Mündəricat
ToggleSpiral (intrauterin cihaz) uşaqlıq yolunun içərisinə yerləşdirilən və arzuolunmaz hamiləliklərin qarşısını alan, T şəkilli doğuma nəzarət üsuludur. O:
- spermanın uşaqlıq yolundan borulara keçməsinin qarşısını alır;
- döllənmiş yumurtanın uşaqlığa yapışmasının qarşısını alır.
Uzunmüddətli hamiləliyi düşünməyən qadınlar üçün uyğun kontraseptiv üsul, yəni hamiləlikdən qorunma üsuludur.
Hamiləlikdən qorunmaq istəyən qadınlar bilməlidir ki, iki növ spiral var: hormon və mis tərkibli.
Hormon tərkibli olanlar və ya hormonal spirallar yumurtlamanın qarşısını almaq üçün progestin hormonunu buraxır, uşaqlığın selikli qişasının qalınlaşmasına kömək edir və bununla da yumurtanın döllənməsi çətinləşir.
Mis tərkibli spirallar isə gövdəsi və qolları misə bükülmüş olur. Mis spermanın yumurtaya çatmasının qarşısını almağa kömək edir və endometrium adlanan uşaqlığın daxili divarının strukturunu dəyişdirir. Beləliklə, döllənmiş yumurtanın uşaqlığa implantasiyası çətinləşir.
Hamiləlikdən qorunmaq üçün spiral qoydurmaq istəyən qadınlar həm də bilməlidirlər ki, heç bir doğum nəzarəti 100% təsirli deyildir.
Bunun üçün əsas səbəblərdən biri qadının və ya cütlüyün övlad sahibi olmaq istəməməsidir. Qorunmaq istəyən qadınlar prosedurdan əvvəl ətraflı şəkildə ginekoloq tərəfindən müayinə edilməlidir. Çünki bəzi hallarda spiral istifadəsi qadınların sağlamlığı üçün riskli ola bilər.
Risk faktorları aşağıdakılardır:
- vaginal infeksiyaya tez-tez rast gəlinirsə:
- uşaqlığın ölçüsü kiçikdirsə;
- uşaqlığın formasını pozacaq ölçülərdə miomalar varsa;
- döşdə bədxassəli şişlər varsa;
- ürək klapanlarında anormallıq varsa;
- menstrual qanaxma çoxdursa və səbəbi tapılmayıbsa spiral qoydurmaq riskli olacaqdır.
Hansı qadınlarda qorunmanın bu üsulu riskli hesab olunursa, o qadınlar digər doğuma nəzarət üsullarına nəzər salmalıdırlar.
Spiral qoyduqdan sonra nələrə diqqət etmək lazımdır?
Spiral qoyduqdan sonra diqqət olunması önəmli olan bir sıra məqamlar vardır. Belə ki, ilk vaxtlarda vaginal qanaxma və ağrı kimi şikayətləriniz arta bilər. Bu, normaldır və adətən ilk üç ay ərzində ağrı və nizamsız qanaxma dayanır. Lakin həddindən artıq qanaxma və ya ağrı varsa, ginekoloqa müraciət edilməlidir.
O həmçinin infeksiya riski daşıya bilən bir alətdir. Buna görə də, prosedurdan sonra aşağıdakı simptomlar baş verərsə, dərhal həkimə müraciət edilməlidir:
- yüksək hərarət;
- alt qarında şiddətli ağrı;
- vaginal axıntıda pis qoxu;
- cinsi əlaqə zamanı ağrı;
- idrar edərkən yanma və ya ağrı.
Nadir də olsa, spiralın uşaqlıq yolunda yerdəyişməsi və ya yerindən çıxması kimi hallarla qarşılaşmaq mümkündür. Belə bir hal ilə də qarşılaşdıqda dərhal ginekoloqa müraciət edilməlidir.
Unutmayın ki, mütəmadi olaraq ginekoloji müayinə vacibdir. Bu müayinələrdə ginekoloq spiralın yerində olub-olmadığını yoxlayacaqdır.
Spiral qoyduqdan sonra cinsi əlaqə
Spiral qoyduqdan sonra cinsi əlaqədə olmaq bəzi qadınlarda narahatlıq yaradır. Ancaq bu narahatlıqların çoxu gərəksizdir və düzgün addımlarla cinsi əlaqə problemsiz olacaqdır.
Prosedurdan sonra cinsi əlaqə ilk bir neçə gündə ağrıya səbəb ola bilər. Ancaq bu ağrı adətən yüngül olur və bir neçə gün ərzində keçir. Həmçinin cinsi əlaqə həmin nahiyədə narahatlıq yarada bilər ki, bu da müvəqqəti narahatlıqdır. Cinsi əlaqədə olmaq infeksiya riskini artıra bilər. Buna görə də qadınlar cinsi əlaqədən əvvəl və sonra gigiyenaya düzgün əməl etməlidirlər. Həmçinin qadınlar mütəmadi olaraq həkimə müraciət etməlidirlər. Mütəmadi olaraq gedilən ginekoloji müayinə qadınlara sağlamlıqlarına nəzarət etməklə hansısa infeksiyaya yoluxma riskini minimuma endirməyə kömək edəcəkdir.
Bilmək lazımdır ki, cinsi əlaqə spiralın sürüşməsinə səbəb ola bilər. Belə bir hal baş verdikdə qasıq ağrısı, menstrual qanaxmanın miqdarının artması, cinsi əlaqə zamanı qarşı tərəfin hiss etməsi kimi əlamətlər olur. Lakin bəzi qadınlarda cinsi əlaqə səbəbi ilə sürüşmə olduqda heç bir əlamətə rast gəlinmir. Ona görə də ginekoloqun təyin etdiyi vaxtlarda ginekoloji müayinədən keçmək vacibdir. Çünki belə hal olarsa, hamiləlik və infeksiya riski artır.
Spiral qoyduqdan sonra qanaxma
Bəzi qadınlarda spiral qoyduqdan sonra qanaxma olur. Bu, normaldır və ilk 3 ayda aralıqlarla qanaxma, ləkə və qəhvəyi axıntıya rast gəlinir. Əgər qanaxma aybaşı kimi və ya daha çox olarsa, ginekoloqunuza bildirin. Adətən 3 aydan sonra ara-sıra olan qanaxma və ləkələnmələr gedir, ona görə də 3 aylıq müddətdə səbirli olmaq lazımdır. Hormon tərkibli olanlar menstrual qanaxmanı azaldır. Bu da normaldır və narahat olmağa, qoruyucu vasitənin çıxarılmasına ehtiyac yoxdur. Mis tərkibli olanlar isə əksinə menstrual qanaxmanın miqdarını artıra və menstruasiya müddətini uzada bilər.
Spiral qoyduqdan sonra ağrılar
Bəzi qadınlar spiral qoyduqdan sonra ağrı hiss edə bilərlər. Belə ki, baş verə biləcək ağrılar haqqında bunları bilmək lazımdır:
- Yüngül ağrılar normaldır.
Bu ağrılar adətən ilk bir neçə gün ərzində baş verir və adətən öz-özünə yox olur.
- Şiddətli ağrılarda diqqətli olmaq lazımdır.
Bəzi qadınlar şiddətli ağrı hiss edə bilərlər. Bu vəziyyətdə həkiminizlə əlaqə saxlamalısınız. Şiddətli ağrı qoruyucu vasitənin yerləşdirilməsi ilə bağlı problemi göstərə və ya infeksiya əlaməti ola bilər.
- Ağrıkəsici istifadə etmək olar.
Yüngül ağrı hiss edirsinizsə, ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Bu ağrılar adətən öz-özünə keçir, ancaq daha tez keçməsini istəyirsinizsə, ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Unutmayın ki, yalnız ginekoloqunuzun tövsiyə etdiyi ağrıkəsicilərdən istifadə edə bilərsiniz.
- Ağrılar adətən qısa müddətli olur.
İlk bir neçə gündə baş verən ağrı bir neçə saat ərzində azala bilər və adətən bir neçə gün ərzində də tamamilə yox olur.
- İstilik tətbiqi ağrıya kömək edir.
Yüngül ağrı hiss edirsinizsə, istilik tətbiqi də ağrının azalmasına kömək edəcəkdir. Rahatlamaq və ağrıları azaltmaq üçün isti su şüşəsi və ya isti dəsmalı qarın bölgənizə qoya və ağrının kəsməsini gözləyə bilərsiniz.
Ümumi olaraq bilməlisiniz ki, prosedurdan sonra yüngül ağrılar normaldır. Ancaq şiddətli ağrı və ya digər simptomlarınız varsa, həkiminizlə əlaqə saxlamalısınız.
Spiral qoyduqdan sonra aybaşı gecikməsi
Bəzi qadınlar spiral qoyduqdan sonra menstruasiya dövrlərində dəyişikliklərlə qarşılaşa bilərlər. Aybaşı gecikməsi də bu dəyişikliklərdən biridir. Ona görə də spiral qoydurduqdan sonra aybaşı gecikməsi normaldır. Belə ki, spiraldan sonra menstruasiya gecikməsi adətən ilk bir neçə ay ərzində baş verir və zamanla düzəlir. Buna səbəb isə spiraldan sonra hormonlardakı dəyişikliklərdir. Lakin spiral qoyduqdan sonra uzunmüddətli aybaşı gecikməsi yaşayırsınızsa, mütləq ginekoloqunuza bu barədə məlumat verin. Bu, spiralın yerləşdirilməsi ilə bağlı problem və ya hormonal balanssızlığı göstərir.
Spiral qoyduqdan sonra aybaşı gecikməsi kimi halların yaşanmasından narahatsınızsa, bilin ki, hormonal spiral qoyulduqda menstruasiya gecikmələri azalır. Çünki hormonal spiral progesteron hormonunu ifraz edir və menstruasiya dövrünü tənzimləyir. Buna görə də, hormonal spiral istifadə edən qadınlar, adətən, menstruasiya gecikməsi ilə qarşılaşmırlar.
Əgər siz də arzuolunmaz hamiləliklə qarşılaşmaq istəmirsinizsə, spiral qoydurmaq üçün 055 574 70 74 mobil nömrəsi ilə əlaqə saxlayıb həkim mama-ginekoloq Xanım Adıgözəlovadan bununla bağlı məsləhət ala və həkimin qəbuluna yazıla bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊