Ana Səhifə » Bloq » Hamilə Qalmamaq üçün Nə Etmək Lazımdır? Sualının Cavabı-100%

Hamilə Qalmamaq Üçün Nə Etmək Lazımdır Hamilə Qalmamağın Yolları - Drxanim.az

Hamilə Qalmamaq üçün Nə Etmək Lazımdır? Sualının Cavabı-100%

Günümüzdə arzuolunmaz hamiləlikdən qorunmaq üçün müxtəlif üsullar var. Hamiləliyin qarşısını almaq üçün özünüz və qarşı tərəf üçün ən uyğun üsullardan birini seçə bilərsiniz.

Hamiləliyin qarşısını almaq üçün maneə üsulları, hormonal üsullar və əməliyyat kimi daimi üsullar da daxil olmaqla bir neçə üsul mövcuddur. Hamiləlikdən qorunmaq üçün yol seçərkən fərdlərin şəxsi ehtiyaclarını və üstünlüklərini nəzərə almaları və seçimlərini tibb işçisi ilə müzakirə etmələri vacibdir. Misal üçün, doğum nəzarət həbləri estrogen (qadın hormonu) və progestogen (ovulyasiya hormonu) ehtiva edir və həbi qəbul edən qadında 21 gün ərzində ovulyasiyanı dayandırır. Həmçinin uşaqlıq boynu ifrazatını qatılaşdıraraq spermanın uşaqlığa daxil olmasını azaldır, uşaqlığın içini hamilə qalmaq üçün yararsız edir. Dərman dayandırıldığı ilk ayda hər şey əvvəlki vəziyyətinə qayıdır və hamiləlik şansı yenidən başlayır.

Arzuolunmaz hamiləlik: Niyə hamilə qalmamaq üçün yollar axtarılır?

İstənməyən hamiləlik qadın və ya kişinin planlaşdırmadığı və ya istəmədiyi bir hamiləlikdir. Bu, cinsi fəaliyyət zamanı qadının hamilə qalmasına və hər iki tərəfin həyatına ciddi təsir göstərə bilər. Həm kişilər, həm də qadınlar müxtəlif şəxsi, maliyyə və ya sağlamlıq səbəblərinə görə hamiləliyin baş tutmaması üçün yollar axtarır. Bəzilərində hamiləliyi təhlükəli edən tibbi şərtlər, digərlərində isə hamiləliyə mane olan başqa səbəblər ola bilər. Səbəbindən asılı olmayaraq, istənməyən hamiləliyin qarşısını almaq üçün etibarlı məlumat və düzgün yola yönəlmək vacibdir. İstənməyən hamiləliyin qarşısını almağın yolları ilə bağlı axtarış etmək insanlara reproduktiv sağlamlıqları ilə bağlı məlumatlı olmağa və buna görə qərarlar qəbul etməyə, gələcəklərini planlaşdırmağa kömək edir.

Hamiləlikdən qorunma - Hamilə qalmamaq üçün təbii, tibbi və digər üsullar hansılardır,?​ - Drxanim.az

Hamiləlikdən qorunma: Hamilə qalmamaq üçün təbii, tibbi və digər üsullar hansılardır?

Bunun üçün bir çox qorunma üsulu var. Həm qadınların, həm də kişilərin qorunması ilə hamiləliyin qarşısını almaq üçün tədbirlər görülür. Bu tədbirlər –  hamiləlikdən qorunmaq üçün üsullar təbii, tibbi, kontraseptiv üsullar olaraq bölünür. Hamiləlikdən qorunma üsulları arasında:

  • həblərlə qorunma;
  • aylıq inyeksiya ilə qorunma;
  • uşaqlığın içərisinə yerləşdirilən cihazla qorunma;
  • prezervativ istifadəsi ilə qorunma;
  • dərialtı implantlarla qorunma
  • uşaqlıq borularının cərrahi yolla bağlanması vasitəsilə qorunma üsulları yer alır.

Hamiləliyin baş verməməsi üçün qorunma üsulları arasında hansının sizin üçün uyğun bir üsul olduğunu bilmək üçün ginekoloq ilə müzakirə aparmaq və düzgün qərar vermək mütləqdir.

Hamilə qalmamaq üçün təbii üsullar hansılardır? - Drxanim.az

Hamilə qalmamaq üçün təbii üsullar hansılardır?

Təbii üsullar doğuma nəzarət üçün üstünlük verilən seçimdir. Bu nəzarət üsulu ilə 100 % qorunmaya nail olmaq mümkün deyil. Müntəzəm menstruasiya olan qadınlarda aybaşı dövrü və bu dövrün bədəndə yaratdığı fizioloji dəyişikliklər hər ay oxşardır və buna görə qadınlar yumurtlama zamanını və hətta menstruasiyanın nə vaxt olacağını hiss edə bilirlər. Hamiləlikdən qorunmaq üçün tətbiq edilən təbii üsullar bu menstruasiya dövrünə görə hesablana bilər. Ancaq bu üsula daha çox hamilə qalmaq istəyən qadınlar üstünlük verir. Təbii üsullar əsasən bunlardır:

  • Mexaniki qorunma;
  • Ovulyasiya əlamətlərinə əsaslanmaq;m

Mexaniki qorunma üsulu ilə qorunmaq

Mexaniki qorunma üsulu (başqa adla cinsi əlaqənin yarımçıq kəsilməsi) və ya kişi müdafiəsi kimi tanınan bu üsul tez-tez istifadə edilən təbii üsuldur. Lakin hamiləlikdən qorunma üsulları arasında 100 %-lik qorunma təmin edən üsul deyil. Yəni kişi çox diqqətli olsa belə, bu üsulun qorunması çox, çox aşağıdır. Əgər hamiləlikdən qorunmaq istəyirsinizsə və tək qorunma üsulu olaraq bunu seçmisinizsə, mütləq əlavə qorunma üsulu da düşünülməlidir.

Ovulyasiya əlamətlərinə əsaslanaraq qorunmaq

Hamiləlikdən qorunmaq üsullarından biri də ovulyasiya əlamətlərinə əsaslanaraq qorunmaqdır. Qadının hamilə olması üçün ovulyasiya dövründə uşaqlıq borularında olan yumurta ilə spermanın birləşməsi mütləqdir. Ovulyasiya zamanını təxmin edərək hamiləlikdən təbii üsullarla qorunmaq hamilə olma ehtimalınızı azalda bilər.

Hamilə qalmamaq üçün tibbi və cərrahi üsullar hansılardır?

Tibbi və cərrahi üsullar həm qadınlar, həm də kişilər üçün mövcuddur. Qadınlar üçün ən çox istifadə edilən müasir hamiləlikdən qorunmaq üsulları həblər və uşaqlıqdaxili spiraldır. Bununla belə, kişilərin çoxalma hüceyrələrini öldürən iynələr, diafraqmalar, həblər və şamlar, boruların bağlanması adlanan qadın borularının bağlanması üsulları hamiləlikdən qorunma üsulları içərisində yer alır.

Hamiləliyi əngəlləmək üçün tibbi üsullar bunlardır:

Hormonal üsullar: doğum nəzarət həbləri, iynələr, vaginal halqalar və implantasiya edilə bilən cihazlar;

Baryer üsulları: prezervativlər, diafraqmalar, servikal qapaqlar daxildir.

Doğum nəzarət həbləri - Drxanim.az

Doğum nəzarət həbləri

Hamiləlikdən qorunmaq üçün istifadə edilən doğum nəzarət həbləri hər gün ağızdan qəbul edildikdə yumurta əmələ gəlməsinin qarşısını alır. Həmçinin uşaqlıq boynundakı ifrazatları qalınlaşdıraraq spermanın uşaqlığa çatmasının qarşısını alır. Hamilə qalmamağın yolları arasında bu həblər təsirli üsuldur, amma cinsi əlaqə olub-olmamasından asılı olmayaraq hər gün eyni vaxtda qəbul edilməlidir.

Uşaqlıqdaxili cihaz - spiral - Drxanim.az

Uşaqlıqdaxili cihaz - spiral

Hamiləlikdən qorunmaq üçün istifadə edilən spiral tibb işçiləri tərəfindən uşaqlığın içərisinə daxil edilir. Qorunma üsulları içərisində daha çox istifadə edilən məhz spiral ilə qorunma üsuludur. Spiral çıxarıldıqdan dərhal sonra hamilə qalmaq mümkündür.

Hamilə qalmamaq üçün iynələr - Drxanim.az

Hamilə qalmamaq üçün iynələr

Hamilə qalmamaq üçün iynələr 2 cür olur: hər ay və 3 aydan bir vurulan. Bu iynələr də həblər kimi yumurtanın əmələ gəlməsinin, həmçinin uşaqlıq boynundakı ifrazatları qatılaşdıraraq spermanın uşaqlığa çatmasının qarşısını alır.

Sperma hüceyrələrini öldürən tabletlər

Qadın cinsi əlaqədən əvvəl hamiləliyin qarşısını almaq üçün kişi sperma hüceyrələrini öldürən həbi vajina içərisinə yerləşdirir. Sperma hüceyrələrini öldürən tabletlər spermatozoidləri uşaqlığa çatmadan öldürür və yumurtanı dölləyə bilməyəcək hala gətirir.

Prezervativ ilə qorunmaq - Drxanim.az

Prezervativ ilə qorunmaq

Prezervativ kişilərin istifadə etdiyi hamiləlikdən qorunmaq üsullardan biridir. Penis və vajina arasında maneə yaradaraq spermanın keçməsinə əngəl olur. Prezervativləri apteklərdən, supermarketlərdən rahatlıqla almaq olar. Prezervativ (qondom) istənməyən hamiləlikdən qorunmaq ilə yanaşı, hər iki partnyoru QİÇS, sifilis və bu kimi cinsi yolla keçən infeksiyalardan qoruyur.

Diafraqma ilə qorunmaq

Bu üsulda uşaqlıq boynuna nazik plastikdən hazırlanmış bir örtük yerləşdirilir. Bununla da spermanın uşaqlığa keçməsinin qarşısını alaraq hamiləliyi əngəlləyir. Hamiləlikdən qorunmaq istəyən qadın hər cinsi əlaqədən əvvəl diafraqmanı özü taxır və cinsi əlaqədən sonra çıxarır.

Hamilə qalmamaq üçün cərrahi üsullar bunlardır:

Sterilizasiya prosedurları: boruların bağlanması (qadınlar üçün) və vazektomiya (kişilər üçün).

Uşaqlıq borularının bağlanması

Hamiləliyin qarşısını almaq üçün qadınların istifadə edə biləcəyi cərrahi üsul uşaqlıq borularının bağlanmasıdır. Bu, hamilə qalmamaq üçün ən təsirli üsullardan biridir. Borular yalnız yumurtalıq və uşaqlıq arasında körpü rolunu oynadığı üçün boruların bağlanmasının hamiləliyin qarşısını almaqdan başqa heç bir təsiri yoxdur.

Kişi kanallarının bağlanması

Hamilə qalmamaq üçün kişilərdə də müəyyən cərrahi prosedur etmək mümkündür. Kişi kanalının bağlanması olaraq da bilinən vazektomiya da məhz hamiləlikdən qorunma üsuludur. Bu prosesdə xayalardan çıxan sperma ilə kanal arasında əlaqə kəsilir.

Hamilə qalmamağın yolları içərisində cərrahi üsullar daha etibarlı olsa da, unutmayın ki, hamiləliyin qarşısını almaq üçün cərrahi üsullar geri dönülməzdir və prosesdən əvvəl diqqətlə nəzərdən keçirmək, qərarın əminliyini müzakirə etmək vacibdir.

Hamilə qalmamaq üçün istifadə edilən dərmanlar və həblər hansılardır? - Drxanim.az

Hamilə qalmamaq üçün istifadə edilən dərmanlar və həblər hansılardır?

Bu məqsədlə istifadə edilən dərmanlar əsasən iki cür olur. Birincisi yuxarıda da qeyd olunan həblərdir ki, hər gün istifadə edilir. İstifadəni dayandırdıqda hamiləliyi əngəlləyən bir təsiri olmur.

Hamiləliyin qarşısını almaq üçün istifadə edilən digər dərman növü isə cinsi əlaqənin olduğu günün səhəri içilir. Güclü qoruma təsiri olmadığına görə hamilə qalmamaq üçün nə etməli deyirsinizsə, tək başına bu qorumaya etibar etmək olmaz.

Tövsiyyə: Cinsi əlaqə zamanı hamiləlikdən qorunmaq və hamilə qalmamaq üçün partnyorlar nələrə diqqət etməlidir?

Birmənalı şəkildə hamiləliyi istəməyənlər cinsi əlaqə zamanı hamiləlikdən qorunmaq üçün öncəliklə qadın həkimi ilə, yəni ginekoloqla danışmalı, hamiləlikdən qorunma üsulları arasında qadının bədəninə uyğun olan üsulu seçməli və ona uyğun yol almalıdır. Düzgün verilməyən qərar gələcəkdə təəssüflənməyinizə, ciddi problemlərlə üzləşməyinizə səbəb ola bilər. 

Qeyd edək ki, uzun zamandır cəhdlərinizə baxmayaraq uşaq sahibi ola bilməmisinizsə, uğursuz müalicələr almısınızsa, professional bir dəstək almaq və tez bir zamanda uşaq sahibi ola bilmək üçün və bütün suallarınızın cavablarını almaq üçün 055 574 70 74 nömrəli telefondan həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya bilərsiniz.

 

Əlaqəli məqalələr:

Spiral nədir? | Bu Hallarda Spiral Qoydurmaq Olmaz

Hamiləlikdən Qorunma Həbləri Haqqında Bunları Bilməlisiniz

 

Spiral istifadəsinin Üstünlükləri Və Mənfi cəhətləri

 

Şərh yaz