Ana Səhifə » Bloq » Epidural Anesteziya ilə Doğum Nədir? Riskləri və Üstünlükləri

Epidural Anesteziya ilə Doğum Nədir? Riskləri və Üstünlükləri - Drxanim.az

Epidural Anesteziya ilə Doğum Nədir? Riskləri və Üstünlükləri

Doğum təcrübəsi qadınların həyatında yaşadıqları gözəl təcrübə olaraq qiymətləndirilsə də, doğum sancısından çəkinən və mümkün qədər rahat doğum arzulayan qadınlar da az deyil. 

Epidural anesteziya təbii doğuşun ağrısız keçmə prosesidir. Təbii ki, rahat və çox qadınlar tərəfindən seçim olunan bu üsulda dərmanlardan istifadə olunması qadınlarda onunla bağlı xeyli suallar yaradır.

Epidural anesteziya nədir?

Epidural anesteziya bədənin müəyyən bir bölgəsində ağrıları bloklayan regional anesteziyadır. Epiduralın məqsədi anesteziyadan daha çox analjeziya və ya ağrıları aradan qaldırmaqdır ki, bu da hissiyatın tamamilə olmamasına səbəb olur. Epidurallar onurğanın aşağı seqmentlərindən sinir impulslarını bloklayır. Bu da bədənin aşağı yarısında hissiyyatın azalması ilə nəticələnir.

Anesteziya təsiri olduğu üçün epidural dərmanlar anesteziya dərmanları kimi yerli anestezik adlanan dərmanlar sinfinə aiddir.

Epidural anesteziya prosesinin gedişatı

Epidural anestezik inyeksiya onurğanızın ətrafındakı epidural boşluğa anestezik yeritməklə işləyir ki, ağrı siqnallarının onurğanızdan beyninizə keçməsini dayandıra bilsin. 

Bu zaman epidural boşluq maye ilə doludurulur və onurğa beyninizi əhatə edir. Bunu onurğa beyninizin ətrafındakı maye qabığı kimi düşünün.

Onurğa beyniniz bütün bədəninizdəki sinirləri beyninizə birləşdirən magistral yol kimi fəaliyyət göstərir. 

Məsələn, yaralandığınız zaman, vücudunuzun bu bölgəsindəki bir sinir onurğa beyninizdən beyninizə və kürəyinizə ağrı siqnalı göndərir. Bu, həkimin onurğaya epidural yeritdiyi yerdən asılı olaraq bədəninizin müəyyən bir bölgəsində ağrı siqnallarını bloklayan onurğa sinirlərini müvəqqəti olaraq uyuşdurur.

Anesteziyanın bu növü müvəqqəti rahatlama və ya müvəqqəti ağrı hiss etmə qabiliyyətini təmin edə bilər və təsir gücü aşağıdakı amillərdən asılıdır:

  • Həkiminizin istifadə etdiyi anestezik dərman növü;
  • Dərmanın konsentrasiyası (nə qədər güclüdür);
  • Dərmanın dozası.

Epidural, yoxsa təbii doğuş?

Təbii doğuş ananın epidural anesteziya kimi heç bir ağrı dərmanı istifadə etmədən körpəsini dünyaya gətirdiyi doğuş prosesidir. 

Bu üsul ananın doğuş ağrısının öhdəsindən gəlmək üçün təbii qabiliyyətinə əsaslanır və ağrıları idarə etməyə kömək etmək üçün nəfəs məşqləri, meditasiya və masaj kimi müxtəlif texnikaları özündə ehtiva edir.

Təbii doğuşun üstünlüklərindən biri ananın doğuş prosesində tam iştirakına imkan verməsidir. 

Yəni epiduraldan fərqli olaraq təbii doğuşda ana sərbəst hərəkət edə, mövqeləri dəyişdirə və ağrıları idarə etmək üçün müxtəlif üsullardan istifadə edə bilər. 

Ancaq istənilən ağrı azaldıcı hərəkətlərə baxmayaraq normal doğuş çox ağrılı və bəzi qadınlar üçün ağrıkəsici olmadan gücənməyin intensivliyi ilə mübarizə aparması mümkünsüz ola bilər. Bu tip şiddətli ağrılar bəzi hallarda doğum prosesinə mənfi təsir göstərən stres və narahatlığın artmasına səbəb olur. 

Bundan əlavə, bu anesteziya ilə olan doğuş müəyyən tibbi vəziyyəti olan və ya doğuş zamanı ağırlaşma riski olan qadınlar üçün seçim olunan ən etibarlı doğuş prosesidir.

Epidural anesteziyanın üstünlükləri nələrdir?

1. Doğuş zamanı ağrı kəsici funksiyası olması

Əsas üstünlüklərindən biri doğuş zamanı yaranan ağrıların aradan qaldırılmasıdır. 

Sancıların şiddətli ağrısı bir çox qadın üçün ağır ola bilər. Epidurallar bu ağrıları aradan qaldırmağa kömək edən əsas vasitələrdəndir. 

Epidurallar, həm də qeysəriyyə əməliyyatı zamanı ağrıları idarə etməkdə də yüksək effektivliyə malikdir. Həmçinin qeysəriyyə zamanı ananın ayıq olmasına və doğumun rahat keçməsinə şərait yaradır.

2. Doğumun rahat keçməsi və ananın məmnunluğu

Tədqiqatlar göstərdi ki, doğuş zamanı epidural anesteziya alan qadınlar doğuş təcrübəsindən daha çox məmnun olurlar. Bunun səbəbi epiduralların təsirli ağrıları aradan qaldırması, qadınlara rahatlamağa və ağrıdan çox doğum təcrübəsinə diqqət yetirməyə imkan verməsidir.

3. Körpənin üzərindəki stresi azaltmaq

Doğuş zamanı ağrı və stres körpəyə mənfi təsir göstərə bilər. O cümlədən ağrının təsirindən yaranan stresə görə oksigenin və ürək dərəcəsinin azalması halları da yaşana bilər. Epidural anesteziya ananın ağrısını azaltmaqla və rahatlama təmin etməklə körpə üzərindəki stresi azaltmağa kömək edən və doğuş zamanı mənfi təsirləri minimuma endirən vasitədir.

4. Doğuşdan sonra daha sürətli bərpa

Doğuş zamanı epidural qəbul edən qadınlarda doğuş müddəti daha qısa olur və daha az ağırlaşmalar olur ki, bununla da doğuşdan sonra daha sürətli sağalma prosesini izləmək mümkündür.

Eyni zamanda epidurallar anaya istirahət vermək və doğuş zamanı fiziki, eyni zamanda emosional stresdən azad etməklə doğuşdan sonrakı depressiya riskini azaltmağa da səbəb olan metoddur.

5. Ağrı dərmanlarına nəzarət

Epidural ilə ana qəbul etdiyi ağrıkəsici dərmanların miqdarına nəzarət edir. Ağrı çox güclü olarsa, anestezioloq dərmanın dozasını artıra bilər. Əksinə, ana daha ayıq olmaq və ya doğum təcrübəsini daha çox hiss etmək istəyirsə, dərmanı azaltmaq və ya tamamilə dayandırmaq da olar.

6. Digər ağrı dərmanlarına ehtiyac azalır

Epidurallar ağrının idarə edilməsində yüksək təsirli olduğundan, doğuş zamanı epidural anesteziya qəbul edən qadınlarda ağrı demək olar ki, olmur və bu səbəblə də ağrı kəsici dərmanlara ehtiyac duymurlar. Bu da həm ana, həm də körpə üçün faydalı olan amillərdəndir ki, hər hansısa dərmanın əks-təsir yaratma halları olmur.

7. Təkmilləşdirilmiş yuxu keyfiyyəti

Epidurallar doğuş zamanı qadınlarda yarana biləcək yuxu pozuntusunun qarşısını alır. 

Belə ki, doğuş sancısının ağrısı qadınların istirahətini çətinləşdirə bilər, lakin epidural bu ağrıları aradan qaldırmağa və qadınların daha rahat istirahət etmələrinə şərait yaradır.

8. Ümumi anesteziyadan daha təhlükəsizdir

Ümumiyyətlə bəzən qeysəriyyə və ya digər cərrahi əməliyyatlar üçün istifadə edilən ümumi anesteziyadan daha təhlükəsizdir. Ümumi anesteziya özündə mədənin aspirasiyası, allergik reaksiyalar kimi riskləri daşıyır. 

Epidural anesteziya kimlərə olmaz?

1. Qanaxma pozuntusu olan insanlar

Qanın laxtalanması ilə bağlı problemi olan və ya qan durulaşdırıcı dərman qəbul edən insanlarda qanaxma riskini artıra bilər.

2. Hər hansısa infeksiyası olan insanlar

Bu anesteziya üsulu infeksiyaları onurğa kanalına və beyinə yaya bilər.

3. Allergiyası olan insanlar

Bəzi insanların anesteziya zamanı istifadə edilən dərmanlara qarşı allergiyası ola bilər. Bu da doğum prosesini çətinləşdirdiyi üçün məsləhət görülmür.

4. Aşağı qan təzyiqi olan insanlar

Bu anesteziya qan təzyiqini aşağı sala və artıq aşağı təzyiqi olan insanlar üçün riskli ola bilər.

5. Ciddi onurğa problemləri olan insanlar

Onurğa deformasiyası və ya onurğa beyni zədəsi olan insanlarda epidural anesteziya uğurlu seçim olmaya bilər.

Epidural anesteziyanın dölə yaratdığı fəsadlar nələrdir?

Epidural anesteziyanın döl üçün zərərləri olmasa da, istisna hallar ola bilər ki, doğum zamanı problemlər yaşansın.

Həmin problemlərə bunlar daxildir:

  • Dölün ürək döyüntüsünün dəyişikliyi

Yavaşlamış ürək döyüntüsü də daxil olmaqla, dölün ürək döyüntüsünün dəyişməsinə səbəb ola bilər. Bu, plasentaya qan axınının dəyişməsi və ya körpənin dərmana reaksiyasında dəyişikliklər səbəbindən baş verir. Bu səbəbdən də doğuş zamanı baş verən bu cür dəyişiklikləri aşkar etmək və müvafiq tədbirlər görmək üçün dölün ürək döyüntüsünün davamlı monitorinqi aparılır.

  • Ana südü ilə qidalanmanın gecikməsi

Körpənin doğuşdan sonrakı dövrdə ana tərəfindən əmizdirilmə qabiliyyətinə də təsir edə bilir. Belə ki, bu zaman istifadə edilən dərmanlar plasentanı keçə və körpənin koordinasiyasına, döşə yapışma qabiliyyətinə təsir göstərə bilər ki, bu da ana südü ilə qidalanmanın gecikməsinə səbəb olur.

  • Ananın temperaturunun yüksəlməsi

Epidural anesteziya bəzən dölə dolayı təsir göstərə bilən ana qızdırması yaradır. Ona görə də doğuş zamanı ananın temperaturu daim nəzarətdə saxlanılır və qalxan qızdırma müşahidə və tibbi müdaxilə tələb edə bilən fetal taxikardiya riskinin artması ilə əlaqələndirilir.

  • Ananın hipotenziyası

Ananın qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilər ki, bu da plasentaya qan axınının azalması ilə nəticələnə bilər. Bu hal isə dölün oksigenləşməsinə potensial təsir göstərən vəziyyətlərdəndir. Ananın hipotenziyası həkim tərəfindən dərmanın dozasını tənzimləmək və ananın qan təzyiqini yaxından izləməklə idarə olunur.

Epidural anesteziyanın riskləri hansılardır?

Bununla bağlı risklər ümumiyyətlə aşağıdır və doğuş zamanı epidural alan qadınların əksəriyyətində heç bir ağırlaşma halları müşahidə olunmur. 

Lakin riskləri minimum olsa da, hər hansı tibbi prosedur burada da risklər və potensial ağırlaşmalar mövcuddur.

  • Qan təzyiqinin düşməsi

Qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilər ki, bu da həm ana, həm də körpə üçün zərərli haldır.

  • Baş ağrısı 

Ən çox müşahidə olunan hal baş ağrılarıdır. Epidural sonrası anada şiddətli və bir neçə gün davam edən baş ağrısı ola bilər.

  • İnfeksiya

Epiduralın yerləşdirildiyi sahədə az faizlə də olsa, infeksiya yaranma riski var.

  • Sinir zədələnməsi 

Nadir hallarda epidural iynə onurğa beynindəki sinirlərə zərər verə bilər. Bu da özünü uyuşma, zəiflik və ya nevroloji simptomların müşahidəsi ilə biruzə verir.

  • Tənəffüs problemləri

Baş ağrısından sonra ən çox bilinən risk tələffüs problemidir. Anesteziyanın bu növü burun-boğaz xəstəlikləri olanlarda problem yarada və tələffüsü çətinləşdirə bilər.

Qeyd edilənləri nəzərə alaraq  doğumun necə olması ilə bağlı suallarınız varsa, 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinə üçün gün ala, həkimin məsləhət və tövsiyələrinə əsasən sizin və körpəniz üçün doğru olan doğum üsulunu seçə bilərsiniz.

Şərh yaz