11 həftəlik hamiləlik hamiləliyin ikinci trimestrinə girməzdən əvvəl son həftədir. Bu həftədə körpənin inkişafı ilə yanaşı anada da mühüm dəyişikliklər müşahidə olunur. Gəlin, bu inkişaf dəyişiklikləri ilə yaxından tanış olaq.
11 həftəlik hamiləlik neçə aydır?
Birinci trimestrin son həftələrindən biri olan hamiləliyin 11-ci həftəsinə qədəm qoyan anaların bir çoxu 11 həftəlik hamiləliyin neçə aylıq olduğu sualına cavab axtarır. Əgər 11 həftəlik hamiləsinizsə, hamiləliyin üçüncü ayında olduğunuzu və ya 2,5 aylıq hamilə olduğunuzu deyə bilərik.
11 həftəlik hamiləlikdə körpənin ölçüsü və inkişafı
Hamiləliyin on birinci həftəsində körpəniz sürətlə böyüməyə davam edir. Körpə artıq 41 mm-ə və ya üzüm-çiyələk ölçüsünə çatır. Körpəniz hələ çox kiçik olsa da, hər gün böyüməyə davam edir. Bu həftədə körpənizin orqanları da sürətlə inkişaf etməyə davam edir. Ürək, böyrəklər, ağciyərlər, qaraciyər və digər orqanlar formalaşır və fəaliyyətə başlayır. Barmaqlar, əllər və ayaqlar on birinci həftədə daha qabarıq görünür. Körpənizin əlləri və ayaqları artıq seçilməyə başlayır və hətta kiçik dırnaqları da formalaşır.
11-ci həftədə körpənin cinsiyyət əlamətləri inkişaf etməyə başlayır. Ancaq bu mərhələdə ultrasəs müayinəsi ilə cinsiyyəti dəqiq müəyyən etmək hələ də dəqiq nəticə verməyəcəkdir.
Bu həftədə körpənin duyğu inkişafı davam edir. On birinci həftədə körpənin qulaqları, gözləri və digər hiss orqanları daha da inkişaf etməyə davam edir. Belə ki, bu orqanlar ətraf mühitin stimullarına cavab verməyə hazırlaşır. Hamiləliyinizin bu mərhələsində körpənizin duyğuları ilə yanaşı onun əzələləri və skeleti də güclənməyə davam edir. Körpəniz ana bətnində qismən sərbəst hərəkət etməyə başlasa da bu mərhələdə körpənin hərəkətləri hələ ana tərəfindən hiss olunmur.
11 həftəlik hamiləlikdə hansı dəyişikliklər olur?
Hamiləliyin on birinci həftəsində dəyişikliklər sürətlə davam edir. Uşaqlığın böyüməsi, qan axınının artması, sidik ifrazının tezliyi və qəbizlik kimi hallar bu dövrdə baş verən ümumi dəyişikliklərdir. On birinci həftədə baş verən dəyişikliklər barədə daha ətraflı danışaq.
Uşaqlığın böyüməsi
11 həftəlik hamiləlikdə uşaqlıq sürətlə böyüməyə davam edir. Bu, hamiləlik zamanı hormon səviyyəsinin artması və körpənin böyüməsi ilə əlaqələndirilir.
Bağların uzanması
Uşaqlıq böyüdükcə uşaqlıq yolunda olan birləşdirici toxuma və bağlar uzanmağa və genişlənməyə başlayır. Bu, bəzən qarnın aşağı hissəsində və ya qasıqda yüngül narahatlığa səbəb olur və bu normaldır. Lakin həddindən artıq ağrı və ya narahatlıq halı yaşadıqda bunu həkiminizə bildirməli, onunla məsləhətləşməlisiniz.
Artan qan axını
Hamiləlik dövründə uşaqlığa qan axını artır. Bu, uşaqlığın daha çox oksigen və qida qəbul etməsinə imkan verir və körpənin sağlam inkişafına kömək edir. Uşaqlığa qan axınının artması bəzən dəridə yüngül qızartı və ya yanma hissi ilə nəticələnir.
Artan sidik ifrazı
Uşaqlığın böyüməsi sidik kisəsinə təzyiq göstərir və sidik tezliyini artırır. Buna görə də hamiləliyin on birinci həftəsində daha tez-tez tualetə gedə bilərsiniz. Sidik ifraz edərkən ağrı, yanma və ya sidiyin rəngində dəyişiklik hiss etsəniz, həkiminizlə əlaqə saxlamalısınız.
Qəbizlik
Hamiləlik hormonları həzm sistemindəki əzələ fəaliyyətini yavaşladır, bu da qəbizliyə gətirib çıxarır. Hamiləliyin on birinci həftəsində qəbizlik yaşayırsınızsa, liflə zəngin qidalar istehlak etmək, kifayət qədər su içmək və müntəzəm idman etmək kimi qabaqlayıcı tədbirlər görməlisiniz. Ancaq qəbizlik şiddətli və ya davamlıdırsa, yenə də həkiminizlə məsləhətləşmək vacibdir.
11 həftəlik hamiləlikdə anadakı dəyişikliklər
Hamiləliyin 11-ci həftəsində gələcək ana namizədində narahat hamiləlik əlamətləri davam edir. Ürəkbulanma və qusma, aşağı qan təzyiqi, başgicəllənmə, zəiflik, yuxululuq və döş qəfəsi həssaslığı kimi simptomlar ən çox rast gəlinənlər arasındadır. Lakin, narahat olmağa dəyməz, çünki bu narahatlıqlar 11-ci həftənin tamamlanmasından sonra azalmağa başlayacaq. İnsandan insana fərqli olsa da, hamiləlik narahatlıqlarının əksər qadınlarda 12-ci həftədən sonra azalmağa başladığı müşahidə olunur. Döşlərin sürətli böyüməsi bir qədər yavaşlayır, sıxılma və həssaslıq kimi problemlər daha az rast gəlinir. Ancaq körpənin böyüməsi ilə uşaqlıq genişləndiyi və əzələlərə təzyiq göstərməyə başladığı üçün əzələ ağrısı meydana gəlir. Hamiləliyin 11-ci həftəsində qasıq ağrısı hiss etməyin ən mühüm səbəbi də budur.
11 həftəlik hamiləlikdə qidalanma necə olmalıdır?
On birinci həftədə sağlam qidalanma həm sizin, həm də körpənizin ehtiyaclarını ödəməyə kömək edən əsas amillərdən biridir. On birinci həftədə sağlam qidalanma üçün bəzi tövsiyələr var.
Balanslı pəhriz
Bu həftədə də zülal, karbohidratlar, sağlam yağlar, lif, vitaminlər və minerallar kimi bütün qida qruplarını ehtiva edən balanslaşdırılmış pəhriz önəmlidir. Fərqli qida mənbələrindən kifayət qədər vitamin əldə etmək üçün rəngli tərəvəzlər, meyvələr, tam taxıllar, süd məhsulları, ət, balıq, paxlalılar və sağlam yağlar kimi müxtəlif qidalardan istifadə etmək lazımdır.
Fol turşusunun qəbulu
Fol turşusu körpənizin onurğa beyni və beyin inkişafı üçün vacibdir. On birinci həftədə fol turşusu olan qidaları istehlak etmək çox önəmlidir. Nəzərinizdə saxlamalısınız ki, yaşıl yarpaqlı tərəvəzlər, portağal suyu, paxlalılar, qoz-fındıq, toxum və tam taxıl kimi qidalar fol turşusunun təbii və zəngin qaynaqlarıdır.
Dəmirə ehtiyac
Hamiləlik dövründə dəmirə ehtiyac artır. On birinci həftədə dəmirlə zəngin qidaları istehlak etmək vacibdir. Qırmızı ət, toyuq, balıq, yumurta, paxlalılar, tünd yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr kimi qidalar zəngin dəmir qaynaqlarıdır.
Kalsium qəbulu
Kalsium sümük və diş sağlamlığı üçün vacibdir. Süd, qatıq, pendir, badam, brokoli və tünd yaşıl yarpaqlı tərəvəzlər kimi qidalar zəngin kalsium qaynaqlarıdır. On birinci həftədə kalsium ehtiyaclarınızı ödəmək üçün bu qidaları istehlak etməyə diqqət etməlisiniz.
Omeqa-3 yağ turşuları
Omeqa-3 yağ turşularının qəbulu körpənin beyin inkişafı üçün vacibdir. Balıq (xüsusilə qızılbalıq, skumbriya və sardina), çia toxumu, kətan toxumu, qoz və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalar omeqa-3 yağ turşularının zəngin qaynaqlarıdır. On birinci həftədə bu qidaları istehlak edərək omeqa-3 ehtiyaclarınızı qarşılamağa çalışın.
Maye qəbulu
Hamiləlik dövründə maye qəbulu önəmli nüanslardan biridir və olduqca vacibdir. Bol su içmək bədəninizin və körpənizin ehtiyaclarını qarşılamağa kömək edir. Siz bol su ehtiyacınızı ödəmək üçün meyvə şirələri, təzə sıxılmış şirələr və bitki çayları kimi sağlam içkiləri də seçə bilərsiniz.
Unutmayın ki, bu mərhələdə həkiminizin xüsusi qidalanma tövsiyələrini nəzərə almalısınız.
11 həftəlik hamiləlikdə risklər
11 həftəlik hamiləlikdə diqqət etməli olduğunuz bir sıra riklər var. Gəlin, onlardan danışaq.
11 həftəlik hamiləlikdə düşük təhlükəsi
Hamiləliyin 11-ci həftəsində əsas risklərdən biri düşükdür. Hamiləliyin ilk trimestrində (ilk 12 həftə) düşük təhlükəsi adətən çox rast gəlinən haldır. Düşük təhlükəsini azaltmaq üçün həkiminizin tövsiyə etdiyi məsləhətlərə əməl etmək vacibdir. Bu tədbirlərə mütəmadi müayinələrdən keçmək, sağlam qidalanma, stresdən və zərərli vərdişlərdən uzaq durmaq daxildir.
Hamiləlik zəhərlənməsi
Qarşılaşılan ən önəmli risklərdən digəri də hamiləlik zəhərlənməsidir. Hamiləlik zəhərlənməsi yüksək qan təzyiqi və böyrək funksiyasının pozulması ilə xarakterizə olunan bir vəziyyətdir. On birinci həftədə hamiləlik zəhərlənməsi riski arta və körpə ilə ananın həyatını təhlükəyə ata bilər. Bu səbəbdən mütəmadi olaraq müayinələrdən keçmək, təzyiqinizi nəzarətdə saxlamaq, sağlam qidalanmaq və həkiminizin tövsiyə etdiyi kimi təqib etmək vacibdir.
Uşaqlıqyolu infeksiyaları
Digər narahatedici məqamlardan biri uşaqlıq yolu infeksiyalarıdır. Hansı ki, hamiləlik dövründə uşaqlıq yolu infeksiyası riski artır. Bunlar adətən cinsi yolla keçən infeksiyalar və ya bakterial infeksiyalardır. On birinci həftədə uşaqlıq yolu infeksiyalarına qarşı diqqətli olmağa və həkiminizin tövsiyə etdiyi gigiyenik tədbirləri görməyə çalışın.
Qida azlığı
On birinci həftəni normal başa vurmaq üçün qidalanma səviyyəsinə də diqqət etmək önəmlidir. Buna görə də on birinci həftədə sağlam pəhrizə riayət etməlisiniz. Körpənin sağlam inkişafı üçün adekvat və balanslı qidalanma vacibdir. Daha əvvəldə də qeyd edildiyi kimi, müəyyən edilmiş miqdarda fol turşusu, dəmir, kalsium və digər vacib qidaları ehtiva edən bir pəhrizə menyusu tərtib edin. Həmçinin hamiləlik dövründə sizi narahat edəcək bütün qidalardan uzaq durmaqda fayda var.
Dərman qəbulu
Son olaraq dərman qəbul edən və ciddi xəstəlikdən əziyyət çəkən hamilələr üçün kiçik qeydləri nəzərinizə çatdıraq. Belə ki, hamiləlik dövründə bəzi dərmanlar və ciddi xəstəliklər körpəyə mənfi təsir edir. On birinci həftədə hansısa dərman istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşmək vacibdir. Həmçinin, xroniki xəstəliyiniz və ya hər hansı ciddi sağlamlıq probleminiz varsa, həkiminizlə mütəmadi əlaqə saxlayın.
Nəzərə almaq lazımdır ki, hər bir hamiləlik təcrübəsi fərqlidir. Ona görə də hamiləlik müddətini öz ehtiyaclarınıza və seçimlərinizə uyğun yaşamaq vacibdir. Həmçinin hamiləliyin sağlam və rəvan keçməsi üçün isə mütəmadi həkim müayinəsi önəmlidir. Odur ki, 055 574 70 74 nömrəsi vasitəsilə əlaqə saxlayaraq həkim mama-ginekoloq Xanım Adıgözəlovanın qəbuluna yazıla bilərsiniz.
-
Zehra Abdullayeva
Əla həkimdir
Xanim Rustamli
Muzaffar Garakhanli
Sevar Bayram
-
Super hekimdir 👍👍👍
Nergiz Ragimova
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Nuriyye Hesenova
Əla həkimdir👍🏼
Leyla Abdullayeva
Könül Vəliyeva
-
😍
Sevinc Hamidova
Pervane Mehmanova
Saday Zekiyev
Huseyn Bagirov
-
Royal Babayev
Razı qaldım
Gunel Nagiyeva
Ferqane Cavadova
kadir hacimuradov
-
Kanan Hasanli
Orxan Man
Əla həkimdir👍🏻
s_li. seadet
İşinin peşəkarıdır.
leila mammad
-
Nurlan Süleymanlı
Aydin Karimov
Xeyyam Nabiyev
Fatime Haqverdiyeva
-
Meryem Agayeva
Aydın Hacıyev
Lale Ahmadova
Teymur İbrahimzade
-
Absolutely wonderful service. 6/5
Emin Alizada
Aygül Mehdiyeva
Hemid Qocayev
Rufat Rzaev
-
hikmet Azizli
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Saritel Abbaszade
Aynur Mammadova
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
Nərmin Səmidova
-
Əla həkimdir, çox bəyənirəm.
Efsane Ehmedova
amazing person and friendly
Aynur Bedirxanova
Razı qaldım
Zeyver Semedzade
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊
Rovsana Mamedova