Ana Səhifə » Bloq » Vaginal Qaşınma: Bu Hal Xəstəlikdən Xəbər Verir ?

Vaginal qaşınma və yanmaya səbəb nədir, necə keçir - Drxanim.az

Vaginal Qaşınma: Bu Hal Xəstəlikdən Xəbər Verir ?

Vaginal qaşınma və yanma qadınlarda xüsusən də reproduktiv dövrdə müşahidə edilən ümumi vəziyyətdir. Bu qaşınmanın bir çox səbəbi olsa da, adətən vaginal göbələklərlə bağlıdır. Bundan əlavə, bəzi infeksiyalar də qaşınmaya və yanmaya səbəb ola bilər. Qaşıntıya yaxşı təsir edən bir çox dərman olsa da, xalq arasında tez-tez təbii məhlullardan da istifadə edilir. Belə hallarda ilk növbədə ginekoloq müayinəsindən keçilməlidir. Çünki qaşınma sadə bir göbələk infeksiyası, ya da xərçəng kimi təhlükəli xəstəlik nəticəsində yaranır. Bu səbəbdən belə yanmanı evdə təbii məhlullarla müalicə etmək əvəzinə ilk növbədə mütəxəssis tərəfindən  müayinə olunmalı və dəqiq səbəbi müəyyən edilməlidir.

Vaginal qaşınmanın səbəbləri nələrdir?

Vaginal qaşınmaya səbəb ola biləcək bir çox səbəb var. Bu səbəblər aşağıdakı kimi sadalana bilər:

  • Vaginal olaraq istifadə olunan hər növ kimyəvi və kosmetik məhsullar;
  • Liken sklerozu və kontakt dermatit kimi dəriyə xas xəstəliklər;
  • Vaginal göbələk;
  • Bakterial vaginoz;
  • Cinsi yolla keçən xəstəliklər;
  • Menopoz dövrü;
  • Vulva və vaginal xərçənglər;
  • Müxtəlif qurd növləri.
Vulvar xərçəngi - Drxanim.az

Vulva xərçəngi

Bu problem vulva xərçənginin bir xüsusiyyəti ola bilər. Məlumdur ki, vulva xərçəngi nadirdir. Bu hal cərrahi müdaxiləyə və ya sağalmayan qaşınmaya səbəb ola bilər. Həmçinin vulva xərçəngi dərinin rəngsizləşməsi və ya qalınlaşması kimi dəri ləkələrinə səbəb olur. Menstruasiya dövrü ilə əlaqəli olmayan qanaxma və ya axıntı vulva xərçənginin simptomlarındandır.

Vaginal qaşınması olanlar üçün hansı testlər edilir? - Drxanim.az

Vaginal qaşınması olanlar üçün hansı testlər edilir?

Vaginal qaşınma və yanma olan xəstələrdə ginekoloji müayinə zamanı ilk növbədə nəzərə çarpan pozğunluğun olub-olmaması araşdırılır. İnfeksiya əlamətləri olan xəstələrdə kultura-antibioqramma testi aparılmalıdır. Eyni zamanda dəri ilə əlaqəli allergik xəstəliklərin mövcudluğu da araşdırılmalıdır. Yenə heç bir səbəb tapılmazsa, kolposkopiya ilə vulvada anormal hüceyrə inkişafının olub olmadığını araşdırmaq lazımdır. Qaşıntılı bölgələrdən biopsiya alaraq patoloji qiymətləndirmə qaşınma və yanmanın səbəblərinin müəyyənləşdirilməsində tələb oluna bilər.

Vaginal qaşınma, yanma və qıcıqlanmanı necə müalicə etmək olar? - Drxanim.az

Vaginal qaşınma, yanma və qıcıqlanmanı necə müalicə etmək olar?

Vaginal qaşıntı və yanma olan xəstələrin əksəriyyətində heç bir səbəb tapılmır. Əksər hallarda spontan bərpa zamanla baş verir. Lakin qaşıntının öz-özünə keçməsini gözləmədən əvvəl ginekoloq müayinəsindən keçməli və ciddi anormallıq olub-olmadığı araşdırılmalıdır. Müalicə təbii ki, aşkar edilən səbəblərə görə dəyişir.

İnfeksiya olanlar üçün antibiotik müalicəsi, göbələk infeksiyası olanlar üçün isə göbələk müalicəsi tələb olunur. Qaşıntının müalicəsi zamanı istifadə olunan Estrogen terapiyası menopozda estrogen çatışmazlığını və quruluğa bağlı qaşınma şikayətlərini azaldır. Yanmaya səbəb olan faktor tapılmadıqda steroid kremlərin qısa müddətli istifadəsi rahatlama təmin edəcəkdir.

Vaginal qaşınma neçə günə yox olur?

Vaginal göbələk infeksiyası olan bəzi qadınlar şiddətli qaşınma və yanma səbəbindən dayana bilmirlər. Bu halda qaşınma təcili müalicə tələb edir. Bu hallarda qaşınma kremləri və ya şamlar göbələk müalicəsi ilə birlikdə çox təsirli olur. 1-2 gün ərzində müalicə ilə bu vəziyyət kəskin şəkildə azalacaq.

Vaginal qaşınma və yanmanı azaltmaq üçün hansı tədbirlər görülür?

  • Kosmetik və ya təmizləyici məqsədlər üçün istifadə etdiyiniz bütün kremlərdən, köpüklərdən, spreylərdən və ya məhlullardan uzaq durun.
  • Cinsiyyət orqanlarının təmizlənməsi düzgün öyrədilməlidir. Təmizləmə öndən arxaya aparılmalıdır. 
  • Sintetik alt paltarı da bu halı artırır, buna görə də pambıq alt paltarından istifadə edin.
  • Cinsi əlaqə zamanı cinsi yolla ötürülən infeksiyalardan qorunmaq üçün prezervativdən istifadə etmək çox vacibdir.
  • Problemi azaltmaq üçün 5-10 dəqiqə soyuq kompreslər və ya buz paketləri istifadə edin.
  • Vaginal hissəni mümkün qədər sərin və quru saxlamağa çalışın.
  • Nəm çimərlik paltarında və ya tərli məşq paltarında lazım olduğundan daha çox qalmayın.
  • Təmizlik pedləri və tamponları tez-tez dəyişdirin.
  • Gündəlik duş qəbul etmək də problemi aradan qaldırır.
Vaginal qaşınma səbəbiylə yata bilmirəm, nə etməliyəm? - Drxanim.az

Vaginal qaşınma səbəbiylə yata bilmirəm, nə etməliyəm?

Bəzi qadınlar qaşınma səbəbindən yata bilmirlər. Bunun ilkin müalicəsi kimi qaşıntını azaldan və ya aradan qaldıran kremlərdən və ya şamlardan istifadə edilməlidir. Çünki səbəbi müəyyən etmək bəzən günlər çəkə bilər. İlk növbədə qadının rahatlığını təmin etmək çox vacibdir.

Vaginal qaşınma təhlükəlidirmi?

Bu, adətən təhlükəli deyil. Ancaq bəzən problem xroniki xəstəliklərin və ya xərçəngin xəbərçisi ola bilər. Təhlükəli olmasa da, bu problemə məhəl qoymamaq və laqeyd yanaşmaq sonradan sizin üçün daha böyük problemlər yarada bilər. Ona görə də bu hallarda özünüzə 1 saat vaxt ayırıb ginekoloji müayinədən keçmək çox vacibdir.

Evdə vaginal qaşınmanı necə müalicə etmək olar?

Müalicə üçün təbii üsullara da üstünlük verilə bilər. Ancaq bunların heç biri elmi cəhətdən sübut olunmuş üsullar deyil. Bu səbəbdən evdə müalicə üsullarına müraciət edərkən diqqətli olmaq  lazımdır. Səhv üsul ilə evdə tətbiq edəcəyiniz üsullar xeyirdən çox zərər verə bilər. Vaginada istifadə edilən və evdə hazırlanan müalicələr problemin artaraq infeksiya riski ilə də nəticələnə bilər. Bu səbəbdən belə müalicələr yerinə elmi cəhətdən sübut edilmiş müalicələr daha tez nəticə əldə etməyə imkan verəcək.

Sirkəli su vaginaya zərər verirmi?

Sirkə vaginanın turşuluq quruluşunu bərpa etmək üçün xalq arasında tez-tez istifadə olunur. Hətta sirkəli sudan kiçik miqdarda istifadə edildikdə vaginal qıcıqlanma və yanmaların artmasına səbəb ola bilər. Bu üsullardan istifadə edərək müayinəni gecikdirmək yaşadığınız bir xəstəliyin diaqnozunun və müalicənizin gecikməsinə səbəb ola bilər.

Vaginal qaşınmanı azaltmaq üçün zəydən istifadə etmək olarmı?

Müxtəlif dəri xəstəlikləri və zədələnmələr zamanı müalicəvi təsir edən vasitələrdən biri zəydir. Zəy həmçinin problemi yox edir, dərini qurudur, vaginanın üzərində qoruyucu təbəqə əmələ gətirir, bunun nəticəsində də sağalma daha tez gedir. Lakin bu üsuldan çox zaman həkim nəzarəti olmadan istifadə edilir ki, bu da vaginal xoraların əmələ gəlməsinə səbəb ola bilir.

Vazelin vaginal qaşınma üçün faydalıdırmı?

Xalq arasında vazelin tez-tez sürtkü kimi istifadə olunur. Bununla belə, vazelin problemin əsas səbəbi ola bilər. Vazelinin tez-tez istifadə edilməsi infeksiya riskinizi artıracaqdır. Bu səbəbdən ondan sürtkü kimi istifadə etmək tövsiyə edilmir.

Qeyd olunan problem qadınların gündəlik həyat tərzinin pozulmasına təsir göstərən, onların narahatlıqlarına səbəb olan əsas vaginal problemlərdəndir. Bu problemin qısa zamanda peşəkar həkim mama-ginekoloq tərəfindən həll edilməsi vacibdir. Mənimlə əlaqə yaratmaq və təcrübəm haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı nömrə vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: 055 574 70 74

Şərh yaz