Mündəricat
ToggleBir çox qadın bu günə qədər vaginal gigiyenanı necə qorumaq barədə danışmaqdan və ya məsləhətlər verməkdən çəkinir. Bununla belə, cinsiyyət orqanlarınızı təmiz və reproduktiv sisteminizi sağlam saxlamaq üçün gigiyena haqqında bir sıra məlumatları bilmək vacibdir.
Hansı yaşda olmağınızdan asılı olmayaraq hər bir qadının vaginasını sağlam saxlamaq üçün bilməli olduğu bir neçə qaydalar var.
Bu yazıda sizə gündəlik həyatınızda və menstruasiya zamanı bilməli olduğunuz 11 vaginal gigiyena məsləhəti haqqında bəhs edəcəyik. İlk olaraq mövzunun qadın sağlamlığı üçün nə qədər vacib və əhəmiyyətli olduğunu izah edək.
Vaginal gigiyenaya riayət etmək nə üçün vacibdir?
Qadın sağlamlığı üçün profilaktik tədbirlərdən bəhs edərkən vaginal gigiyenanı qeyd etmək lazımdır. Çox danışılmasa da, vaginal sağlamlıq son dərəcə vacibdir. Bununla bağlı problemlərə məhəl qoymamaq gələcəkdə bir çox fəsadlara səbəb ola bilər. Cinsi istəyinizə təsir etməkdən məhsuldarlığa, orqazma çatma qabiliyyətinizə qədər vaginal sağlamlığınıza laqeyd yanaşmağın mənfi təsirləri yaranır.
Qadınlar üçün intim gigiyenanın əhəmiyyəti bir neçə səbəbə görə vacibdir:
İnfeksiyaların qarşısının alınması
Uşaqlıq yolunun (vaginanın) sağlam olmasına kömək edən öz mikrobiomu var. Ancaq aybaşı zamanı bezləri və ya tamponları tez-tez dəyişdirməmək və ya genital bölgəni düzgün yumamaq kimi yanlış intim gigiyena qaydaları bu tarazlığı poza bilər. Beləcə bakterial vaginoz və sidik yolu infeksiyaları kimi xəstəliklər yarana bilər.
Qoxunun azaldılması
Düzgün gigiyena menstrual qan və bakteriyaların yaratdığı qoxunu azaltmağa kömək edə bilər. Menstrual məhsulların düzgün təmizlənmə və dəyişdirilməsi xoşagəlməz qoxuların qarşısını almağa kömək edə bilər. Hətta bunun üçün vaginal qoxuya qarşı təbii vasitələrdən istifadə etmək də qadınların seçimlərdəndir.
Ümumi sağlamlığın təşviqi
Sağlam bir vagina ümumi sağlamlıq üçün vacibdir. Gigiyena qaydalarına riayət edilməməsi uşaqlıq boynu xərçəngi və digər ginekoloji problemlərin riskini artıra bilər.
Rahatlığın artırılması
Düzgün vaginal gigiyena qaydaları genital bölgədə qaşınma, qıcıqlanma və narahatlığın qarşısını almağa kömək edə bilər.
Ümumilikdə, yaxşı vaginal qulluq tətbiq etmək və vaginal sağlamlığı qorumaq, infeksiyaların qarşısını almaq üçün vacibdir.
Qadınların bilməli olduğu 11 vaginal gigiyena məsləhəti
Bəs bunu necə qorumaq olar sualının cavabını öyrənmək üçün, aşağıda qeyd edəcəyimiz məsləhətləri gündəlik həyatınızda, ən əsası cinsi əlaqə və aybaşı zamanında nəzərə alıb əməl etməlisiniz. Beləcə, ginekoloji sağlamlığınızı təmin etmək üçün bu məsləhətlərdən yararlanın:
1. Alt paltarı quru saxlayın
Sidik sonrasında vaginanı silməmək alt paltarlarının islanmasına səbəb ola bilər ki, bu da nəinki pis qoxuya, həm də vaginal infeksiya riskinə gətirib çıxara bilər. Buna görə də, alt paltarınızın həmişə quru olması üçün tualet kağızı və ya yumşaq bir parça ilə vaginal bölgəni həmişə silmək tövsiyə olunur.
Vaginal maye və ya axıntı sağlam vaginal mühitin bir hissəsidir. Vaginanın həddindən artıq silinməsi də onu çox quruda bilər ki, bu da qaşınma və vaginal quruluğa səbəb olur. Bu da cinsi əlaqə zamanı ağrıya və onun zədələnməsinə səbəb olur.
2. Gigiyenik bezləri 4-6 saatdan bir dəyişin
Normal qan axını olan qadınlar 4-6 saatdan bir gigiyenik bezləri dəyişməlidirlər. Eyni prosedur yüngül qan axını olan günlərə də aiddir. Ancaq menstruasiya zamanı güclü qan axını varsa, gigiyenik bezləri hər 3-4 saatdan bir dəyişdirmək lazımdır. Əgər aybaşı zamanı tampon istifadə edirsinizsə, onu hər altı saatdan bir dəyişdirməyiniz tövsiyə olunur.
Əgər gigiyenik bezlər və ya tamponlar uzun müddət dəyişdirilməzsə, bu, dəri səpgilərinə və pis qoxuya səbəb ola bilər. Bu isə vaginal infeksiya riskinə gətirib çıxarır.
Həmçinin, bəzi qadınlar təkrar istifadə edilə bilən parça bezlərdən istifadə edirlər. Onları istifadə etməzdən əvvəl düzgün yumaq və qurulamaq lazımdır. Parça bezləri ütüləmək və yuyarkən ağardıcı vasitələrdən istifadə etmək olmaz. Çünki, vaginal gigiyenaya əsasən, bu vasitələr sizə yandırıcı təsir yarada bilər.
3. Vaginanızı yuyarkən sabundan istifadə etməyin
Vaginal baxımda ümumi səhvlərə sabun ilə vaginanın yuyulmasını qeyd edə bilərik. Uşaqlıq yolu normal günlərdə öz-özünü təmizləyir. Buna görə də xüsusi vasitələrdən istifadə etməyə ehtiyac yoxdur. Vaginanı təmizləmək üçün sərt və ya ətirli sabunlardan istifadə etməkdən çəkinin. Qliserin, ətir və antiseptik kimi zərərli kimyəvi maddələrlə dolu sabunların istifadəsi vaginadakı bakteriyaların sağlam balansına təsir edə bilər.
Bundan əlavə, vaginal bölgədəki pH-ın dərəcəsi dəyişilərsə, bu da qıcıqlanmaya və sağlam olmayan bakteriyaların böyüməsinə şərait yaradır. Bunun əvəzinə genital bölgəni yumaq üçün ilıq su istifadə edin.
4. Ətirli qadın gigiyena məhsullarına yox deyin
Vaginanı sağlam saxlamaq üçün ətirli salfetlər, vaginal dezodorantlar və ya skrablar kimi qadın gigiyena məhsullarından istifadə etmək yaxşı fikir deyil. Bu məhsullar intim bölgəyə yanlış qulluq zamanı yarana biləcək xəstəliklərə yol aça bilər. Üstəlik, vaginal skrablardan istifadə dərinin soyulmasına səbəb olur.
5. Vaginal təmizliyi xaricdən edin
Genital bölgəni yuyarkən çalışın ki, ancaq xaricdən həmin bölgəni yuyasınız: vaginal girişin ətrafı, böyük və balaca cinsiyyət dodaqları, klitor ətrafı zona. Vagina daxilini yumaq lazım deyil, çünki yuxarıda qeyd etdiyimiz kimi, vagina özü-özünü, kənar kömək olmadan da təmizləyə bilir. Barmaqları vaginaya salmaqla selikli qişanı zədələmək olar və bu narahatçılıq yaradacaqdır. Bunu etmək sizin vaginal sağlamlığınız üçün təhlükəlidir.
6. Dar paltar geyinməkdən çəkinin
Vaginal infeksiyalardan qaçınmaq üçün pambıq kimi nəfəs alan parçalardan hazırlanmış alt paltarları geyinməyiniz tövsiyə olunur. Çünki sintetik parçalardan tikilmiş dar paltarlar və alt paltarlar geyinmək hava dövranının azalması səbəbindən tərləməyə səbəb olur.
Həddindən artıq tərləmə və nəmlik vaginal infeksiyaya səbəb olan bakteriyaların və mayaların artmasına səbəb ola bilər. Dəri şalvar və nəm çimərlik kostyumlarından uzun müddət istifadə etməkdən çəkinin. Həmçinin, idmanla məşğul olduqdan sonra yarana biləcək müxtəlif hallardan qorunmaq üçün, alt paltarınızı dəyişməyi məsləhət görürük.
7. İntim gigiyena üçün vasitələr
Uşaqlıq yolunda pH-ı 3.8-4.4 arasında dəyişən turş mühit var. İntim gigiyena üçün istifadə edilən vasitələr turş (pH 3.5-ə qədər) və neytral (pH 5-ə qədər) olur. Əgər yuyunarkən hər hansı bir ikinci vasitəyə ehtiyacınız olarsa, normal sabun yerinə pH 5.5 olan xüsusi intim gellərdən istifadə olunması tərcih edilməlidir.
Buna görə də intim gigiyenanın əsas hissələrindən biri də, məhz budur. Beləcə bunun üçün düzgün məhsulları seçmək sizin üçün daha asan olacaq.
Həmçinin genital bölgənizi təmizləmək üçün xüsusi dəsmal ayıra bilərsiniz. Bu həm təhlükəsiz, həm də daha gigiyenikdir.
8. Düzgün təmizləmək üsulunu öyrənin
Genital bölgənizi düzgün şəkildə təmizləyirsiniz? Yəqin ki, yox. Vaginanı təmizləməyin düzgün yolu öndən arxaya (vajinadan anusa) doğrudur, əksinə isə doğru deyil. Bunun səbəbi, əgər başqa cür etsəniz, zərərli bakteriyaların vaginaya düşmə şansı artır. Beləliklə, səhv istiqamətdə təmizləmisizsə, dəyişməyin vaxtı gəldi deməkdir.
9. Qasıq tüklərini təmizlərkən diqqətli olun
Bəzi qadınlar qasıq tüklərinin natəmiz göründüyünü düşündükləri üçün bu tüklərdən azad olmağı üstün tuturlar. Beləcə, vaginal gigiyenanın bu prosedurdan ibarət olduğunu düşünürlər. Ancaq araşdırmalara görə, qasıq tükləri vulvanı (vajinanın açılışını əhatə edən qadın cinsi orqanının xarici hissəsini) bakterial infeksiyalardan qoruyan bir təhlükəsizlik üsulu rolunu oynayır.
Üstəlik, cinsiyyət orqanlarının tüklərini təmizləmək üçün ülgüc kimi qeyri-elektrik təraş üsullarından istifadənin cinsiyyət orqanlarının zədələnməsinə səbəb olduğu aşkar edilmişdir.
Əgər siz bunu salonda etməyi planlaşdırırsınızsa, o zaman kimyəvi maddələrlə və təmizlənmədən istifadə edilə bilən alətlərdən ehtiyatlı olun.
10. Təmizlənmə zamanı ancaq əl ilə edin
Genital bölgənizi təmizləyərkən, ancaq əllərinizdən istifadə edin. Digər təmizləyici vasitələr, məsələn, süngər, təmizləyici kisə istifadə etməyin. Çünki, genital bölgəniz bədəninizin digər orqanları kimi eyni hissiyata malik deyil, bu bölgə daha həssasdır.
Buna görə də, vaginal gigiyana zamanı, ancaq əl ilə və bir dəqiqə ərzində təmizləməyiniz tövsiyə olunur.
11. Vaginal infeksiyaların əlamətlərini görməməzlikdən gəlməyin
Vaginal infeksiyaların heç bir əlamətini və simptomlarına qarşı laqeyd yanaşmayın. Narahatedici qoxu, həddindən artıq vaginal axıntı və ya rəngli vaginal axıntı olduğu təqdirdə dərhal professional yardım alın. Lakin bunu da qeyd etməliyik ki, hər bir vaginanın xüsusi bir qoxusu olur. Hansı ki, bu qoxu, menstrual tsikldən və qidadan asılı olaraq dəyişə bilər. Və bu tamamilə normaldır.
Əgər sizdə yuxarıda qeyd olunan simptomlar varsa, lakin vaginal bölgədə ağrıma və ya qaşınma olmasa belə, bu sizin infeksiyaya yoluxmadığınız mənasına gəlmir. Vaginal gigiyenaya əməl etmək və şəxsi gigiyena qulluqları ilə bağlı yaxınlarınızla məlumatlandırıcı söhbətlər apara bilərsiniz.
Heç vaxt özünüzü müalicə etməyə çalışmayın
Qadın sağlamlığı üçün profilaktik tədbirlərin görülməsi olduqca vacib və əhəmiyyətli bir prosesdir. Qadınların əksəriyyəti özlərində müşahidə etdikləri vaginal infeksiyalara qarşı ev müalicəsini üstün tuturlar. Məsələn, vaginal qaşınma üçün ev müalicəsinin tətbiqi bir çox halda daha fəsadlı problemlərə səbəb ola bilər. Sağlam bir vaginanı təmin etmək üçün hər bir qadın vaginal gigiyena qaydalarına əməl etməlidir.
Əgər hər hansı vaginal infeksiyaların ilkin əlamətlərini hiss edirsinizsə, professional müalicə və vaginal gigiyena ilə bağlı bütün suallarınıza cavab ala bilmək üçün 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə Mama-Ginekoloq Doktor Xanım Adıgözəlova ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqəli yazılar:
Vaginal axıntı: Normaldır, yoxsa narahatedici?
Cinsi Yolla Keçən İnfeksiyalar: Növləri və Simptomları
Vaginal qaşınma: Qadın sağlamlığı üçün önəmli xəbərdarlıq
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊