Ana Səhifə » Bloq » Qeysəriyyə Əməliyyatından Sonra Bərpa: 6 Effektiv Məsləhət

Qeysəriyyə (keysəriyyə - kesr) əməliyyatı sonrası diqqət etməli olduğunuz 6 məsləhət - Drxanim.az

Qeysəriyyə Əməliyyatından Sonra Bərpa: 6 Effektiv Məsləhət

Hamiləlik və doğuş bədəninizdə böyük dəyişikliklərə səbəb ola bilər. Əgər doğuş qeysəriyyə (bir çox hamilələr tərəfindən keysəriyyə olaraq bilinsə də, bu doğum üsulunun adı məhz qeysəriyyədir) üsulu ilə olubsa, daha diqqətli olmaq lazımdır. Qarın ağrısından əhval dəyişikliyinə qədər qeysəriyyə sonrası sağalma dövründə sizi nələrin gözlədiyini bilməyiniz bu sağalma müddətini daha rahat keçməyinizə kömək olacaqdır. Əgər doğuş qeysəriyyə ilə olacaqsa, bərpa dövründə nə edəcəyinizlə bağlı suallarınız ola bilər. “Qeysəriyyə əməliyyatı sonrası diqqət etməli olduğunuz 6 məsləhət” yazımızda məhz yaranan suallarınıza cavab tapacaq, qeysəriyyə sonrası daha düzgün şəkildə sağalma yoluna girəcəksiniz.

Öncəliklə qeyd etmək lazımdır ki, əməliyyatdan sonra qidalanma, düzgün yuxu forması, istirahət və həkim müayinəsi olduqca önəmlidir. İndi isə bunlarla bağlı daha ətraflı məlumat verək.

Qeysəriyyə əməliyyatından sonra qidalanma: Nə yemək lazımdır? - Drxanim.az

Qeysəriyyə əməliyyatından sonra qidalanma: Nə yemək lazımdır?

Sağlam və nizamlı qidalanma hamiləlik dövründə olduğu kimi, doğuşdan sonra da vacibdir. Xüsusilə əmizdirirsinizsə, südün əmələ gəlməsi və körpənizin sağlam inkişafı üçün qidalanmanıza diqqət etməlisiniz. Buna əmzirmə pəhrizi də deyə bilərik. Həmçinin qeysəriyyə (keysəriyyə) yarasının sağalması üçün qidalanmaya diqqət etmək lazımdır.

Bilmək lazımdır ki, əməliyyatdan sonra edilən müdaxilə və istifadə edilən keyidici dərmanlar səbəbiylə bağırsağınızda nizamsızlıq ola bilər. Bunun üçün qeysəriyyə sonrası gün ərzində mütəmati olaraq su içmək və sağlam qidalanmaq lazımdır.

Süd məhsulları​ - Drxanim.az

Süd məhsulları

Qeysəriyyə sonrası anada südün olmasını dəstəkləyən qidalara süd və süd məhsulları daxildir. Ona görə də əməliyyatdan sonra qidalanma zamanı süd və süd məhsullarından istifadə tövsiyə olunur. Xüsusilə də səhər yeməyi zamanı süd və süd məhsullarından istifadə kalsiumun artmasını sürətləndirir. Qeysəriyyə sonrası bağırsaqları rahatladan və ana südünü çoxaldan süd və süd məhsullarına məhz südün özü, pendir, qatıq, kefir, qaymaq və kərəyağı daxildir.

Şorbalar​ - Drxanim.az

Şorbalar

Doğuşdan sonra əsasən də bu doğuş qeysəriyyə əməliyyatı ilə olubsa, əməliyyat sonrası pəhrizin içərisində şorbalar da yer alır. Xüsusən də tərəvəzli şorbaların qəbulu tövsiyə olunur. Belə olan halda ananın qidalanması üçün lazım olan vitaminlər şorba vasitəsilə qəbul ediləcəkdir.

Tam taxıllı çörək​ - Drxanim.az

Tam taxıllı çörək

Bağırsaqların aktiv şəkildə işləməsi üçün qeysəriyyə sonrası tam taxıllı çörəklər yemək olar. Bu çörəklər lifli qidalar siyahısında olduğu üçün ananın doymağını təmin edəcəkdir. Həmçinin B vitamini dəstəyi də olacaqdır.

Çərəzlər​ - Drxanim.az

Çərəzlər

Çərəzlər ananın ən sağlam qəlyanaltısı hesab olunur. Südverən ananın yemək arası çərəz yeməyi tövsiyə olunur. Çərəz südün artması ilə yanaşı qeysəriyyə tikişinin sağalması prosesini də sürətləndirir.

Meyvə və tərəvəzlər - Drxanim.az

Meyvə və tərəvəzlər

Qeysəriyyə əməliyyatından sonra anaya çoxlu enerji lazımdır. Bu enerjini isə ana tərəvəz və meyvələrdən alacaq. Meyvə olaraq mövsümi meyvələrin yeyilməsi daha məqsədəuyğundur. Xüsusilə lifli meyvələri yemək tövsiyə edilir, çünki lifli meyvələr ananın həzm sistemini – mədə və bağırsağını rahatlaşdıracaq, qəbizlik probleminin yaşanmasının qarşısını alacaqdır. Əməliyyat ilə doğum edən ana ümumi olaraq kivi, alma, armud, çiyələk, gilas, gilənar, qarpız və üzüm kimi meyvələr yeyə bilər.

Həmçinin ana köp verməyən tərəvəzlər yeməlidir ki, həm özü, həm də süd verdiyi körpəsi köplə narahat olmasın. Bol göyərti, xiyar, pomidor, ispanaq, kök kimi tərəvəzlərdən ibarət salatlarla qidalanan ana daha tez sağalır və daha gümrah olur. Həmçinin tərəvəzləri zeytun yağı ilə bişirmək də südün artmasına və tikişlərin sağalmasına kömək edəcəkdir.

Ət və ət məhsulları​ - Drxanim.az

Ət və ət məhsulları

Qeysəriyyə əməliyyatı keçirən ananın doğuşdan sonra yorğunluğunu atması və enerji toplaması üçün ət yeməyi tövsiyə olunur. Qaynadılmış ət yemək bağırsaqların da fəaliyyətinə müsbət təsir edəcək. Həmçinin qaynadılmış ətin suyu ilə hazırlanan şorbalar həm tikişin tez sağalmasını təmin edir, həm də anaya şəfa verir.

Qeysəriyyə əməliyyatından neçə saat sonra qida qəbul etmək lazımdır?

Yeməkdən əvvəl bədənin bərpası üçün vaxt vermək vacibdir. Adətən yeni ana olmuş qadınlara əməliyyatdan sonra 6-8 saat gözləməyi tövsiyə edilir. Bu müddət ərzində isə anaya damar yolu ilə lazımi vitaminlər verilir. Daha sonra ginekoloq ananı müayinə edir və o zaman ət suyu kimi yüngül, asanlıqla həzm olan yeməklərin qəbuluna icazə verəcəkdir.

Qeysəriyyə tikişinin sağalması üçün həkiminizin tövsiyələrinə əməl etmək və bədəninizin ehtiyaclarını dinləmək vacibdir.

Qeysəriyyə əməliyyatından sonra nə yeyilməməlidir?

Sağalma prosesini sürətləndirmək üçün qidalanmaya mütləq diqqət etmək lazımdır. Bunun üçün xüsusi qaydalar olmasa da, köp, qəbizlik və bu kimi həzm sistemi ilə bağlı olan problemlər yaşamamaq üçün qeysəriyyə sonrası yumuşaq qidalar yeməli, qızartma, çox yağlı və ağır qidalardan uzaq durulmalıdır. Həmçinin acılı və çox ədviyyatlı yeməklər də qeysəriyyə sonrası yeyilməsi məsləhət görülməyən yeməklərdir. Qeysəriyyə (keysəriyyə) əməliyyatından sonra narahatlığı artıra bilən lobya və noxud kimi qaz əmələ gətirən qidalardan uzaq durmaq tövsiyə olunur.

Qeysəriyyə əməliyyatından sonra yatış forması ​- Drxanim.az

Qeysəriyyə əməliyyatından sonra yatış forması

Bir müddət yataqda qalmaq mütləqdir. Daha dəqiq saatla desək, 6-8 saat yatmaq lazımdır ki, bədən bu müddətdə özünə gəlsin. Bu halda isə qeysəriyyə əməliyyatından sonra yatış forması necə olmalıdır sualı yaranır. İlk günlərdə kürək üstündə yatmaq qeysəriyyə kəsiyinin tez sağalmasına, ağrıların olmamasına səbəb olacaqdır. Həmçinin qeyd edək ki, ginekoloqun icazəsilə sol böyrü üstə uzanmaq (dizləri bükərək) bağırsaqlardakı qazın daha rahat hərəkət etməsini və ananın köp ağrısı çəkmədən yata bilməsini təmin edəcəkdir.

Daimi gəzintilər edin​ - Drxanim.az

Daimi gəzintilər edin

Qeysəriyyə sonrası mütəmadi gəzintilərə çıxmaq sağalma prosesinə dəstək olacaqdır. Öncəliklə qəbul etmək lazımdır ki, doğumun bu üsulu cərrahi prosedurdur və buna görə də bədəninizin sağalması bir az zaman alacaqdır. Bu müddət ərzində yürüyüşlər etmək qanın dövriyyəsini və əzələlərin elastikliyini artıracaq, bədəndəki toksinlərin atılmasına dəstək olacaqdır. Mütəmadi olaraq gəzintilər etmək doğuşdan sonra yaranacaq depressiyanı da azaldacaqdır. Çünki gəzintilər zamanı serotonin və endorfin kimi xoşbəxtlik hormonlaırnın ifrazı artır və bununla da ana özünü xoşbəxt hiss edir.

Yürüyüş etməmişdən əvvəl mütləq ginekoloqunuzla danışıb onun təlimatlarına əməl etmək mütləqdir.

Nə zaman həkimə müraciət etməlisiniz? ​- Drxanim.az

Nə zaman həkimə müraciət etməlisiniz?

Qeysəriyyə əməliyyatından sonra adətən altı həftə ərzində ginekoloq müayinəsində olmaq mütləqdir. Bu müayinə zamanı həkiminiz qeysəriyyə əməliyyatınızı ümumi olaraq yoxlayacaq və doğuşdan sonrakı depressiya, ana südü ilə qidalanma və doğuma nəzarət kimi məsələlər haqqında sizinlə danışacaqdır. Bununla belə, aşağıdakı hallar yaşanarsa, mütləq zaman itirmədən ginekoloqla əlaqə saxlayıb müayinə üçün gün alın:

  • Bədən temperaturunuz 38°C-dən yuxarıdırsa;
  • Qeysəriyyə əməliyyatı olan yerdə qızarıqlıq, şişkinlik, axıntı və ya şiddətli ağrı varsa;
  • Tualete getdikdə ağrı, yanma və ya qanaxma olursa;
  • Sinə ağrısı və ya nəfəs almaqda çətinlik çəkirsinizsə.

Qeysəriyyə əməliyyatı cərrahi prosedur olduğu üçün sağalma prosesində çox diqqətli olmalısınız. Odur ki, qeysəriyyə sonrası hər hansısa narahatlıq hiss etdikdə mütləq həkiminizlə əlaqə saxlayıb ona ətraflı məlumat verin. Qeysəriyyə əməliyyatı ilə bağlı suallarınız üçün 055 574 70 74 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.

Şərh yaz