Ana Səhifə » Bloq » Hamiləlikdə Tonus Yaradan Qidalar: Tonusun Riskləri

hamiləlikdə tonus

Hamiləlikdə Tonus Yaradan Qidalar: Tonusun Riskləri

Uşaqlıq əzələlərinin yığılması kimi bilinən hamiləlikdə tonus bir çox hamilənin yaşadığı bir haldır. Tonus yaradan bir çox amillər vardır ki, bunlardan da önəmlisi qidalanmadır. Bu yazımda həmin qidalardan və bu kimi mövzulardan bəhs edəcəm. 

Tonus nədir?

Hamiləlikdə tonus mövzusundan danışmamışdan öncə gəlin tonus nədir sualına cavab tapaq. Tonus hərəkət və duruşun idarə edilməsinin vacib aspektidir.

Əzələlərdə mövcud olan tonus oynaqların sabitliyini və bədənin ümumi tarazlığını qorumağa kömək edir. Düzgün əzələ tonusu olmadan, dik duruş saxlamaq və ya hərəkət etmək çətinlik yarada, ən pis halda isə mümkün olmaya bilər.

Əzələ tonusunun formalaşmasına təsir edən amillər bunlardır:

  • Genetik;
  • Yaş;
  • Fiziki fəaliyyət səviyyəsi; 
  • Zədə və s.

Fərdlərin bədən quruluşları və tonus formalaşması amilləri fərqli ola bilər. Eyni zamanda hər kəsdə əzələ tonusları eyni səviyyədə də olmur. Yəni bəzi insanlarda əzələ tonusu çox olduğu halda, bəzilərində az ola bilər. 

Eyni fərq yaş faktorunda daha çox özünü biruzə verir. Gənclərdə yüksək əzələ tonusu mövcud olsa da, yaş artdıqca tonus azalmağa başlayır. Bu səbəbdən də insan yaşlandıqca yeridiyi zaman tarazlığını itirir və düzgün, dik duruşu dəyişir.

Tonuslarının səviyyələri

Normal tonus. Əzələnin fərdə uyğun nəzərdə tutulan funksiyasına uyğun olan gərginlik səviyyəsinə aiddir.

Aşağı tonus. Hipotoniya kimi tanınan aşağı əzələ tonusu əzələ gərginliyinin azalması ilə xarakterizə olunur, düzgün duruşun saxlanmasını və ya müəyyən hərəkətləri yerinə yetirməyi çətinləşdirir.

Yüksək tonus. Hipertoniya olaraq da bilinən yüksək əzələ tonusu, həddindən artıq əzələ gərginliyi ilə xarakterizə olunur, hərəkətləri sərt və çətin hiss edir.

Hamiləlikdə tonus hansı hallarda yaranır?

Hamilələrin müayinə zamanı çox soruşduğu bir sual hansı halların hamiləlikdə tonus yaratmasıdır. Bilmək lazımdır ki, bu anada uşaqlıq yolunun sıxılması və tonusa səbəb olan qidaların qəbulu ilə yaranır.

Uşaqlıq yolunun yığılması səbəbilə yaranan tonus

Hamiləlik dövründə uterus böyüyən dölün dəstəklənməsi və qidalanması üçün əhəmiyyətli dəyişikliklərə məruz qalır. Bu isə hamiləlikdə tonus yaranmasına səbəb ola bilər. Belə ki, hamiləlik dövründə uşaqlığın ən mühüm funksiyalarından biri onun əzələ liflərinin daralmasıdır ki, bu da uşaqlığın doğuşa hazırlanmasına kömək edir və dölün lazımi oksigen və qida maddələrini almasını təmin edir.

Hamiləlik zamanı uşaqlığın daralması prosesin normal və zəruri hissəsidir. Bu daralmalar zamanı uterus əzələlərində sancılar yaranır ki, həmin sancılara uşaqlıq yolunun yığılması nəticəsində yaranan tonus səbəb olur və bu hamilələr arasında hamiləlikdə tonus olaraq adlanır. 

Xüsusilə qeyd edim ki, uşaqlıq tonusu nəticəsində hiss olunan sancılar qorxulu deyil. Bu sancı ananı gücləndirməyə və uşaqlıq boynunu doğuşa hazırlamağa kömək edir. 

Sözügedən sancılar ilk trimestrdə hiss oluna bilər, lakin hamiləlik irəlilədikcə tonus sancıları daha çox hiss olunan və tez-tez olur.

Hamiləlikdə tonusun (uşaqlıq tonusu) yaratdığı sancılarla gerçək doğuş sancısının fərqləri nələrdir?

Qeyd etdiyim kimi, hamiləlikdə tonus sancılara səbəb olur ki, bu da doğum sancıları ilə qarışdırıla bilir. Braxton Hicks adlanan yalançı doğuş sancıları uşaqlığın əzələləri tonusunun sıxılması bitdikdən sonra rahatlaşdıqda baş verir. 

Bu sancılar az ağrılı, ani və qeyri-müntəzəm vaxtlarda olur və adətən doğuma az qaldığını xəbər verir.

Uşaqlıq tonusunun yaratdığı yalançı sancılar ikinci trimestrdən hiss olunmağa başlayır və hamiləlik irəlilədikcə tez-tez baş verir.

Gerçək doğuş sancıları isə aktiv doğuş zamanı baş verən sancı növüdür. 

Bu sancılar tonusun yaratdığı sancılardan daha müntəzəm və sıx baş verir. Eyni zamanda doğuş sancıları tonus sancısından daha çox hiss olunur. 

Yəni bu sancı uşaqlıq yolunda hiss olunsa da, doğuş sancıları anaya dölün doğum kanalından keçərək itələnməsi hissini verir.

Uşaqlıq yolu tonusunun ağrılarını çoxaldan amillər

 

Hamiləlik dövründə uterus daralmalarının, yəni hamiləlik tonusunun tezliyinə və intensivliyinə təsir edə biləcək bir neçə amil var. 

Bu amillərə aşağıdakılar daxildir:

Dölün vəziyyəti. Dölün mövqeyi uterus daralmalarının tezliyində və intensivliyində əhəmiyyətli rol oynayan amildir. 

Əgər döl doğuş üçün optimal vəziyyətdədirsə, məsələn, baş aşağı və ananın kürəyinə baxırsa, bu, uterusun daralmasını stimullaşdırmağa və doğuşun daha rahat getməsinə kömək edəcək.

Lakin, döl daha az əlverişli vəziyyətdədirsə, məsələn, arxa və ya eninə, bu, doğuşu çətinləşdirə və ağırlaşma riskini artıra bilər.

Dölün ətrafındakı amniotik mayenin miqdarı. Dölün ətrafını əhatə edən amniotik mayenin miqdarı uterus daralmaları sancının tezliyinə və intensivliyinə ən çox təsir göstərən vəziyyətlərdəndir.

Əgər anada çox az amniotik maye varsa, bu, uterusun daralmasının azalmasına və doğum prosesinin daha uzun müddət davam etməsinə səbəb olacaq.

Digər tərəfdən, əgər anada çoxlu amniotik maye varsa, bu, uterusun daralmasının artmasına və vaxtından əvvəl doğuş və ya plasentanın ayrılması kimi risklər yarada bilər.

Ananın bədənindəki oksitosin və prostaqlandin hormonlarının səviyyəsi. Oksitosin və prostaqlandinlər kimi hormonlar hamiləlik zamanı analarda ən çox müşahidə olunan və uşaqlığın daralmasında əsas rol oyanayan hallardandır.

Oksitosin hipofiz vəzi tərəfindən istehsal olunan və doğuş zamanı uterusun daralmasını stimullaşdırmaqdan məsul olan bir hormondur. 

Prostaqlandinlər uterus tərəfindən istehsal olunan və doğuşa hazırlaşarkən uşaqlıq boynunu yumşaltmağa və nazikləşdirməyə kömək edən hormonlardır.

Uşaqlıq yolu sıxılması tonusunun riskləri varmı?

Hamiləlik zamanı uşaqlığın daralması prosesin normal və zəruri bir hissəsi olsa da, narahatlığa səbəb ola biləcək müəyyən vəziyyətləri də var. 

Hamiləlik dövründə uşaqlıq yolunda sancılar çox erkən baş verərsə, bu, vaxtından əvvəl doğuşa səbəb ola bilər.

Bu da həm ana, həm də döl üçün ağırlaşma riskini artırır.

Eyni zamanda uterus sancıları tez-tez və ya çox intensiv olarsa, həm də plasentanın ayrılması və ya uterusun yırtılması kimi ağırlaşmaların əlaməti ola bilər.

Uşaqlıq yığılması nəticəsində yaranan hamiləlik tonusunun qarşısını almaq üçün ana nə etməlidir?

Sağlam uşaqlıq normal şəkildə yığılmalı və rahatlamalıdır, lakin bəzən əzələlər gərginlik vəziyyətində qala bilər ki, bu da uşaqlığın hipertoniyası və ya hiperstimulyasiyası adlanan vəziyyətə gətirib çıxarır. 

Bu, həm ana, həm də körpə üçün təhlükəli ola və doğuş zamanı ağırlaşma riskini artıra bilər. 

Bu səbəbdən də ana uterus yığılmasını normal vəziyyətdə saxlamağa çalışmalı, hamiləlik zamanı tonus yaranmasının qarşısını almalı və aşağıdakı qaydalara riayət etməlidir.

Ana gündəlik su ehtiyacını qarşılamalıdır. Adekvat nəmləndirmə hamiləlik tonusunu normada saxlamaq üçün lazım olan əhəmiyyətli yollardandır.

Dehidrasiya, yəni susuzluq uterusun qıcıqlanmasına və daralmaların, yəni hamiləlik zamanı tonusun artmasına səbəb ola bilər. Bu səbəbdən də hamilə qadınlar həkimin məsləhətilə bədəninin ehtiyacı olduğu su miqdarını əskiksiz qəbul etməlidir.

Ana stresdən uzaq olmalıdır. Stresin bədəndəki kortizol səviyyəsini artırmaq xüsusiyyəti var ki, bu da uşaqlığın daralmasına, hamiləlik tonusu yaranamasına səbəb olan amildir.

Hamilə qadınlar stresli vəziyyətlərdən mümkün qədər uzaq durmalı və stresi azaltmaq üçün dərin nəfəs alma, meditasiya və yoqa kimi rahatlama üsulları ilə məşğul olmalıdırlar.

Stres həm də qadınların reproduktiv sağlamlıqlarına da mənfi təsir göstərir. 

Ana müntəzəm olaraq yüngül idman hərəkətləri etməlidir. Hamiləlik dövründə müntəzəm məşq hamiləlik zamanı tonusu normada saxlamağa kömək edə bilir. 

Lakin, hamilə qadınlar hər hansısa məşq proqramına başlamazdan əvvəl mütləq həkimi ilə məsləhətləşməli və həkim məsləhətindən kənara çıxmamalıdır.

Həkim göstərişindən əlavə dərman istifadə olunmamalıdır. Bəzi dərmanlar var ki, uşaqlığın daralmasına bir başa təsir edir və hamiləlik tonusu yaranmasına səbəb olur. 

Bu səbəbdən də hamilə qadınlar həkim tərəfindən təyin olunmayan dərmanları qəbul etməməlidirlər.

Ana daim prenatal baxıma müraciət etməlidir. Hamiləlik zamanı tonusu normada saxlamaq üçün ananın müntəzəm prenatal baxımı vacibdir. 

Həkiminiz müntəzəm prenatal yoxlanış zamanı uterus tonusunun vəziyyətini izləyə və zəruri hal müşahisə edərsə, tez və ən lazımi müdaxilələri anaya tövsiyə edə bilər.

Müəyyən qidalardan qaçınmaq. Ədviyyatlı qidalar və kimi bəzi süni  qidalar uşaqlığın daralmasına təsir edə bilir.

Hamilə qadınlar ədviyyatlı qidalardan və həzm sistemində qıcıqlanmaya səbəb ola biləcək digər qidalardan, eyni zamanda bəzi hamiləlikdə tonus yaradan qidalardan istifadə etməməlidirlər.

Hamiləlikdə tonusa səbəb olan qidalar

Hamiləlikdə tonusa səbəb olan qidalar bir çox hamilənin cavab axtardığı bir mövzudur. Belə ki, hamiləlik dövründə sağlam pəhriz saxlamaq və qidalanmaq həm ananın, həm də körpənin sağlamlığını və rifahını təmin etmək üçün vacibdir. 

Ancaq bəzi qidalar hamiləlik zamanı tonus normasını poza bilər ki, həmin qidalardan istifadə ana və döl üçün narahatlıqlar yarada bilər. 

Həmin narahatlıqlara səbəb olacaq tonus dəyişikləri yaradan qidalar aşağıdakılardır:

İşlənmiş qidalar. İşlənmiş qidalar şəkər, duz və qeyri-sağlam yağlarla zəngindir, bu da bədəndə iltihaba səbəb ola bilər. İltihab əzələ zəifliyinə və əzələ tonusunun azalmasına səbəb olan amildir. 

Üstəlik, emal edilmiş qidalarda lifdə az olur ki, bu da hamiləlik zamanı ümumi problem olan qəbizliyə də səbəb olur. 

Spirtli içkilər. Spirtli içkilər bilinən əzələ rahatladıcıdırlar və bu rahatladıcılıq əzələləri tənbəlləşdirdiyinə görə onun zəifliyinə səbəb ola bilirlər. 

Üstəlik, spirt inkişaf edən dölə təsir edən qidadır ki, bu da körpə dünyaya gələrkən anadangəlmə qüsurlara səbəb ola bilər. 

Əzələ tonusunu qorumaq və körpənin sağlamlığını təmin etmək üçün hamiləlik dövründə spirtdən qətiyyən istifadə etməmək lazımdır.

Kofein. Kofein əzələ titrəməsinə və əzələ zəifliyinə səbəb ola bilən bir stimullaşdırıcıdır. Bu isə o deməkdir ki, kofein qəbulu tonus yarada bilər. 

Üstəlik, kofeinin plasentanı keçə bilər və inkişaf etməkdə olan fetusa təsir göstərə bilən təsiri də var. 

Əzələ tonusunu qorumaq və körpənin sağlamlığını təmin etmək üçün hamiləlik dövründə spirtli içkilər kimi kofeinin qəbulunu da dayandırmaq lazımdır.

Yüksək şəkərli qidalar. Yüksək şəkərli qidalar bədəndə iltihaba səbəb ola bilər ki, bu da əzələ zəifliyinə və əzələ tonusunun azalmasına səbəb olur. 

Eyni zamanda yüksək şəkərli qidalar hamiləlik zamanı baş verən diabet növü olan gestational diabetin də yaranmasına təkan verir. 

Bu səbəbdən də hamiləlik dövründə yüksək şəkərli qidaları məhdudlaşdırmaq və onun əvəzinə şəkərsiz, yaxud da təbii şəkərli qidalara üstünlük vermək tövsiyə olunur.

Yüksək yağlı qidalar. Bildiyiniz kimi çox yağlı qidalar çəki artımına səbəb olur. Bu da anada sürətli çəki artımını yaradır ki, həmin artıq çəkilər oynaqlara təzyiq göstərir və əzələ tonusunun miqdarını pozur. 

Yüksək şəkərli qidalar kimi yüksək yağlı qidalar da gestational diabetə səbəb olur. 

Hamiləlik dövründə yüksək yağlı qidaları məhdudlaşdırmaq və həkim məsləhətilə avokado, qoz-fındıq kimi sağlam yağlara üstünlük vermək tövsiyə olunur.

Çiy və ya az bişmiş ət, yumurta və dəniz məhsulları. Çiy və ya az bişmiş ət, yumurta və dəniz məhsulları az istiyə məruz qaldığı qaldığı üçün əzələ zəifliyinə, tonus dəyişlənliklərinə, qızdırma və digər simptomlara səbəb ola biləcək zərərli bakteriyalardan tamamilə xilas olmur. 

Üstəlik, bu bakteriyalar plasentanı keçərək inkişaf etməkdə olan fetusa da təsir göstərə biləcək gücdə olurlar. 

Fetusu qorumaq və hamiləlik zamanı tonusu normada saxlamaq üçün əti, yumurtanı və dəniz məhsullarını yaxşı bişirmək lazımdır.

Pasterizə olunmamış süd məhsulları. Pasterizə olunmamış süd məhsullarında ət, yumurta və dəniz məhsulları kimi əzələ zəifliyinə, tonus dəyişikliyinə, qızdırma və digər simptomlara səbəb ola biləcək zərərli bakteriyalar mövcud olur.

Eyni zamanda bu bakteriyalar da plasentanı keçərək inkişaf etməkdə olan fetusa təsir göstərə bilərlər. 

Ona görə də hamiləlik dövründə pasterizə olunmamış süd məhsullarından qaçınmaq və onun yerinə pasterizə olunmuş məhsullara üstünlük vermək tövsiyə olunur.

Həmçinin hamiləlikdə qidalanma ilə bağlı daha ətraflı məlumat üçün “Hamiləlik Zamanı Qidalanma: Ana və Körpə Üçün Sağlam Seçimlər” adlı yazımı oxuya bilərsiniz. 

Hamiləlik zamanı tonus normasını qoruyan qidalar

Hamiləlik dövründə çəki artımı təbii olsa da, tonusun normasını pozacaq həddindən artıq, qeyri-təbii qidalanma hamiləlik müddətində narahatlıqlar yarada bilər.

Hamiləlik narahatlıqlarını azaltmağa və bədəni doğuşa hazırlamağa kömək edə bilən, hamiləlikdə tonus balansını saxlamağa kömək edən qidalardan bəziləri aşağıdakılardır:

Yağsız protein. Protein əzələ toxumasının qurulması və bərpası üçün vacib qidadır.

Xüsusilə hamiləlik dövründə bədənin əhəmiyyətli dəyişikliklərə məruz qaldığı zaman protein istifadə etmək hamiləlikdə tonus normasını qorumağa kömək edir. 

Toyuq, hinduşka, balıq, pendir və lobya kimi yağsız zülal mənbələrindən istifadə ana bədənini daha sağlam edir və əzələ tonusununda artma və azalmaya şərait yaratmır.

Qatıq. Qatıq həm hamilə analar, həm də digər insanlar üçün ən yaxşı protein və kalsium mənbələrindəndir. 

Hamiləlikdə tonus qoruması ilə bərabər qatığın tərkibində həzm sistemini sağlam saxlamağa kömək edən probiyotiklər də var. 

Qatığın təkibindəki kalsium hamiləlik dövründə həm ananın əzələ sistemini mühavizə edir, həm də böyüyən döl üçün güclü sümüklər və dişlər yaratmağa kömək edir. 

Yumurta. Tonus problemi yaşamamaq üçün yumurta qəbulu tövsiyə olunur. Yaxşı bişmiş yumurtanın tərkibində olan zülal və amin turşuları əzələ tonusunun azalmasının, yaxud da artmasının qarşısını alır.

Yumurda həm də körpədə beyin inkişafı üçün vacib olan kolinlə zəngindirlər. 

Yumurtanın faydalarından yararlanmaq üçün onu yaxşı bişirməklə omlet, qaynadılmış və göz bişirmə şəklində yemək olar.

Qoz və fındıq. Tonus normasını qoruyan qidalar arasında qoz və fındıq da yer alır. Qoz və fındıq təbii yağlar, zülallar və liflərə sahib olan ən sağlam qidalardandır. 

Bu qidalar, sağlam yağlarla yanaşı vitamin E, maqnezium və sink kimi vitamin və minerallarla zəngindir. 

Ona görə də qidalara qoz, badam, çia toxumu və kətan toxumu əlavə oluna və ya qəlyanaltı kimi yeyilə bilər.

İspanaq. İspanaq dəmir, kalsium və A və C vitaminləri ilə zəngin yaşıl bitkidir və hamiləlikdə tonus normasını qoruyan qidadır.  

İspanaq həm də körpənin sinir sisteminin inkişafı üçün vacib olan yaxşı folat mənbəyinə də sahibdir. 

Analar ispanağı çiy halda salatlarda, şorbalarda bişirilərək istifadə edə bilərlər.

Şirin kartof. Hamiləlik zamanı tonus normasını qoruyan şirin kartof kompleks karbohidratların, liflərin və A və C vitaminlərinin daxil olduğu ən unikal qida mənbəyidir. 

Bu kartoflar həmçinin qan təzyiqini tənzimləməyə kömək edən kaliumla da zəngindirlər. 

Şirin kartofu qaynadılmış, püre və ya qızardılmış halda qəbul etməklə əzələni qüvvətləndirmək və hamiləlikdə tonus normasını qorumaq olar.

Çiyələk. Giləmeyvə antioksidantlar və C və K vitaminləri ilə zəngin olan əzələ tonusu qoruyucusudur. 

Çiyələk, vitaminlərlə yaxşı lif mənbəyidir və ananın qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilir. 

Analar hamiləlik zamanı tonusu normada saxlamaq üçün çiyələyi istər təbii, istər dondurdurulmuş, istərsə də meyvə şirəsi formasında qəbul edə bilərlər.

Düzgün qidalar yeməklə yanaşı, tonusu artırmamaq və azaltmamaq üçün mütəmadi olaraq idman etmək vacibdir. 

Qidayla bərabər idman qan dövranını yaxşılaşdırmağa, ümumi hamiləlik xəstəliklərini aradan qaldırmağa və bədəni doğuşa hazırlamağa kömək edərək, rahat doğum təcrübəsi yaratmaq şansı yaradır.

Hamiləlikdə tonus dəyişikliyinə qidalar səbəb olursa, hamilələr nə etməlidir?

Hamiləlikdə tonus dəyişikliyinə qidalar səbəb olursa, hamilələr gündəlik həyatlarında bir sıra dəyişikliklər etməlidir. 

Aktiv həyat tərzinə keçid edilməlidir. Müntəzəm məşq hamiləlik zamanı əzələ tonusunu normala qaytaran ən əsas vasitədir. 

Sağlam pəhriz saxlanılmalıdır. Həkim məsləhətilə bol proteinlə balanslaşdırılmış pəhriz tonus balansını həm qorumağa, həm də stabil vəziyyətinə qaytarmağa kömək edir.

Bədənin tələb etdiyi su miqdarı qəbul edilməlidir. Bol su içmək əzələləri nəmli və sağlam saxlamağa şərait yarada amildir. Bu səbəbdən də normal su miqdarını azaltmamaq hamiləlikdə tonus dəyişikliyinin qarşısını alacaq.

Yüngül dartınma hərəkətləri edilməlidir. Yüngül dartma məşqləri zamanı hərəkət edən əzələlər öz elastikliyini qoruyacaq və tonusun yaratdığı ağrını yüngülləşdirəcək. 

Yuxu balansı qorunmalıdır. Əzələ yorğunluğu oturaq həyatla yaransa da, yuxu natamamlığı ilə daha da arta və yuxusuzluğun verdiyi stress səbəbilə tonus yarada bilər.

Ona görə də ana gündəlik yuxusunu almalı, vaxtı vaxtında istirahət etməlidir.

Hamiləlikdə tonus normasını istər qida, istərsə də idmanla qorumaq üçün mütləq həkim müayinəsi və nəzarəti lazımdır. Sağlam hamiləlik və rahat doğuş təcrübəsi yaşamaq üçün 055-555-29-59 mobil nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlovanın qəbuluna yazılıb, ətraflı müayinə olunaraq hamiləlikdə tonus daxil olmaqla bütün hamiləlik və genekoloji suallarınıza cavab tapa bilərsiniz.

Şərh yaz