ki, hamiləlikdə sağlam çəkidə olmağa diqqət etmək lazımdır.
Hamiləlikdə düzgün qidalanma ilə buna nail ola bilərsiniz. Mövzu ilə bağlı daha ətraflı məsləhət və müayinə üçün 055 574 70 74 mobil nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinəyə yazıla bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊
1 Comments
Maraqlı yazıdır