Ana Səhifə » Bloq » Kimlər Üçün Təbii Doğuş Risklidir?

Təbii Doğuşa Maneə Olan Səbəblər Nələrdir? - Normal Doğuş - Drxanim.az

Kimlər Üçün Təbii Doğuş Risklidir?

Təbii doğuşa maneə olan səbəblər barədə danışmamışdan əvvəl təbii doğuşla bağlı qısa məlumat verək. Bu, epidural və ya qeysəriyyə kimi tibbi müdaxilələrdən istifadə edilmədən körpənin dünyaya gəlmə prosesidir. Doğumun təbii üsulla olması bir çox qadın üçün təhlükəsiz və sağlam bir seçim hesab olunur, lakin bəzən maneə ola biləcək hallar yaranır. Vaginal doğum olaraq da adlandırılan təbii doğuş üçün maneə olan səbəblər arasında ən çox görüləni körpənin ana bətnində yan üstə uzanmasıdır ki, bu da körpənin doğum anında uşaqlıq yolundan keçməsini çətinləşdirə bilər. Digər səbəblərin təyin edilməsi və doğuşa hazırlaşan hamilələr təbii doğuş, yoxsa qeysəriyyə qərarının verilməsi üçün mütəmadi olaraq ginekoloq müayinəsində olmalıdır.

İndi isə vaginal doğuşa maneə olan səbəblər içərisində yer alan 7 səbəblə bağlı daha ətraflı danışaq

Körpənin ana bətnində yan durması

Təbii doğuşa maneə olan səbəblər dedikdə ilk ağıla gələn körpənin ana bətnində yan durması olur. Bu halda olan halın vaginal doğum üçün maneə olmasının səbəbi körpənin doğum kanalına, yəni uşaqlıq yoluna daxil olmasını çətinləşdirməsidir ki, bununla da doğuş uzun müddətli və ya maneəli doğuşla nəticələnir və qeysəriyyə kimi tibbi müdaxilələrə tələb yarana bilər. “Obstetrics and Gynaecology” jurnalında dərc edilən araşdırmaya görə, təbii doğuşa maneə olan körpənin ana bətnində yan durması halı 300 hamiləlikdən 1-də baş verir və daha çox hamiləlik keçirmiş və ya daha əvvəl qeysəriyyə əməliyyatı keçirmiş qadınlarda rast gəlinir.

Əgər doğumunuzun təbii olmasını istəyirsinizsə, doğum tarixinə yaxınlaşdıqca mütəmadi olaraq qadın həkiminin, yəni ginekoloqun körpənin vəziyyətini izləməsi vacibdir. Bəzi hallarda ginekoloq körpəni əl ilə baş aşağı vəziyyətə gətirməyə cəhd edə bilər, lakin uğursuz olarsa, körpənin və ananın təhlükəsizliyini təmin etmək üçün qeysəriyyə əməliyyatı tələb olunacaqdır.

Körpənin iri olması ​- Drxanim.az

Körpənin iri olması

Körpənin ölçüsü doğumun təbii olmasına maneə ola biləcək mühüm səbəblərdəndir. Körpə doğum kanalına sığmayacaq qədər böyükdürsə, bu, vaginal doğum müddətinin uzanmasına səbəb olacaqdır. Bu isə həm körpə, həm də ana üçün risk faktorudur. Amerika Mamalıq və Ginekoloqlar Kollecinin məlumatına görə, çəkisi 4 kq-dan çox olan körpə hamiləlik yaşına görə böyük sayılır və doğum kanalından keçməkdə çətinlik çəkə bilər. Körpəsinin çəkisi ilə bağlı narahatlığı olan hamilələr doğuşun vaginal doğuş, yoxsa qeysəriyyə əməliyyatı  olması ilə bağlı ginekoloqu ilə müzakirə etməli və təhlükəsiz doğuşu təmin etmək üçün təbii doğuşa maneə olan səbəbləri nəzərdən keçirməlidirlər.

Baş - çanaq uyğunsuzluğu

Ana bətnində olan körpənin başı ilə ananın çanaq hissəsi arasında ölçü və forma uyğunsuzluğuna baş-çanaq uyğunsuzluğu deyilir və baş-çanaq uyğunsuzluğu da maneələrdn hesab olunur. Körpənin başı ananın çanaq sümüyünə sığmayacaq qədər böyük olduqda körpənin doğum kanalından keçməsi çətinləşir.

Baş çanaq uyğunsuzluğunda vaginal doğuş həyata keçirilə bilmədiyi üçün mütləq qeysəriyyə əməliyyatı aparılır. Əks halda bu durum ana və ya körpənin ölümü kimi ciddi mənfi nəticələr verə bilər.

Əvvəlki doğuş qeysəriyyə əməliyyatı ilə olubsa ​- Drxanim.az

Əvvəlki doğuş qeysəriyyə əməliyyatı ilə olubsa

Doğum prosesinin təbii olmasının qarşısını ala biləcək səbəblər siyahısına əvvəlki doğuşun qeysəriyyə kəsiyi ilə olmasını da əlavə etmək olar. Əsas narahatlıq doğuran məsələ ana və körpənin həyatı üçün təhlükə yarada bilən təbii doğuş zamanı uşaqlığın yırtılması riskidir. Qeysəriyyə əməliyyatından sonra müvəffəqiyyətli vaginal doğum şansı əvvəlki qeysəriyyənin səbəbi, uşaqlıq yolunun kəsik növü, əvvəlki əməliyyatdan sonrakı müddət və ananın ümumi sağlamlığı kimi müxtəlif amillərdən asılıdır. Bəzi hallarda mümkün fəsadların qarşısının alınması üçün təkrar qeysəriyyə tövsiyə oluna bilər.

Ana bətnində körpənin stres keçirməsi (Fetal Distress)

Təbii doğuş zamanı körpənin ana bətnində stres keçirməsi halı körpə kifayət qədər oksigen və ya qan axını almadıqda baş verir. Bu, plasentanın ayrılması, göbək ciyəsində yarana biləcək problem və ya ananın sağlamlığı kimi müxtəlif səbəblərə görə baş verə bilər. Vaginal doğuş zamanı körpənin ürək döyüntüsünün monitorinqi ilə fetal distress aşkar edilər və bu davam edərsə, qeysəriyyə əməliyyatı baş tutacaqdır. Ana bətnində körpənin stres keçirməsi halına zamanında müdaxilə edilmədikdə beyin zədələnməsi və ya ölü doğum kimi ciddi fəsadlara səbəb ola bilər. Buna görə də, körpənin vəziyyətini yaxından izləmək ağırlaşmaların qarşısını almaq və təhlükəsiz doğuşu təmin etmək üçün çox vacibdir.

Gücənməsi riskli olan analar

Doğumun qeysəriyyə deyil, təbii olması üçün əsas olan həm də gücənməkdir ki, bu da bəzi hamilələr üçün risklidir. Belə ki, gücənməsi riskli olan analar müraciət etdikdə doğuş anında çətinliklərlə üzləşə bilərlər. Ürək xəstəlikləri, yüksək təzyiq, bel yırtığı kimi xəstəliklər gücənməyin riskli olması səbəbi ilə təbii doğuş üçün maneə hesab olunur. Həmçinin gözün torlu qişasının yırtılma riski olan hamilələrdə də vaginal doğum deyil, qeysəriyyə əməliyyatı üstün tutulur. 

İlk hamiləliyi çox gec yaşda keçirənlər​ - Drxanim.az

İlk hamiləliyi çox gec yaşda keçirənlər

İlk hamiləliyin gec yaşlarda baş tutması risk faktoru hesab olunur. Bilmək lazımdır ki, qadınlar yaş aldıqca onların reproduktiv sistemində dəyişikliklər baş verir ki, bu da hamiləlik və təbii doğuşu çətinləşdirir. Yaş artdıqca qadının yumurtalarının keyfiyyəti və miqdarı azalır və bu, hamiləlik diabeti, preeklampsi kimi halların yaşanmasına, hətta hamiləliyin düşüklə nəticələnməsinə gətirib çıxarır. Əgər övladınızı dünyaya təbii doğuş ilə gətirmək istəyirsinizsə, hamiləlik yaşını mütləq nəzərə almalısınız. Yaş artıqca uşaqlığın əzələləri qismən gücünü itirir və uşaqlıq boynu gənc qadının uşaqlıq boynuna nəzərən daha elastik, daha genişlənən şəkildə olur. Bu isə hamiləliyin vaginal doğum anına qədər gəlib çıxma şansını azaldır.

Hamiləlik yolunuzun sağlam yekunlaşmasını istəyir və bununla bağlı qayğılarınız varsa, 055 574 70 74 nömrəli telefondan bizimlə əlaqə saxlayıb həkim mama-ginekoloq Xanım Adıgözəlovanın qəbuluna yazıla, təbii doğuşa mane olan səbəblər varsa, onları erkən aşkarlaya və vaginal doğum ilə övladınızı dünyaya gətirə bilərsiniz.

Şərh yaz