Ana Səhifə » Bloq » 13 Həftəlik Hamiləlik: Cinsi Əlaqə Risklidirmi?

13 heftelik hamilelik

13 Həftəlik Hamiləlik: Cinsi Əlaqə Risklidirmi?

Hamiləliyin 13-cü həftəsi hamiləlik prosesinin ikinci trimestrinə keçid nöqtəsidir. Bu dövrdə körpənin inkişafı sürətlənərkən gələcək ananın bədənində bir çox dəyişikliklər baş verir. Bu yazımızda hamiləliyin on üçüncü həftəsində nəzərə almalı olduğunuz vacib məqamları sizinlə bölüşürük.

13 həftəlik hamiləlikdə körpənin inkişafı necə olur?

13 həftəlik hamiləlik körpənin sürətlə inkişaf etdiyi və bir sıra mühüm dəyişikliklərin baş verdiyi bir dövrdür. Hamiləliyin on üçüncü həftəsində körpənin ölçü və böyüməsini təsvir etməli olsaq, deyə bilərik ki, bu həftədə körpənizin baş və bədən nisbəti daha balanslıdır, qollar və ayaqlar daha da inkişaf edib. Körpənizin əzələləri güclənir, hərəkətliliyi artır.

On üçüncü həftədə orqan inkişafı haqda danışmalı olsaq, deyə bilərik ki, bu həftədə körpənin orqanları sürətlə inkişaf etməyə davam edir. Ürək, ağciyər, böyrək, qaraciyər və digər orqanların funksiyaları yaxşılaşır. Həzm sistemi və tənəffüs sistemi də olğunaşmağa başlayır.

Bir çox ana üçün önəmli məqamlardan biri də cinsiyyətin aydınlaşdırılmasıdır. Qeyd edək ki, on üçüncü həftədə körpənizin cinsiyyəti aydınlaşmağa başlayır. Əgər bu həftədə ultrasəs müayinəsi aparılıbsa, bu müddət ərzində körpənin cinsiyyətini öyrənə bilərsiniz.

Körpə sürətlə inkişaf edirsə, əzələ və hərəkəti də artıq təkmilləşməyə başlayır deyə bilərik. Bu dövrdə körpənizin əzələləri güclənməyə davam edir və aktiv şəkildə hərəkət etməyə başlayır. Ancaq bu hərəkətlər ana tərəfindən hələ də hiss olunmur və ya hərəkət o qədər yüngüldür ki, ana onun fərqinə varmır.

Bəzən hamilələr on üçüncü həftədə skelet sistemi formalaşırmı deyə soruşurlar. Bəli, körpənizin sümükləri sürətlə inkişaf edir və sərtləşməyə başlayır. Bu dövrdə bədən artıq sümük iliyi də istehsal etməyə başlayır.

13 həftəlik hamiləlikdə bilməlisiniz ki, bu həftədə artıq körpənizin sinir sistemi və hiss orqanları sürətlə yetkinləşir və körpənin beyin hüceyrələri əlaqə yaratmağa başlayır. Göz, qulaq, burun, dil kimi orqanlar fəaliyyət göstərməyə başlayır.

On üçüncü həftədə bütün orqanlarla yanaşı körpənin dəri və saçları da inkişafı edir. Onun dərisi hələ nazik və şəffafdır. Qeyd edim ki, bütün xırda dəyişikliklər əslində körpənin tam inkişafına aparan yoldur. Bu yolda mütləq hər nüansı həkiminizlə bölüşməli və məlumat almalısınız.

13 həftəlik hamiləlikdə ana bətnində hansı dəyişikliklər baş verir?

On üçüncü həftədə uşaqlıqda bir sıra dəyişikliklər baş verir. Gəlin, bu dəyişikliklərlə yaxından tanış olaq.

Uşaqlığın böyüməsi

Hamiləlik irəlilədikcə uşaqlıq da böyüyür. On üçüncü həftəyə qədər uşaqlığınız qreypfrut ölçüsündə olsa da zaman keçdikcə o daha da böyüyür. 

Ligament (bağların) genişlənməsi

Hamiləlik hormonları uşaqlıqdakı bağları genişləndirir. Bu da uşaqlıqdakı dəstəkləyici birləşmələri zəiflədə və bəzi qadınlarda qasıq ağrısı və ya yüngül uşaqlıq ağrısına səbəb olması ilə müşahidə olunur. Ağrı şiddətlənərsə, mütləq ginekoloqa məlumat verilməlidir. 

Qan dövranı

Hamiləlik dövründə uşaqlığa daha çox qan axını daxil olur. Bu səbəblə qan damarları genişlənməyə başlayır. Bu, uşaqlıq ətrafında qan axınını artırır və körpəni ehtiyac duyduğu qida və oksigenlə təmin etməyə kömək edir.

Uşaqlıq boynu dəyişiklikləri

Hamiləlik zamanı uşaqlıq boynu dəyişir. On üçüncü həftədə uşaqlıq boynu bətnin bağlı qalması olan hissəsidir. Uşaqlıq böyüdükcə uşaqlıq boynu yumşalır və bu həftədə serviksdə açılma yoxdur.

Vaginal axıntı

Hamiləlik dövründə vaginal axıntıda da dəyişikliklər baş verir. Hamiləliyin on üçüncü həftəsində estrogen səviyyəsinin artması vaginal axıntının artmasına səbəb olur. Bu axıntı adətən normaldır, lakin qoxu, rəngli və ya qaşınma vəziyyətiniz varsa, mütləq həkiminizlə məsləhətləşməlisiniz.

13 həftəlik hamiləlikdə qəbizlik vəə ürəkbulanma

Hamiləlik dövründə ürəkbulanma və qəbizlik kimi həzm problemlərinə tez-tez rast gəlinir. Gəlin bu problemlər və onların həll yolları ilə yaxından tanış olaq.

Ürəkbulanma

13 həftəlik hamiləliyə çatan qadınların əksəriyyətində ürəkbulanma halları qaçılmazdır. Bu narahatlığı aradan qaldırmaq üçün aşağıda sadalanan tövsiyələrə diqqət yetirin.

Kiçik porsiya ilə tez-tez yeyin.Böyük porsiya yox, daha kiçik, tez-tez yemək ürək bulantısını aradan qaldırmaqda sizə kömək edəcək.

Yavaş yemək.Yavaş-yavaş və yaxşı çeynəməklə yemək ürək bulantısını azaldan amillərdən biridir.

Qazlı içkilərdən uzaq durmaq. Qazlı içkilər ürəkbulanmanı artırır, ona görə də qazlı içkilərdən qaçınmaq vacibdir.

Nanə və ya zəncəfil istifadəsi. Nanə və ya zəncəfilin qoxusu ürək bulanmasını aradan qaldırır. Nanə çayı içmək və ya tərkibində zəncəfil olan qidalar qəbul etməklə bu narahatlığı aradan qadıra bilərsiniz.

Təmiz hava qəbul etmək. Təmiz hava almaq və yaxşı havalandırılan bir mühitdə olmaq da ürək bulanmasını azaldır.

Qəbizlik

Hamiləlik dövründə ananı narahat edən şeylərdən biri də qəbizlikdir. Bəs bu narahatlığı necə aradan qaldırmaq olar? Aşağıda sadalananlara diqqət edək:

Su içmək. Bol su içmək həzm sistemini tənzimləməyə və qəbizliyin qarşısını almağa kömək edir.

Lifli qidaların istehlakı. Tərəvəz, meyvə, tam taxıl və lifli qidaların istehlakı qəbizliyin qarşısını alır.

İdman etmək. Müntəzəm olaraq yüngül məşq bağırsaq hərəkətlərini təmin edir və qəbizliyin qarşısını alır.

Probiotiklərin istehlakı. Tərkibində probiotik olan qidaların qəbuluna diqqət edin. Çünki probiotik əlavələrin qəbulu bağırsaq sağlamlığını təmin edir.

Yuxarıda göstərilən iki təməl narahatlıq hissi artmağa davam edərsə, bu halı mütləq həkiminizə bildirib, lazımi dəstəyi alın.

13 həftəlik hamiləlikdə cinsi əlaqə risklidirmi?

13 həftəlik hamiləlikdə cinsi sağlamlıq və cinsi əlaqə problemləri sıx qarşılanan haldır. Bu vəziyyətdə etməli olduğunuz ilk şey həkiminizlə danışmaqdır. Əgər cinsi sağlamlıq və münasibətlərlə bağlı narahatlıqlarınız və ya suallarınız varsa, çəkinmədən həkiminizlə açıq danışın. Həkiminiz hamiləlik zamanı cinsi əlaqə haqqında sizə məsləhət verə və sizin üçün nəyin uyğun olduğunu müəyyən etməyə kömək edəcəkdir.

Bu dövrdə fiziki və emosional olaraq qadında bir çox dəyişiklik baş verir. Unutmayın ki, münasibətinizdə rahatlıq və ünsiyyət vacibdir. Partnyorunuzla açıq şəkildə ünsiyyət qurun, hisslərinizi bölüşün və ehtiyaclarınızı izah edin. Bir-birinizi dəstəkləmək və anlamaq münasibətinizi gücləndirəcək və gərginliyinizi azaldacaq.

Hamiləlik irəlilədikcə müəyyən cinsi mövqelərin sizin üçün narahatlıq verməyi normal haldır. Uşaqlıq böyüdükcə, yan mövqelər və ya arxa mövqelər kimi daha rahat olan mövqeləri seçmək daha məqsədəuyğundur. Belə olan halda fərqli mövqeləri sınamaqla özünüz və partnyorunuz üçün rahat olan mövqeni tapa bilərsiniz.

Cinsi əlaqə zamanı sağlamlıq və gigiyenaya da diqqət edin. Təmizliyə və gigiyenaya diqqət yetirmək infeksiya riskini azaltmağa kömək edir. Həkiminizin tövsiyə etdiyi kimi cinsi yolla keçən infeksiyaların qarşısını almaq üçün kontrasepsiyadan, qoruyuculardan istifadə etmək də vacibdir.

13 həftəlik hamiləlikdə dişlərə necə qulluq edək?

Hamiləlik dövründə diş sağlamlığına diqqət etmək olduqca vacibdir, çünki hormonal dəyişikliklər dişlərə və diş ətlərinə təsir göstərir. Hamiləlik zamanı diş sağlamlığına diqqət yetirmək üçün 7 məsləhət.

Diş həkimi müayinələri. Hamiləlik dövründə diş həkimi ilə müntəzəm müayinələrə davam edin. Diş sağlamlığınızı izləmək və qarşılaşa biləcəyiniz problemləri erkən aşkar etmək üçün müntəzəm olaraq diş həkiminizlə məsləhətləşin.

Fırçalama və diş ipi. Gündə ən azı iki dəfə düzgün fırçalama və diş ipi dişlərin və diş ətlərinin təmiz olmasına kömək edir. Dişlərinizi yumşaq bir şəkildə fırçalayın və diş ətinizə zərər verməmək üçün diqqətli olun.

Sağlam qidalanma. Sağlam qidalanma vərdişi həm körpənizin sağlamlığı, həm də diş sağlamlığınız üçün vacibdir. Şəkərsiz və yüksək lifli qidalara önəm verin. Həmçinin, turşu və şəkərli içkiləri də qida rasiyonunuzdan çıxarın.

Mədə turşusundan qaçınmaq. Hamiləlik dövründə mədə turşusu artır ki, bu da diş minasına zərər verən əsas faktorlardan biridir. Ağızdakı turşu hissini aradan qaldırmaq üçün yeməkdən sonra su və ya süd içməyə çalışın.

Hamiləlik zamanı diş əti problemləri. Hamiləlik zamanı diş ətində həssaslıq, şişlik və ya qanaxma kimi simptomlarla qarşılaşacaqsınız. Diş ətinizdə hansısa bir problem görsəniz, dərhal diş həkiminizə müraciət edin.

Dişə qulluq məhsulları. Hamiləlik dövründə diş pastası və ağız qarqarası kimi diş baxımı məhsulları seçərkən onların təhlükəsiz olduğundan əmin olun. Həkiminiz və ya diş həkiminizlə məsləhətləşərək tövsiyə olunan məhsullardan istifadə edə bilərsiniz.

Diş həkiminizə hamiləliyiniz haqqında mütləq məlumat verin. Diş həkiminizə hamilə olduğunuzu bildirin ki, hamiləlik dövründə diş sağlamlığınızla bağlı xüsusi ehtiyaclarınız barədə məlumat alasınız.

13 həftəlik hamiləlikdə çəki nə qədər olmalıdır?

Hamiləlik dövründə bədən çəkisi və çəkiyə nəzarət mühüm məsələdir. Hamiləliyin on üçüncü həftəsində bədən çəkinizə necə nəzarət edəcəyinizi bilmirsinizsə, yazımızın bu hissəsi məhz sizin üçündür.

Çoxumuz bilirik ki, hamiləlik dövründə çəki artımı normaldır, lakin sağlam çəkiyə nəzarət vacibdir. Ümumiyyətlə, hamiləlik boyu çəki artımı əvvəlki çəki, bədən kütlə indeksi (BKİ) və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Bu müddət ərzində həkiminizlə məsləhətləşməli və onun tövsiyələrinə əməl etməlisiniz. Yəni, sağlam və balanslı qidalanmaya diqqət edin, zülal, lif, vitamin və minerallarla zəngin qidaların istehlakını artırın. Çünki körpənizin sağlam inkişafı və ehtiyacları üçün bu qidaların qəbulu önəmlidir. Həddindən artıq yağlı və şəkərli qidaların istehlakını məhdudlaşdırmağa çalışın.

Əgər iştahlısınızsa, porsiyalara diqqət edin. Hamiləlik dövründə porsiya nəzarətinə diqqət yetirmək çəki artımın qarşısını almaqda sizə kömək edəcək. Balanslı pəhriz üçün uyğun porsiyaları seçməyə çalışın. Həddindən artıq yeməkdən qaçınmaq və yemək prosesini yavaşlatmaq da çəki nəzarəti üçün faydalıdır.

Hamiləlik dövründə kifayət qədər su içmək də vacibdir. Su bədəninizi nəmləndirir, həzm sistemini tənzimləyir və bədən funksiyalarını dəstəkləyir. Bundan əlavə, su istehlakı toxluq hissi verir və həddindən artıq yemək riskini azaldır.

Ana namizədi müntəzəm olaraq məşq etməklə çəkisini idarə etməyə çalışmalıdır. Yalnız həkiminizin icazəsi ilə uyğun və təhlükəsiz idman proqramlarında iştirak edin. Gəzinti, üzgüçülük və yoqa kimi az təsirli məşqlərə üstünlük verməklə özünüzü risklərdən uzaq tutmuş olarsınız.

Bütün bu fəaliyyətləriniz zamanı müntəzəm olaraq həkim yoxlamalarına davam edib, sizə çəki nəzarəti və hamiləliklə bağlı göstərilmiş müvafiq tövsiyələrə əməl edin.

13 həftəlik hamiləlikdə hansı idmanı etmək olar?

Hamiləlik dövründə məşq və hərəkət enerji səviyyələrini artıra və əhval-ruhiyyəni yaxşılaşdıra, həmçinin ümumi sağlamlığı dəstəkləyə bilər. Bununla belə, hamiləlik dövründə yüngül və təhlükəsiz hərəkət etmək vacibdir. Bloqun bu hissəsində 13 həftəlik hamiləlikdə edə biləcəyiniz məşq və hərəkət üçün bəzi tövsiyələrlə tanış ola bilərsiniz.

Həkim məsləhəti. Məşq etməzdən əvvəl həkiminizlə danışın. Həkiminiz hamiləlik zamanı hansı məşqlərin təhlükəsiz olduğunu, hansı fəaliyyətlərdən çəkinməli olduğunuzu və nə qədər müddət ərzində məşq edə biləcəyinizi müəyyən edəcək.

Gəzinti. Gəzinti hamiləlik zamanı təhlükəsiz və effektiv məşq variantıdır. Daimi gəzinti ürək sağlamlığını dəstəkləyir, enerji səviyyələrini artırır və əzələləri gücləndirir. Düz, təhlükəsiz bir səthdə yavaş sürətlə gəzməyə diqqət edin.

Üzgüçülük. Üzgüçülük hamiləlik dövründə tövsiyə olunan rahat məşqdir. Su bədəninizin ağırlığını dəstəkləyir və oynaqlardakı stresi azaldır. O, həm də bədəni sərin saxlayır və rahatlıq verir. Təhlükəsiz və gigiyenik mühitdə üzə bilərsiniz.

Yoqa və pilates. Hamiləlik üçün xüsusi olaraq hazırlanmış yoqa və pilates məşqləri əzələ gücünü artırır, elastikliyi dəstəkləyir və rahatlama təmin edir. Bu məşqləri düzgün texnika və hamiləliyə uyğun mövqeləri təmin edən bir məşqçinin iştirakı ilə etmək vacibdir.

Kegel məşqləri. Çanaq dibinin əzələlərini gücləndirmək, hamiləlik zamanı sidik qaçırmanın qarşısını almaq və doğum prosesini dəstəkləmək də önəmlidir. Kegel məşqləri həkiminizin rəhbərliyi altında düzgün şəkildə öyrənilməli və edilməlidir. 

Sadə hərəkətlər. Hamiləlik dövründə tarazlığı qorumaq və elastikliyi artırmaq üçün sadə tarazlıq məşqləri və uzanma hərəkətləri edə bilərsiniz. Bununla belə, bunu sabit səthlərdə və təhlükəsiz şəkildə yerinə yetirməyiniz vacibdir.

İdman edərkən rahat və dəstəkləyici paltar, uyğun idman ayaqqabısı geyinin və maye qəbulunu unutmayın. Məşq edərkən həddindən artıq tərləmədən çəkinin və yorğun olduğunuz zaman dincəlməyə vaxt ayırın. Bədəninizi dinləməli və həddindən artıq gərginlikdən qaçınmalısnız.

Unutmayın ki, hamiləlik təcrübəsi hər qadında fərqlidir, ona görə də doğumunuzu öz ehtiyaclarınıza və seçimlərinizə uyğun planlaşdırmaq vacibdir. Fərdi hamiləlik ehtiyaclarınızı qarşılamaq üçün həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə 055 574 70 74 mobil nömrəsi vasitəsilə əlaqə saxlayıb, müayinəyə yazıla bilərsiniz.

Şərh yaz