Mündəricat
ToggleNiyə hamilə qala bilmirəm?
Hamilə qala bilməmək dünyanın ən möcüzəvi hissi olan valideynlik duyğusunu dadmağa mane olur. Ona görə də bu, təkcə tibbi deyil, həm də sosial baxımdan cəmiyyətimizdə və dünyada maraq doğuran mövzudur. Tibbi adı sonsuzluq olan hamilə qalmamaq psixoloji səbəblərlə yanaşı müxtəlif fiziki səbəblərdən də yaşanır. Müəyyən zaman sonra hamilə qala bilməmək kimi problemlə qarşılaşanlar hamilə qalmamağın səbəbləri ilə maraqlanır, həll yolları axtarırlar. Belə olan halda niyə hamilə qala bilmirəm sualı ortaya çıxır. Problemin səbəbi bəzən qadınla bağlı olsa da, bəzən də kişinin sağlamlığı ilə bağlı olur. Hamiləliyin baş verməməsinin səbəbləri barədə məlumatlanmaq və lazımi tədbirləri görmək problemi erkən mərhələdə həll etməyə kömək edir.
Hamilə qalmamağın səbəbləri nələrdir?
Hamilə qalmaq istəyib, amma hamiləlik testinin neqativ olduğunu görənlər hər dəfəsində xəyal qırıqlığı yaşayırlar. Hamilə qalmamağın səbəbləri nələrdir deyə axtarışa çıxar, qanəətbəxş cavab tapana qədər bu axtarışı davam etdirirlər. Hamilə qala bilməmək və sonsuzluq nizamsız aybaşı dövrləri və ya şiddətli menstrual sancılar kimi simptomlarla özünü biruzə versə də, hamilə qala bilməməyin əsas səbəbləri adətən simptomsuz olur. Müraciət edən pasiyentlərdə bu kimi bir halla rastlaşdıqda ən son həll olaraq süni mayalanma tətbiq olunur. Lakin müalicəyə başlamamışdan əvvəl mümkün olan bütün səbəblər araşdırılmalıdır. Hamilə qalmamağın səbəbləri isə bunlar hesab olunur:
- Hormonal problemlər
- Qadınlarda yaranan xəstəliklər
- Kişilərdə yaranan xəstəliklər
- Qadınlarda yuxarı yaş həddi
- Çəki problem
- Xərçəngə qarşı dərmanlar
- Xroniki xəstəliklər
Hormonal balansın olmaması, hormonal problemlər
Hormonal pozğunluq hormonal problemlər hamilə qalmamağın səbəbləri sırasında yer alan ilk problemdir. Belə ki, bu problem yumurtalamanın pozulmasına, nizamsız aybaşı tsiklinə və sperma sayının azalmasına yol aça bilər. Menstrual dövrü və yumurtlamanın tənzimlənməsini təmin edən hormonlar bunlardır: follikul stimullaşdırıcı hormon (FSH), luteinləşdirici hormon (LH), estrogen və progesteron. Hormonal balansın olmamasının digər səbəbləri arasında polikistik yumurtalıq sindromu (PCOS), tiroid problemləri, adrenal və ya hipofiz vəziləri ilə bağlı problemlər var ki, bunlar da hamiləliyin baş verməmə səbəbi olaraq bilinir.
Buna görə də hamilə qala bilmirəm deyən qadınlardan ilk olaraq hormonal testlər verməsi tələb olunur.
Qadınlarda yaranan xəstəliklər
Hamilə qalmamağın səbəbləri arasında qadın xəstəlikləri də yer alır. Qadınlarda yumurtanın inkişafı və keyfiyyətində, uşaqlıqda, uşaqlıq borularında, bir sözlə, yumurtanın mayalanıb uşaqlığa implantasiya olunana qədər bütün mərhələlərində rast gəlinəcək ciddi problemlər övlad sahibi bilməməklə nəticələnir. Qadınlarda hamiləliyin qarşısını alan, hamilə qala bilməməyin səbəbləri arasında yer alan xəstəlikləri aşağıdakı kimi sıralamaq olar:
Yumurtalığın kistası
Yumurtalığın kistası və ya şokolad kistası olaraq da bilinən endometrioz uşaqlığın içini örtən endometrium təbəqəsinin uşaqlıqdan kənara çıxması zamanı meydana gəlir. Sözügedən kistlər yumurtanın keyfiyyətini azaldır və uşaqlıq borusunun funksiyasını pozur. Bu isə hamilə ola bilməmək kimi ciddi problemə səbəb olur.
Uşaqlıq borularında tıxanma
Uşaqlıq borularında tıxanma hamilə qala bilməməyin səbəbləri arasında ən çox görülən səbəblərdən biridir. Borularda tıxanma uzun müddət müalicə olunmayan infeksiya və ya cərrahi əməliyyatdan sonra baş verir. Tıxanma səbəbindən yumurtanın boruya keçməsində maneə yarana bilər, sperma yumurtaya çatmaya bilər.
Vaginal quruluq
Vaginal quruluq da hamilə qala bilməmək səbəblərindəndir. Belə ki, vaginal quruluq cinsi əlaqə zamanı hər iki tərəf üçün çətin bir vəziyyət olduğundan, sürüşkənlik yaradan məhlullara üstünlük verilir. Belə məhsullar isə sperma keyfiyyətinə mənfi təsir göstərərək hamiləliyi çətinləşdirə bilər.
Kişilərdə yaranan xəstəliklər
Hamilə qala bilməməyin səbəbi dedikdə kişilərlə bağlı olan səbəblər arasında spermanın keyfiyyəti, sayı və yumurtaya çatan sperma olur. Kişilərlə bağlı hamiləliyi çətinləşdirən şərtlər aşağıdakı kimi sıralana bilər:
Varikosel
Varikosel testislərdəki damarların şişərək genişlənməsi nəticəsində meydana gəlir. Gənc kişilərdə də görülə bilən varikosel spermanın yaranmasına və keyfiyyətinə mənfi təsir etdiyi üçün hamilə qalmamağın səbəbi olaraq bilinir.
Azospermiya
Azospermiya, yəni cini əlaqə zamanı ifraz olunan axıntıda sperma olmamasıdır. Bu da hamilə qalmamaqla nəticələnir. Azospermiya iki səbəblə baş verə bilər. Səbəblərdən biri sperma kanalının tıxanması, digəri isə genetik xəstəliklərdir. Sperma kanalı anadangəlmə qüsurlu ola bilər və ya genital infeksiyalar nəticəsində, cərrahi əməliyyatlar zamanı tıxanır. Hamilə qala bilməmək ilə nəticələnən genetik xəstəliklər içərisində xayaların burulması və ya yuxarıda yerləşməsi var.
Erektil disfunksiya
Erektil disfunksiya olaraq da bilinən sərtləşmə problemi kişi sonsuzluğunun, hamilə qala bilməməyin səbəbi olaraq bilinir.
Qadınlarda yuxarı yaş həddi
Erektil disfunksiya olaraq da bilinən sərtləşmə problemi kişi sonsuzluğunun, hamilə qala bilməməyin səbəbi olaraq bilinir.
Çəki problemi
Həddindən artıq kilolu və ya çox arıq olmaq da hamilə ola bilməmək kimi bir hala səbəb olur. Qadınlarda çəki balansının pozulması yumurtlamanın və yumurtalıqların normal fəaliyyətinin qarşısını ala bilər. Bu isə hamilə qala bilməməklə nəticələnə bilər. Piylənmə isə qadınlarda menstruasiya pozuntusunun, yəni aybaşı tsiklinin nizamsızlığının səbəblərindən biridir.
Hamiləliyin baş verməməsi həm də məhz kişilərdəki çəki problemindən qaynaqlanır. Kişilərdə çəki balansının pozulması isə sperma sayı və keyfiyyətini pisləşdirir. Artıq çəki bədən istiliyini artırır, nəticədə isə məhsuldar sperma miqdarını azaldır.
Xərçəngə qarşı dərmanlar
Xərçəng xəstəliyi və müalicəsində istifadə edilən dərmanlar və şüalar həm kişilər, həm də qadınlar üçün hamiləliyə maneə olan amillərdir. Bu halda kişilərdə sperma keyfiyyəti və sperma sayını azaldır, qadınlarda isə yumurtlamada problemlər yaradaraq erkən menopoza səbəb ola bilir. Bu səbəbdən xərçəng müalicəsinə başlamazdan əvvəl reproduktiv qoruyucu tədbirlər görülməlidir.
Xroniki xəstəliklər
Hamilə qala bilməməyin səbəbləri arasında xroniki xəstəliklər də var. Belə ki, hamiləliyin baş verməsi üçün bədənin funksiyalarının lazım olduğu kimi işləməsi və maddələr mübadiləsinin öz funksiyasını sağlam şəkildə davam etdirməsi vacibdir. Diabet, qaraciyər və böyrək xəstəlikləri, laxtalanma problemi, qalxanabənzər vəzi xəstəlikləri kimi xroniki xəstəliklər maddələr mübadiləsinə təsir etdiyi üçün hamiləliyin qarşısını alan səbəblər arasında əhəmiyyətli yer tutur. Bu xəstəliklərin müalicəsi müvəffəqiyyətlə aparılmazsa, hamiləlik baş versə belə, vaxtından əvvəl doğuş və ya düşük kimi təhlükələr yaradır.
Qeyd edək ki, uzun zamandır cəhdlərinizə baxmayaraq övlad sahibi ola bilməmisinizsə, uğursuz müalicələr almısınızsa, professional bir dəstək almaq və tez bir zamanda uşaq sahibi ola bilmək, həmçinin bütün suallarınıza cavab ala bilmək üçün 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya bilərsiniz.
-
Əla həkimdir
-
Super hekimdir 👍👍👍
Çox yaxşı həkimdir,bir rəfiqəm pasiyenti olmuşdu, çox məmnun qalıb.
Əla həkimdir👍🏼
-
😍
-
Razı qaldım
-
Əla həkimdir👍🏻
İşinin peşəkarıdır.
-
-
-
Absolutely wonderful service. 6/5
-
I recently visited Dr. Xanım Adıgözəlova for my annual gynecological check-up and I must say I had an outstanding experience. From the moment I arrived at the clinic, the staff was welcoming, efficient, and made me feel completely at ease. Dr. Xanım Adıgözəlova took the time to listen to my concerns and answer all my questions. Their bedside manner was exceptional - I felt truly cared for and supported throughout the entire appointment. Xanım Adıgözəlova is clearly knowledgeable and experienced in their field, providing me with expert guidance and advice on my health.
Xanım doktor ilə müalicə prosesinin effektini görmək, digər həkimlərlə müqayisədə anlayışlı olması çox müsbətdir 😊
-
Əla həkimdir, çox bəyənirəm.
amazing person and friendly
Razı qaldım
Çox Yaxşı Həkimdir. Cox razı qaldim😊