Mündəricat
ToggleKlimaks qadının yaşla əlaqədar olaraq cinsiyyət sisteminin aktivliyinin nisbətən azalmasıdır. Elmi desək, bu zaman yumurtalıqlarda follikulların miqdarı azaldığı üçün müvafiq olaraq estrogen istehsalı da azalır. Zamanla estrogen istehsalı dayanır və yumurtalıqlar kiçilir. Müvafiq olaraq, menstrual dövr kəsilir və reproduktiv qabiliyyət itirilir. Bu proses qadınlarda adətən 45-55 yaşlarında baş verir.
Ümumdünya səhiyyə təşkilatı qadınların bu dövrünü üç mərhələyə bölür:
- Klimaks öncəsi. İlk əlamətlərdən menopauza qədər olan dövrü əhatə edir. Yumurtalıqlarda follikulların fəaliyyəti yavaşlayır. Menstruasiya qeyri-müntəzəm olur. Bu proses bir neçə ay və ya il çəkə bilər;
- Klimakterik dövr. Qadının son dəfə menstruasiya yaşadığı dövrdür.
- Son mərhələ və yaxud menopauza dövrü – bu, qocalığa qədər olan 6-8 illik dövrü əhatə edir. Bir qadının bu mərhələdə olması üçün 12 ay ərzində menstruasiya olmamalıdır.
Başlama dövrünə görə menopauza üç növə bölünür:
- Təbii klimaks: Qadınlarda adətən bu mərhələ 45-55 yaşlarında başlayır. Bu yaşlarda baş verən menopauza təbii hal sayılır.
- Erkən klimaks: 45 yaşından əvvəl baş verərsə, bu, erkən adlanır. Naməlum sağlamlıq səbəbləri, otoimmün xəstəliklər, radioterapiya, kimyaterapiya, infeksiyalar, ekoloji səbəblər, abortlar və uşaq düşməsi, tez-tez hamiləlik, piylənmə və digər səbəblərdən baş verə bilər.
- Cərrahi klimaks: Bəzi əməliyyatlar vaxtından əvvəl menopauzaya səbəb ola bilər. Menstruasiya olan qadının yumurtalıqları cərrahi yolla çıxarılarsa, menstruasiya dayandırılır və bu dövr yaranır. Cərrahi müdaxilədən sonra süni menopauza yaranır ki, bu zaman əlamətlər qaflətən başlayır və tez inkişaf edir. Belə vəziyyətlərdən qorunmaq üçün, əməliyyatdan dərhal sonra əvəzedici hormonal preparatlar qəbul etmək lazımdır ki, normal tsikli imitasiya etsin. Bəzən radiasiya müalicəsi də buna səbəb ola bilər.
Əksər qadınlarda klimaksın əlamətlərini aşağıdakı kimi müşahidə etmək olar:
Menstruasiya pozuntuları
Əgər qadında menstrual pozğunluq yaranarsa, bunu klimaksın əlaməti hesab etmək olar.
Ovulyasiyanın azalması
İlk olaraq ovulvasiya prosesi haqda kiçik təsəvvür yaradaq: Yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü tədricən artaraq yumurtalığın divarının dartılmasına səbəb olur. Menstruasiyanın ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir. Klimaks dövründə olan qadında isə bu proses getdikcə azalır.
Qəfldən istilik gəlməsi
Adətən, o, bütün bədənə yayılan, 30 saniyədən bir neçə dəqiqəyə qədər davam edən istilik hissi ilə özünü göstərir. Belə vəziyyət tez-tez dərinin qızarması, ürəkdöyünmə, titrətmə, tərləmə və həmçinin yuxusuzluqla müşayiət olunur.
Həddindən artıq tərləmə
Artan hərarət nəticəsində bəzi qadınlarda tərləmə də baş verir. Bunu da menopauzanın ilkin mərhələsi hesab etmək olar.
Depressiv əhval
Bu, izah olunmayan zəiflik, əhvalın dəyişkənliyi ilə müşahidə olunur. Onlar həm hormonal disbalansın bilavasitə təsirilə, həm də stress faktorları – tək qalma, gözəlliyi itirmə təhlükəsi, qocalmanın yaxınlaşması hissi və s. ilə əlaqədardı.
Yuxu pozğunluğu
Bu problem zamanı yuxuya getmək çətinləşir və ya çox erkən oyanaraq yenidən yuxuya gedə bilməmə kimi hallar yaşanır.
Əsəbilik, gərginlik
Ani olaraq əhvalın dəyişməsi, hadisələrə gözlənilməz reaksiya vermək və özündən çıxma halları da menopauzanın əlamətlərindən biridir.
Artan iştah
Qeyri-stabil qidalanma, tez-tez aclıq hissinin yaşanması.
Diqqət pozğunluğu
Menopauzanın digər əlamətlərindən biri olan diqqət pozğunluğu zamanı detallara diqqət etməkdə, biri ilə danışarkən dinləməkdə çətinlik yaranır. Bəzi hallarda şəxsi əşyaları da itirə bilərlər.
Üzdə qızarmalar
Əsas əlamətlərdən biri də üzdə qızarmalardır. Bəzən qadınlar bunun səbəbini anlamır və bunun ötəri olduğunu düşünürlər. Lakin unutmaq olmaz ki, müəyyən yaş aralığında bu halla rastlaşırsınızsa, bu, əsas əlamətlərdən biri ola bilər.
Ürək döyüntüsünün artması
Bu dövrdə bədəndə yağ mübadiləsi pozulur. Artıq yağ, yəni xolesterol və aterosklerozun inkişafı təxirə salınır. Atherosclerotik lövhələr tədricən qan damarlarının pozulmasına səbəb olan qan damarlarını daraldır, infakt və vuruş riskinin artmasına səbəb olur.
Baş ağrısı, başgicəllənmə
Səbəbsiz baş ağrıları, başgicəllənməsi halları artır. Bu əlaməti miqren ağrıları ilə də eyniləşdirmək olar (başın yarısında kəskin ağrı).
Artan hərarət
Əgər bir qadında tez-tez hərarət dəyişməsi baş verərsə, bu da menopauza əlaməti hesab oluna bilər.
Özünə inamın azalması
Səbəbsiz dağınıqlıq, hansısa işə fokuslana bilməmə, başladığı işi bitirməmə.
Cinsi istəyin azalması
Cinsi istəyin azalması, vaginada əhəmiyyətsiz quruluq, cinsi əlaqə zamanı ağrı ola bilər.
Bəs menopauza dövrünü yaxınlaşdıran əsas səbəblər nələrdir?
Genetika
Genetika – bir ailədə qadınlar adətən bu halı eyni dövrdə yaşayırlar;
Cinsiyyət orqanları
Cinsiyyət orqanları – qeyri-müntəzəm menstruasiya olan qadınlar normal menstruasiya olan qadınlara nisbətən bu mərhələyə daha erkən başlayır;
Psixoloji amillər
Psixoloji amillər: Psixoloji travmalar da bu mərhələnin inkişafını sürətləndirir. Müharibə, köç, zəlzələ və uzun həbsxana həyatının erkən menopauzaya səbəb olduğu müşahidə edilir.
Fiziki və ətraf mühit amilləri
Fiziki və ətraf mühit amilləri: Qadınların soyuq iqlimlərdə və həddindən artıq ağır şəraitdə yaşaması;
Siqaret çəkmək
Siqaret çəkmək: Çox siqaret çəkənlər, çəkməyənlərə nisbətən bu mərhələyə 1-2 il əvvəl başlayır;
Ümumi sağlamlıq vəziyyəti
Ümumi sağlamlıq vəziyyəti: Ağır metabolik xəstəliklər, genetik pozğunluqlar, yoluxucu xəstəliklər, kemoterapi və radioterapiya;
Sosial amillər
Sosial amillər: Kənd və ənənəvi cəmiyyətlərdə də bu mərhələ erkən başlaya bilər.
Klimaks diaqnozu necə qoyulur?
Bu mərhələnin erkən diaqnozu vacibdir. Çünki itkilər ən çox birinci ildə olur. Erkən diaqnoz erkən müalicəni təmin edir. Gecikən menstruasiya, artan hərarət və psixoloji pozğunluqları olan qadından aybaşının 3-cü günündə götürülən qanda FSH və LH hormonları artarsa, diaqnoz qoyula bilər. Qeyri stabil menstruasiya olan qadında FSH səviyyəsi 40 pg/ml-dən yuxarı olarsa, diaqnoz mütləq qoyulur. FSH səviyyəsi 25-40 pg/ml arasında olarsa, bu, preklimaks sayılır və bu dövrdə qadınlar nadir hallarda da olsa hamilə qala bilərlər. Lakin nizamsız qanaxma olan hər bir qadında hamiləlik və nizamsız qanaxmaya səbəb olan digər xəstəliklər araşdırılmalı və ultrasəs müayinəsi aparılmalıdır.
Klimaks dövründə cinsi həyat
Bu dövrün başlaması ilə cinsi həyat bitmir. Estrogen çatışmazlığı səbəbindən cinsiyyət orqanlarında daralma baş verir. Nəticədə cinsi əlaqə zamanı ağrı hiss edilə bilər.
Klimaks dövründə qidalanma necə olmalıdır?
- Estrogen çatışmazlığı səbəbindən maddələr mübadiləsi sürəti yavaşlayır və sürətli çəki artımı başlayır;
- Osteoporozun qarşısını almaq üçün həkim təyinatına uyğun olaraq kalsium və vitamin D hər zaman normada saxlanılmalıdır;
- E vitamini hərarət artımının və yorğunluğun qarşısını ala bilər;
- D vitamini normal səviyyədə saxlanılmalıdır;
- Duz qəbulu məhdudlaşdırılmalıdır;
- Müntəzəm idman hərəkətlərinin edilməsi də tövsiyə olunur.
Klimaks dövründə bunları etməyinizdə fayda var
Tez-tez rast gəlinən hərarətə qarşı nazik geyinin və çalışın üstünüzdə əlavə geyim olsun. Beləliklə, istilik zamanı paltarı üzərinizdən azalda bilərsiniz. Ədviyyat və kofeini azaldıb, siqaret və spirtdən uzaq durmaq faydalıdır. Rahatlaşdırıcı yağlardan estrogen çatışmazlığından qaynaqlanan ağrılı cinsi əlaqəyə qarşı istifadə edilir. Atrofiyanın qarşısını almaq üçün müntəzəm cinsi əlaqə lazımdır. Osteoporozun qarşısını almaq üçün gündəlik kalsium qəbuluna diqqət yetirmək və mütəmadi olaraq idman etmək vacibdir. Uyğun olarsa, hormon əvəzedici terapiya tətbiq oluna bilər.
Sizi klimaksın əlamətləri və ümumiyyətlə bununla bağlı narahat edən digər hallar varsa, həkim qəbuluna yazılın və ya mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayın. Unutmayın, kiçik görünən problemlərin qarşısı vaxtında alınmazsa, böyük problemlərə gətirib çıxara bilər.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊